Şəmkirdə yol qəzası olub, sürücü xəsarət alıb
Şəmkir rayonunda 58 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb. Belə ki, 1966-cı il təvəllüdlü Rəhimov Fazil Mövsüm oğlunun idarə etdiyi avtomobil yol kənarındakı maneəyə çırpılıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılsa da, vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib.
Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.
Mətləb