KÖHNƏ VERSİYA            

Azərbaycanda internet islahatları - qiymətlər isə...

Image

Elvin Abbasov: “Azərbaycanda internetin sürəti ilə yanaşı qiyməti də artacaq”

Azərbaycanda internetin keyfiyyəti çox aşağıdır. Keyfiyyətli internet xidməti almaq sözün həqiqi mənasında müşkülə çevrilib. Ölkəmizdə elə bölgələr var ki, internetin sürəti “tısbağa yerişi” ilə müqayisə oluna bilər. 

Bir sözlə, internet provayderləri istifadəçilərə sürətli internet xidməti vəd edirlər, amma vədlərinə əməl etmək istəmirlər. Kəsintisiz, sürətli internet üzünə həsrət qalımışıq desək, provayder şirkətləri bizi ittihan etməsinlər ki, qərəzli yanaşırıq. Heç bir qərəz yoxdur, aşıq gördüyünü çağırar. Ölkədə internetin sürəti  o qədər zəifdir ki, sözlə deyiləsi deyil. 

O da məlumdur ki, bəzi provayder şirkətlər altdan-altdan qiyməti qaldırır, keyfiyyət barədə isə düşünmək istəmirlər. 

Yeni yayılan məlumata görə, Azərbaycanda internetin qiyməti bahalaşacaq. Qeyd olunur ki, 

Azərbaycanda internetin sürəti ilə yanaşı qiymətində də dəyişiklik olacaq.
 Bu barədə “Aztelekom” və “Baktelekom” şirkətləri öz səhifələrində məlumat paylaşıb.

Bildirilir ki, abunəçilərin genişzolaqlı internetə artan tələbatını nəzərə alaraq tarif paketlərində sürəti 2.5 dəfə artıracaq və 15 avqust 2024-cü il tarixindən etibarən dəyişikliklər edəcək.
Şirkət GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətləri 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artıracaq. Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endiriləcək. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif ediləcək.
 Qeyd edilən qiymət dəyişiklikləri xüsusi güzəşt tariflərini, o cümlədən şəhid ailələri və müharibə əlilləri üçün güzəştli “Təşəkkür” tarif paketlərini əhatə etməyəcək.

İnternetin qiymətinin artması keyfiyyət dəyişikliyi yarada bilərmi? Əvvəllər də bu addım atılıb, amma müştərilər keyfiyyətdən narazı qalıblar. İndi necə olacaq? Yəqin siz də müşahidə edirsiz ki, internetin keyfiyyəti çox aşağıdır. Bu bahalaşmaya nə zərurət vardı? İstifadəçilər narahat olurlar ki, keyfiyyət çox aşağıdır, sürətli internet yoxdur. Bu halda niyə qiymət artır?

“Təəssüflər olsun ki, tələblə reallıq üst-üstə düşmədiyi halda narazılıqlar davam edir” 

İnformasiya Texnologiyaları (İT) mütəxəssisi Elvin Abbasov “Bakı-Xəbər”ə açıqlamasında dedi ki, bu barədə fikirlərini "Facebook" hesabından bildirib. 

Qiymət artımının səbəblərini və gələcək nəticələrini təhlil edən ekspert “Bu, proqnoz deyil, provayderlərin “İnformasiya əldə etmək haqqında” Qanuna uyğun olaraq 30 gün əvvəl yayımladıqları xəbərdarlıqlara əsaslanıram. İyulun 12-də özəl provayderlər, 17 iyulda isə dövlət provayderləri bu barədə məlumat yayıblar. Məsələyə ilk növbədə istehlakçının perspektivi baxımdan yanaşmağın tərəfdarıyam. İstehlakçı fakt qarşısında qalmamalıdır. Provayderlər vacib məlumatları yalnız öz saytlarında və qəzetlərdə yerləşdirməklə kifayətlənməməli, daha geniş formada yayımlamalıdırlar. Təəssüf ki, nə özəl, nə də dövlət provayderləri bunu etməyiblər. Hazırda ölkədə bütün provayderlər ADSL-dən GPON və digər genişzolaqlı internet infrastrukturuna keçirlər ki, bu da ciddi investisiya tələb edir. Ən ucqar bölgələrdə belə bu infrastrukturun qurulması böyük xərclərə səbəb olur. Əhalinin yüksək sürətli internetə tələbi də artır, bu səbəbdən provayderlərin qiymət artımına getməsi normaldır".

O vurğuladı ki, abunəçilərin internet abunəliyinə qoşulması zamanı maarifləndirilməsi mütləqdir:

"Digər məsələ abunəçilərin maarifləndirilməsidir, amma provayderlər bu mövzuda təşəbbüs göstərmirlər. "Onlayn Azərbaycan" layihəsi çərçivəsində genişzolaqlı internet infrastrukturunun qurulması 92%-ə çatsa da, ADSL istifadəçiləri hələ də çoxluq təşkil edir. Bu keçid mərhələsində düzgün maarifləndirmə vacibdir. Təəssüf ki, insanlar yüksək sürətli internet tələb etsələr də, adətən minimal paketləri seçirlər. Provayderlərin abunəçilərə sadəcə sürətin və qiymətin dəyişməsi ilə bağlı məlumat verməsi ilə kifayətlənmələrinin yetərli olmaması belə məqamda da aydın olur. Təəssüflər olsun ki, tələblə reallıq üst-üstə düşmədiyi halda narazılıqlar davam edir. Maarifləndirmə iki istiqamətdə aparılmalıdır. İlk olaraq abunəçilər Mbit başına qiymət prinsipinə diqqət yetirməlidirlər. Məsələn, 40 Mbit/s sürət təklif edən internet paketi ayda 18 manatadırsa, Mbit dəyəri 0.45 manat/Mbit olur. Mbit dəyəri sabit qalmaqla sürət və qiymət artımına gedilirsə, istifadəçi daha çox sürəti daha ucuz qiymətə alır. Provayderlərın məlumatlarına əsaslansaq, PPMbit dəyərinin 2 dəfə azaldığını görürük. Bu da abunəçilərin hər Mbit/s üçün daha az ödəyəcəklərini göstərir.

Digər məqam isə sürətlə bağlıdır. Sürətli internetin dövrün əsas tələblərindən biri olduğu məlumdur. Buna görə də bütün ölkələr internet surətini yaxşılaşdırmaq üçün adətən yarış içindədirlər. Artıq bizneslərin, sosial aktivlik, iqtisadi fəallıq və digər bütün sahələrin inkişafında demək olar ki, sürətli internetə ehtiyac var. Faylların və məlumatların tez yüklənməsi, veb səhifələrinin daha tez açılması, eyni zamanda məsafədən onlayn işləyən və təhsil alan insanlar üçün sürətli internet çox əhəmiyyətlidir. Bu, həmçinin, videokonfransların keçirilməsinə, video, musiqi, serial və filmlərin daha yüksək keyfiyyətdə izlənməsinə imkan verir. Onlayn oyunlar üçün də aşağı ping və yüksək sürət əhəmiyyətlidir. "YouTube"da ən yüksək keyfiyyətli 4K videoları izləmək üçün təxminən 20 Mbps sürətli internet lazımdır, 1080p keyfiyyətində isə ən azı 5 Mbps sürətli bir bağlantı olmalıdır. 720p videolarda 2.5 Mbps və 480p (standart təyinat) videolarda isə 1.1 Mbps sürət kifayətdir.

Ölkədə sürətin artımı ilə bağlı göstəriciləri mütəmadi izləyirəm. Ümumiyyətlə, təqdirəlayiq haldır ki, genişzolaqlı internetin sürət artımında müsbət dinamika hər zaman davam edir. Qlobal şirkət olan “Ookla”nın iyun ayı üzrə hesabatına görə, ölkəmizdə genişzolaqlı internetin sürəti 12 ayda artaraq, orta hesabla 39,87 Mbit/s-ni keçib. Bu, illik sürətin 35% artımı deməkdir.

Orta illik sürət artımının daha yüksək olması üçün ortalama istifadəçinin daha yüksək sürətli internetdən istifadə etməsi zəruri şərtdir. Provayderlərin tarif paketlərində etdiyi dəyişiklərə əsasən növbəti aydan etibarən ölkədə genişzolaqlı internetin minimal sürəti 100 Mbit/s-dən başlayacaq. Bu gediş beynalxalq reytinqlərə də müsbət formada yansıyacaq və orta illik sürətin artımına ciddi təsir göstərəcək"-deyə E.Abbasov qeyd etdi.

Konkret qiymət artımına gəlincə, mütəxəssis qeyd etdi ki, buna zərurət var. “Buna zərurət vardı və Azərbaycanda internetin sürəti ilə yanaşı qiyməti də artacaq”-deyə İT mütəxəssisi bildirdi. 

E.Abbasovun sözlərinə görə, qiymət dəyişikliyi özünü mütləq mənada internetin sürətinin artmasında da göstərəcək və keyfiyyət dəyişikliyini istifadəçilər hiss edəcəklər. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031