Bakıda 73 yaşlı qadın yol qəzasının qurbanı oldu
Bakıda 73 yaşlı qadını avtomobil vurub. Hadisə Sabunçu rayonu, Bakıxanov küçəsində qeydə alınıb. 1971-ci il təvəllüdlü Natiq Səlimov idarə etdiyi "Hyundai Santafe" markalı avtomobillə yolu keçmək istəyən 1951-ci il təvəllüdlü Qətibə Rzayevanı vurub.
Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanıb.
Mətləb Salahov