"Trampın dövründə Rusiya üçün yaxşı heç nə baş vermirdi, ancaq dialoq var idi" - Peskov
"Donald Trampın prezidentliyi dövründə Rusiya üçün yaxşı heç nə baş vermirdi". Bunu Rusiya Prezidentinin mətbuat katibi Peskov bildirib.
“Putin və Trampın qarşılıqlı anlaşmasına gəlincə, Trampın dövründə Rusiya üçün xüsusilə yaxşı heç nə baş vermirdi, əksinə, yeni məhdudiyyətlər tətbiq olunurdu, lakin yenə də dialoq var idi. Bu, yəqin ki, müsbət element sayıla bilər”- Peskov deyib.
ABŞ prezidentliyinə namizəd Tramp “Bloomberg”ə müsahibəsində noyabrın 5-də keçiriləcək seçkilərdə qələbə qazanacağı halda Rusiyaya qarşı tətbiq edilən sanksiyaları zəiflədəcəyini istisna etməyib.
TAHİR