"COP29-un Təşkilat Komitəsində qadınların üstün iştirakı bunun əyani sübutudur" - komitə sədri
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Şuşa şəhərində “İslam dünyasında qadınlar: ənənələr və çağırışlar” mövzusunda keçirilən konfransın açılışında bir sıra fikirlərlə çıxış edib. Komtə sədri qeyd edib ki, həyata keçirilən irimiqyaslı layihələrin nəticəsidir ki, Qarabağın ekologiyasına vurulan yaralar sağalmağa başlayır. Komitə sədri xatırladıb ki, Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi kifayət qədər önəmli hadisə oldu:
"Bu gün Azərbaycan siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilib. Məlum olduğu kimi, ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. İndi Yer kürəsinin hər hansı regionunda baş verən təbii fəlakət təkcə həmin ərazinin deyil, bütün dünyanın problemi sayılır. Bəşəriyyətin yaranması, inkişaf etməsi, eləcə də yenilənməsində əvəzsiz rol oynayan qadınlar bu gün belə qlobal problemləri aradan qaldırmağın yollarını kişilərlə birgə axtarırlar. COP29-un Təşkilat Komitəsində qadınların üstün iştirakı bunun əyani sübutudur".
Mətləb Salahov