KÖHNƏ VERSİYA            

Aşurada toplanan qana uzanan haram əllər hansı günahı edir...

Image

Tural İrfan: “Bu qədər qan hara gedir, kimlər onu satır, bu çox qaranlıqdır”

Hər il ənənəvi olaraq Aşura günündə qanvermə aksiyası keçirilir. Bu il Aşura günü keçirilən qanvermə aksiyası zamanı Bakı şəhəri üzrə 1378, respublikanın digər şəhər və rayonları üzrə isə 935 nəfər könüllü olaraq qan verib. Rəsmi məlumata görə, bu şəxslərdən ümumilikdə 1040 litr qan tədarük olunub. 

Dediyimiz kimi, son bir neçə ildir ki, ənənəvi olaraq könüllü qanvermə aksiyası keçirilir. Əlbəttə, bu çox müsbət haldır və qana ehtiyacı olan insanların həyatının xilas edilməsi baxımından təqdirəlayiqdir. 

Aidiyyəti qurumlar hər zaman bildirirlər ki, tədarük edilən qan ölkəmizin qan bankına təhvil verilir və bu qan xəstələrə pulsuz verilir. 

Amma təəssüf ki, sosial şəbəkə istifadəçiləri, vətəndaşlardan çox zaman bunun əksini eşidirik. Yəni Aşurada toplanan qan xəstələrə təmənnasız verilmir. Belə iddialara son qanvermə aksiyasından sonra  sosial şəbəkələrdə rast gəlinir. Maraqlıdır, əksər sosial şəbəkə istifadəçiləri bu qanın ehtiyacı olan xəstələrə pulsuz verildiyinə şübhə ilə yanaşır. 

Bəzi məlumatlara görə, bu qan genetik xəstəlikləri olanlara pulsuz verilir. Əksər istifadəçilər qeyd edirlər ki, qan lazım olanda onlara “özünüz donor tapın, qan yoxdur” deyirlər. 

Bir sözlə, Aşurada insanlardan götürülən qanın təmənnasız olaraq xəstələrə çatdırılması məsələsində ciddi şübhələr var. Qeyd etdiyimiz kimi, sosial şəbəkələrdə səsləndirilən fikirlərə görə, guya bu qan xəstələrə verilmir pulla satılır. Əksər vaxtlarda qan Bankına müraciət edən vətəndaşlara "yoxdur" cavabı verilir. İddialara görə, bu qana haram əl uzanır. Kifayət qədər ciddi adamlar yazıb soruşurlar ki, bu qan xəstələrə verilmirsə bəs hara gedir?

Təbii ki, rəsmi qurumların açıqlamalarında bu qanın aidiyyəti üzrə xəstələrə verildiyi deyilir. 

Biz bu məsələnin mənəvi tərəfini araşdırıb öyrənmək istədik. 

“Ehsan olaraq verilən bu qanları satmaq haramdır” 

Tanınmış ilhahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə  “Ümumiyyətlə, əgər bir şey ehsan edilirsə, ianə edilirsə gərək o şey camaata təmənnasız verilsin. İstər qan, istərsə də başqa vasitə olsun. Məlumdur ki, bir neçə ildir ölkədə Aşura günü insanlar ianə, ehsan olaraq qan verirlər. İmam Hüseyn yolunda o qanı verirlər ki, xəstələrə, ehtiyacı olanlara ehsan edilsin, savab olsun. Amma şübhələr və narahatlıq da var. Bu narahatlıq ondan ibarətdir ki, bu qanların hara getməsi, sonradan insanlara təmənnasız verilib-verilməməsi şəffaf deyil. Aidiyyəti qurumlar, digər məsələlərdə olduğu kimi, bu işdə də qaranlıq tərəf görürlər. Cəmiyyətin ümumi rəyi budur ki, lazım olanda heç kəsə təmənnasız qan verilmir. Şəxsən mənim də qohumumun uşağına əməliyyat zamanı qan lazım oldu, qanköçürmə institutuna yolladılar, oradan pulla aldılar.

Əslində bu qanları satmaq İmam Hüseynin qanını təkrar tökmək kimi bir şeydir. Bax, bu qanı satırlarsa artıq onda bəla gələ bilər. Çünki bu, mənəvi tərəfdən çox qorxulu məsələdir” - deyə bildirdi.

T.İrfanın sözlərinə görə, ehtiyacı olan, xəstəxanalarda inləyən minlərlə məzlum, çarəsiz var. O vurğuladı ki, xalqımız kütləvi şəkildə gedib qan verir, hətta dövlət məmurları, deputatlar da qan verirlər. “Bu qədər qan hara gedir, kimlər onu satır, bu çox qaranlıqdır. Qan verənlər də verdiyi qanın satılmasından narahatdırlar. Aşurada qan verən bir nəfər mənə dedi ki, mən neçə ildir gedib qan verirdim, bir dəfə özümə qan lazım oldu, mənə pulla satdılar, daha mən qan verməyəcəm. Mən bununla bağlı maraqlandım, bildirdilər ki, guya Aşurada verilən qanların çoxunun tərkibində xəstəliklər, hepatit və digər viruslar çıxdığına görə onların çoxu istifadəyə yararsız olur və atılır. Şübhəsiz ki, bunlar bəhanədir. İldən-ilə qan verənlər artır. Tonlarla qan alınır əhalidən. Bəs bu hara gedir, bunun hesabatı niyə açıqlanmır, nədən qaranlıq qalır, bu məlum deyil.

Görünən odur ki, burada qara əllər işləyir, çünki qan biznesi böyük gəlirli sahədir.

Ehsan olaraq verilən bu qanları satmaq haramdır. Əgər bu cürdürsə o qanlar ehsan sayılmır, alver və istismar sayılır. Bu, qan verən əhalini aldatmaqdır. Vicdansızlığın, imansızlığın son həddidir. İnsanların qanı ilə alver etmək insanlıq əleyhinə cinayətdir”. T.İrfan vurğuladı ki, Aşura günündə xəstə, çarəsiz adamlara ehsan olaraq verilən qanları kimlərsə satırsa, qeyri - şəffaf şəkildə mənimsəyir, öz mənfəətlərinə sərf edirsə, bu həm də qanunla  cinayətdir. “Hər halda, bu sahədə şəffaflığın olmaması dəqiqdir. Bunun da arxasında qara işlərin olması şübhəsizdir. Mən bildiyim odur ki, tanıdığım yüzlərlə şəxsə qan lazım olanda hamısı gedib pulla alıb. Heç kəsə pulsuz qan verilməyib. Xəstəxanadan həkim yollayır, adam da gedir göstərilən yerdən xəstəsi üçün alıb gətirir. Aşurada verilən qanları kim içir, onu mən bilmirəm” - deyə T.İrfan bildirdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031