KÖHNƏ VERSİYA            

ABŞ-nin Ermənistanda birgə hərbi təlim keçirməsi birbaşa İrana qarşıdır- Yunus Oğuz

Image

"Regionda yaranan yeni geopolitikada İranı tamamilə uzaqlaşdırmaq niyyəti var"

Dünyada baş verən siyasi proseslər Cənubi Qafqaza təsirsiz ötüşmür. Xüsusən, ABŞ-nin  Ermənistanla birgə hərbi təlim keçirməsi müzakirə mövzusuna çevrilb. Sözügedən hərbi təlimlərin hansı məqsəd daşıdığı barədə fikirlər isə müxtəlifdir. Müsahibimiz yazıçı-publisist, "Olaylar" qəzeti və eyniadlı informasiya agentliyinin rəhbəri, siyasi şərhçi Yunus Oğuzdur.

-Yunuz bəy, ABŞ-nin  Ermənistanla birgə hərbi təlim keçirməsinin Azərbaycana qarşı yönəldiyi barədə fikirlər mövcuddur. Sizin məsələyə münasibətiniz nədən ibarətdir?
-Hazırda Qafqazda yeni gəzişmələr müşahidə olunur. Əvvəllər dediyimiz kimi Ermənistan artıq üç qüvvə arasında bölünüb. Bu bölüşmə  Amerika,  Avropa Birliyinin timsalında Fransa və Rusiya arasında aparılıb. Sadalanan qüvvələr faktiki olaraq İranı vurub bu sıradan çıxarıblar. İran nə qədər sırımağa çalışsa da ki, Ermənistan dostumuzdur, qardaşımızdır, artıq bunun heç bir əhəmiyyəti yoxdur. Bu yaxınlarda  ABŞ və Ermənistan hərbi qüvvələrinin birgə təlimi keçirildi. Çoxları düşünürdü ki, bu təlimlərdə məqsəd Ermənistanı gücləndirərək Azərbaycanla yeni müharibənin başlanmasına təhrik etməkdir. Əslində isə  Amerika Ermənistan-Azərbaycan arasında müharibənin olmasının marağında deyil. Amerikanın Ermənistanda oturuşması, birgə hərbi təlimlərin keçirilməsi İrana qarşı planın tərkib hissəsidir. Hətta bu təlimlər İrana qarşı mesaj yox, birbaşa ona qarşı hazırlanmış plastdarmdır. Azərbaycan bu niyyətin reallaşması üçün plastdarm vermədi, bu halda ABŞ öz niyyətini Ermənistan üzərindən həyata keçirməyə üstünlük verdi. Nəzərə almaq lazımdır ki, hazırda İranın çevrəsində təkcə Ermənistan "azad" qalıb. Digər dövlətlərdən  Azərbaycan müstəqil xarici siyasət yürüdür, Türkiyə, Pakistan, Əfqanıstan, Körfəzdə ərəb dövlətləri də eləcə, qalır bircə Ermənistan. Amerika da düşündü ki, gələcəkdə İrana güclü zərbə endirmək üçün ən yaxşı nöqtə Ermənistandır. Çünki  Türkiyə və Azərbaycan  Amerikanın istəyini etmir, bunu ancaq Ermənistan edə bilər. Ermənistan da bundan sui-istifadə edərək şərtlər qoyur ki, ölkənin Rusiyadan uzaqlaşmasına kömək edin, silahla təmin edin, NATO sistemində hərbi təlimlər keçirilsin və sair. Ən əsası isə Paşinyanın istəyi ondan ibarətdir ki, "məni daxili müxalifətin və Rusiyanın hərbi qiyamından qoruyun". Bu isə o deməkdir ki, ABŞ-nin  Ermənistanda birgə hərbi təlim keçirməsi daha çox İrana qarşıdır.
- ABŞ-Ermənistan yaxınlaşması sülh müqaviləsinin bağlanmasına hansı təsirini göstərə bilər?
 -Əslində bu cür addımlar Ermənistanla  Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına təsirsiz ötüşmür. Hələ  fevral ayında demişdim ki, nəinki bir-iki ayda, heç yaxın vaxtlarda sülh müqaviləsinin bağlanması gözlənilən deyil. Bu, bir faktdır ki, NATO  "Şərq tərəfdaşlıq proqramı" çərçivəsində Amerikanın timsalında Cənubi Qafqaza doğru irəliləyir.
-ABŞ-də keçirilən prezident seçkilərində Tramp qalib gəlsə, ölkənin Cənubi Qafqaz  siyasətində hansı yeniliklər müşahidə oluna bilər?
-Əgər Tramp prezident seçilsə, onun hansı siyasət yürütməsinə baxmayaraq  Azərbaycanın xeyrinə olacaq. Xatırlayırsınızsa, Tramp prezident olanda demişdi ki, "biz Ermənistan-Azərbaycan müharibəsini izləyirik". Bayden isə, qondarma erməni soyqırımının adını çəkdi. Əsas məsələ odur ki, regionda yaranan yeni geopolitikada İranı tamamilə uzaqlaşdırmaq niyyəti var. Ola bilər ki, bu siyasət İranda azərbaycanlının prezident seçilməsilə əlaqədar bir qədər yumuşalsın. Hesab olunur ki, İranın xarisi siyasətində yeni seçilmiş prezident Məsud Pezeşkian danışıqlar apara bilər. İran təkcə özünün xarici siyasəti ilə yox, Türkiyə və Azərbaycanın əli ilə möhkəmlənə bilər, vəziyyəti istədiyi həddə gətirib çıxara bilər. Ona görə imkan verildi ki, İranda azərbaycanlı prezident seçilsin. Hələlik isə yeni prezidentin andiçmə mərasimi olmadığından konkret nəsə demək olmaz. Əsas odur ki, İranın məsələsinə əl qoyulub. Ermənistan da burada aparıcı rol oynayacaq. Orada hərbi bazaların yerləşdirilməsi və oradan da İrana hücum ola bilər. Bu də sənin uzun illər qardaş dediyin Ermənistan. Sual olunur, İran niyə susur?  Fransa Ermənistana silah göndərdi susdun, Avropa İttifaqı 200-dən artıq müşahidəçi göndərdi səsin çıxmadı, ABŞ hərbi təlm keçirir yenə susursan. Amma, Azərbaycan Ermənistanla sülh müqaviləsi barədə hər hansı təkliflə çıxış edən kimi dərhal ortalığa çıxırsan ki, "bizim qırmızı cizgimizdir". Əslində İran çox gözəl başa düşür ki, vəziyyət bu cür davam edə bilməz. Heç bir halda qapalı şəraitdə inkişaf ola bilməz. Ona görə də hazırda çalışırlar ki, İran azərbaycanlı prezidentin əli ilə dünyaya çıxa bilsin. Məhz azərbaycanlı olduğuna görə.
-Sizcə, İran  Azərbaycan və Türkiyənin əli ilə dünyaya çıxış imkanı əldə edə bilər?
-İranın bir şansı var. İran adını dəyişib İran İslam Türk Respublikası  qoymalıdır. Ardınca Türk Dövlətləri Təşkilatına daxil olmalıdır. Əslində proseslər ona doğru gedir. Yalnız bu halda İrana qarşı siyasət bir az yumşalacaq. Çünki, Türk Dövlətləri Təşkilatının hədəfləri çox böyükdür. Artıq türk dövlətləri arasında iqtisadi, siyasi əlaqələrin genişləndirilməsi istiqamətində ciddi addımlara start verilib. Qazaxıstanda  Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan hərbi kontingentlərinin iştirakı ilə "Birlestik-2024" komanda-qərargah təlimləri baş tutub. İyulun 8-dən 17-dək davam edən təlimdə hərbi kontingentlər silahlı münaqişənin qarşısını almaq üçün birgə əməliyyat həyata keçiriblər.
Ermənistanın da xilası Türk Dövlətləri Təşkilatındadır. Birdə gördün ki, ermənilər arxiv sənədləri çıxartdılar ki, biz qıpçaq türkləriyik və bizi Türk Dövlətləri Təşkilatına daxil edin. Vaxtı gələndə Rusiya da bu addımı atacaq. Deyəcək ki, ölkənin yarısı türkdür. Elə təkcə Moskvada 4 milyon tatar yaşayır. Türk Dövlətləri Təşkilatının beynəlxalq gücə çevrilmə ehtimalı olduğundan NATO kimi təşkilatlar qısqanır, bizim üstümüzə yeriyirlər.
- Bakıda Fransanın müstəmləkə altında saxladığı ərazilərdəki Müstəqillik Hərəkatlarının Qurultayının baş tutmasını necə dəyərləndirirsiniz?
-Ataların bir misalı var. "Nə tökərsən aşına, o da çıxar qaşığına". 20-ci əsrin əvvəllərində Fransa "gənc türkləri" qurultay keçirmək üçün Parisə yığırdı. 1909-cu ildə Sultan Əbdülhəmidi də onlar devirdilər. Bunların hamısını Fransa təşkil edirdi. Üstündən yüz il keçib, indi də Fransanın özünə qarşı tədbir keçirilir. Artıq  Azərbaycan 90-cı illərin kiçik Azərbaycanı deyil. İndi ərazimiz balaca olsa da gücümüz böyükdür. Çindən tutmuş Pakistan, Türkiyə, Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlıq, Rusiya ilə strateji müttəfiqlik  Azərbaycanı çox güclü edib. Məhz  bunun nəticəsidir ki, Azərbaycanın mərkəzində, paytaxt Bakıda Fransanın müstəmləkəçilik əleyhinə qarşı qurultay keçirilir. Qurultayda 15 siyasi partiyanın iştirakı elə də sadə məsələ deyil. Bu faktlar bir daha deyir ki, dünyada geosiyasət dəyişir. Təbii ki, yeni geosiyasətdə Avropa istəyir ki, Ermənistan Qafqazda geosiyasi gücə malik olsun. Amma bu mümkün olan şey deyil, Ermənistan heç daxili siyasətini müəyyən edə bilmir. Əsas məsələ odur ki, inkişaf gedir və daşlar artıq tam yerində oturub. Daşlar yerində oturmasaydı,  Azərbaycanda bu qurultay da, COP29- da keçirilə bilməzdi. İndi o daşların üstünü cilalamaq lazımdır ki, hər şey yağ kimi getsin.
-Türk Dövlətləri Təşkilatını NATO-ya alternativ hesab etmək olar?
-Dünyanın idarə olunması niyə birqütblü olmalıdır? Avropanın heç bir iqtisadi resursu yoxdur, lakin hər şeyi sümürüb aparmaq istəyi var. Bizim isə əhali, iqtisadi, təbii ehtiyatlarla bağlı potensialımz var. Allaha şükür ki, onu idarə edə biləcək siyasi güclərimiz də var. Biz sadəcə özümüzün inkişafını istəyirik.
Odur ki, TDT-nı heç bir halda NATO-ya alternativ görmək lazım deyil. Sadəcə onlar  Türk Dövlətləri Təşkilatının güclənməsindən çox narahatdırlar. Çünki, əhalinin say çoxluğu buradadır, onlarda ilbəil azalır. Onlarda pensiyaçıların sayı məşğul əhalidən çoxdur. Ona görə də miqrantların ölkəyə daxil olmasına imkan verirlər. Dünyanı isə Hindistan xilas etməyəcək, dünyanı ədalətə söykənən birlik qurtaracaq. Hazırda Avropa, Amerika, hətta Rusiya dünyanı xilas edə bilmir. Çünki hamısında sümürgəçilik, somurma var. Məqsəd ondan ibarətdir ki, iqtisadi potensiala malik ölkələri somursunlar, özlərini isə başıqapazlı edib oturtsunlar.     

Alim Hüseynli







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031