Vladimir Putin Məhəmməd bin Salman ilə nəyi müzakirə edib? - Kreml açıqladı
Rusiya Prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud ilə telefon danışığı aparıb. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Liderlər Rusiya ilə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması prinsiplərinə əsaslanan dostluq münasibətlərinin əldə edilmiş səviyyəsini yüksək qiymətləndiriblər. Tərəflər müxtəlif səviyyələrdə əlaqələri davam etdirmək barədə razılığa gəliblər.
Mətləb Salahov