Bayden İlon Maskı seçkiləri satın almaq cəhdində ittiham etdi - Maskdan da cavab gəldi...
ABŞ prezidenti Bayden amerikalı milyarder İlon Maskı noyabrda keçiriləcək prezident seçkilərini pulla almaq cəhdində ittiham edib. Bayden, İlon Maskın və onun varlı dostlarının bu seçkiləri satın almağa çalışmasından bezdiyini bildirib.
O, həmçinin postlarından birinə Demokratlar Partiyasına ianə toplamaq üçün veb-saytın linkini yerləşdirib. Saytın səhifəsində İlon Maskın və prezidentliyə digər namizəd Trampın fotolarını da görmək olur.
Milyarder Mask isə onu və varlı dostlarını prezident seçkilərini satın almaq niyyətində ittiham edən Baydenin tənqidlərinə X sosial şəbəkəsində cavab verib.
“Mən onun fikirlərində tamamilə pulsuz yaşayıram”, - deyə Mask prezidentin postlarının skrinşotunu təqdim edən X sosial şəbəkə istifadəçisinin postuna cavab olaraq yazıb.
TAHİR