KÖHNƏ VERSİYA            

Avroparlamentdə Azərbaycana qarşı qərarlar qəbul etdirənlərin biri bu qadın idi - getdi...

Image

Akif Nağı: “Avroparlamentdə Kaljurand kimi keçmiş məmurlarının özləri də bir alət olublar, vəzifədə olduqları müddətdə onlardan hər cür istifadə edilib”

Avropa Parlamentində kök salan antiazərbaycan qüvvələr bütün fürsətlərdə ölkəmizə qarşı qərəzli mövqe tuturlar. Bunlardan biri də beş il Avropa Parlamentində Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri olmuş deputat Marina Kaljuranddır. Erməni mediası yazır ki,  Kaljurandın bu vəzifədə səlahiyyətlərinə xitam verilməsi ilə bağlı rəsmi məlumat yayılıb. Beləliklə, bir ermənipərəst də vəzifəsindən getdi. 

Adıçəkilən deputat bildirib ki, son beş ildə Cənubi Qafqaz kimi mühüm regionla əlaqələr üzrə Avropa Parlamentinin nümayəndə heyətinə rəhbərlik etmək onun üçün şərəfdir. 

O, açıqlamasında Aİ-Ermənistan münasibətlərinin yüksək olduğunu da qeyd edib. 

Bu xanım vəzifəsindən gedərkən son mesajında da Azərbaycana qərəzli yanaşmasından əl çəkməyib. Guya Azərbaycan erməniləri Qarabağdan “güc” tətbiq edərək “deportasiya” edib, o da buna təəssüflənir. 

Kaljurand mesajında “buna baxmayaraq, davamlı sülh və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ehtimalı var və biz buna çalışmalıyıq” deyib.

O, həmçinin, yenə də qondarma “siyasi məhbus” iddiasında bulunub, Azərbaycanı əsassız tənqid edib. Gürcüstana da heç nornal yanaşmayıb, bu ölkənin hökumətinin son siyasi addımlarını dolayısı ilə tənqid edib. Bircə onun gözündə Cənubi Qafqazda Ermənistan “demokratik və sülhpərvər” ölkədir, başqa ölkələri gözü görməyib. 

Guya bunun sözügedən nümayəndə heyətinə rəhbərlik etdiyi dövrdə Cənubi Qafqaz məsələsinə obyektiv yanaşılıb. Əlbəttə, tamamilə yanlışdır, o, birmənalı olaraq Ermənistanı və erməniləri müdafiə edib. 

Avroparlamentdə Azərbaycan əleyhinə qətnamələri qəbul etdirənlərdən biri Kaljurand idi. İndi isə vəzifədən getdi. Belələri indiyə qədər bizim əleyhimizə nə qədər iş görüb. 

Bu cür antiazərbaycan qüvvələrin Avroparlamentdə  vəzifələrindən getməsi necə dəyərləndirilə bilər?

“O qadının bizə qarşı qəbul etdirdiyi qətnamələrin heç birinin bizim üçün bir önəmi yoxdur, kağız parçası kimi bir tərəfdə qalıblar”

Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Avroparlamentin bu deputatı son açıqlamasında özü özünü ifşa edir, əsl mahiyyətini ortaya qoyur. “Bu adam Cənubi Qafqazla bağlı məsələlərə beş il rəhbərlik etsə də, hər zaman kölgədə qalıb. Estoniyanın xarici işlər naziri olub və sonra Avroparlamnetdə bu vəzifəyə gətirilmişdi. Onun adı o qədər də hallanmayıb. Yəqin özünü göstərmək istəmirmiş. Amma vəzifədə olduğu müddətdə mənfi və mənfur əməllərlə məşğul olub. Çox təəssüflər olsun ki, beş il bu vəzifədə işlədiyini fəxrlə dilə gətirir. Yenə də qərəzli mövqedən çıxış edib, yenə də ermənipərəstliyini göstərib. Ermənistanda guya demokratiyanın inkişafından danışır, sülh danışıqları ilə bağlı guya Ermənistanın sülh təşəbbüsü etdiyini göstərir, Azərbaycanın yox, Ermənistanın sülh danışıqlarını dəstəklədiyini bildirir. Azərbaycana qarşı əsassız iddialarla çıxış edir. Yəni Avropa Parlamentinin mövqeyini bilirik. Orda çalışmış, Cənubi Qafqaz istiqamətinə rəhbərlik etmiş bir adam ən azından özünün qərəzli mövqeyini, tərəf olduğunu gizlətməyə, tərəfsiz olduğunu göstərməyə  çalışmalı idi. Bu açıq-aşkar öz mövqeyini bildirir. Bunların məqsədi odur ki, bütün dövlətlər bunların istədiyi xətlə getsin. Demokratiya, insan haqları kimi alətlərdən dövlətləri özlərinə tabe etmək, özlərinin qoyduğu qaydalara, prinsiplərə əməl etdirmək vasitəsi olaraq istifadə edirlər. Bu, Qərbin, ABŞ-ın yeritdiyi bir siyasətdir. Avroparlament kimi qurumlardan da öz məqsədləri üçün istifadə edirlər. Hansısa bir dövlət onların istəklərinə uyğun hərəkət edirsə, onların maraqlarını ödəyirsə, iqtisadi – siyasi maraqlarına cavab verirsə, o ölkəni tərifləyirlər, müdafiə edirlər”-deyə A.Nağı bildirdi. 

A.Nağının fikrincə, hansı ölkə onların tabeliyinə keçmək istəmir, özünün milli maralarından, dövlət maraqlarından çıxış edir, o dövlətlərə qarşı qərəzli mövqe tuturlar, qarayaxma həyata keçirirlər. “Azərbaycana qarşı niyə belə qərəzli mövqe tutduqlarının səbəbi də aydındır. Həmin o  Kaljurand da digər özü kimiləri kimi iddia edir ki, guya Azərbaycan gücə əl atıb və Qarabağdan erməni əhalisinin çıxmasına səbəb olub. Bu ağ yalandı. Bu, gözümüzün qarşısında baş verən bir hadisənin saxtalaşdırılmasıdır. Demokratiya və insan haqları mücərrəd bir ternindir və onunla bağlı sağa da, sola da fikirlər söyləmək olar. Bununla bağlı hərənin öz fikri ola bilər. Amma fakt ortadadır ki, Azərbaycan erməni əhalinin orda qalması üçün konkret mövqe ortaya qoydu, onlara şərait yaradacağını bildirdi. Məntiqli  şəkildə göstərdi ki, onlar Azərbaycan vətəndaşları kimi Azərbaycan qanunlarına tabe olub yaşayamaq, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində fəaliyyət göstərib qalmaq istəyirlərsə qalıb yaşasınlar. Yox, bunu qəbul etmirlərsə, getməlidirlər. Qarabağda yaşayan ermənilərin çoxu cani idi, Azərbaycana qarşı cinayətlərdə iştirak etdikləri üçün yığışıb getdilər. Avroparlamentin Cənubi Qafqaz məsələləri üzrə nümayəndə heyətinin keçmiş rəhbəri bu faktı görmək istəmir. Bu reallığı görmək istəməyib Azərbaycana qarşı əsassız iddialar irəli sürürlər. Məqsədləri Azərbaycanı qaralamaqdır. Çünki Azərbaycan onların sözləri ilə otrurub-durmur, özünün müstəqil siyasətini yeridir. Məsələnin mahiyyəti bundan ibarətdir. Azərbaycan bunların hamısını bilir, bu cür məmurlar özləri özlərini vaxtaşırı ifşa edir. Azərbaycan da bu cür özünüifşalardan istifadə etməli, belələri ilə bağlı məlumatlar yaymalıdır, göstərməlidir. Ən əsası isə odur ki, Azərbaycan öz siyasətini davam etdirməlidir. Azərbaycan rəhbərliyi hər şeyi gözəl görür və onların məqsədlərinin nədən ibarət olduğunu bilir. Dövlət və milli maraqlarımıza uyğun addımlar atılmalıdır. Bunu Avroparlamentin hansısa bir təmsilçisi bəyənəcək, bəyənməyəcək, təqdir edəcək-etməyəcək, bu onların öz işləridir. Bunların bizə heç bir dəxli yoxdur. Bu qadın “arzu” edir ki, Azərbaycan Avropa Parlamentinin iradlarına, təkliflərinə, tövsiyyələrinə əməl etsin. Avroparlamentdə Kaljurand kimi keçmiş məmurlarının (elə indikilər də ) özləri də bir alət olublar, vəzifədə olduqları müddətdə onlardan da hər cür istifadə edilib. Bu baxımdan gedib   öz problemləri ilə məşğul olsun, Estoniyanın problemlərini həll etsin. Avropanın o qədər problemləri var ki, onların həllinə çalşsın. Avropada başdan-ayağa insan haqları pozulur. Estoniyanın özündə rusdilli əhaliyə qarşı ən əcaib formada tədbirlər həyata keçirilir. Halbuki, onlar da insandır, onların da öz dillərində danışmağa haqları var. Bizim rusları və yaxud Rusiyanı müdafiə etmək fikrimiz yoxdur. Amma əgər insan haqlarından danışılırsa, Estoniyanın özündə insan hüquqlarının pozulmasından da, rusdilli əhaliyə göstərilən təzyiqlərdən də danışsınlar. Özlərinin problemlərini həll etsinlər. Bizim üçün onların dedikləri fikrin, hazırladıqları sənədlərin, qəbul etdikləri qərarların heç bir əhəmiyyəti yoxdur. O qadının bizə qarşı qəbul etdirdiyi qətnamələrin heç birinin bizim üçün bir önəmi yoxdur, kağız parçası kimi bir tərəfdə qalıblar. Yəni o da, başqaları da bunu birmənalı şəkildə bilməlidirlər. Azərbaycan çox düzgün şəkildə öz yolunu müəyyənləşdirib. Azərbaycanda kimlərsə onlara züy tutursa və sevinirsə ki, hansısa beynəlxalq hegemon qurum Azərbaycana qarşı fikir səsləndirdi, qərar qəbul etdi, bu adamlar Azərbaycanın düşmənləridir”-deyə A.Nağı bildirdi.

İradə SARIYEVA  







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031