KÖHNƏ VERSİYA            

Qərb Ermənistanı Rusiyadan qoparmaq üzrədir - Azərbaycan üçün də maraqlı məqamlar var...

Image

“Ermənistan və Azərbaycan sülh danışıqlarında irəliləyiş əldə edib”. Bunu İrəvana səfər edən ABŞ dövlət katibinin köməkçisi Uzra Zeya deyib. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller Vaşinqtonda keçirdiyi brifinqdə sülh müqaviləsinin tezliklə bağlanmasının vacibliyini vurğulayaraq, bu xüsusda konsensusun olduğunu bildirib: 

“Bu ölkələr arasında sülh sazişi həm onlar, həm də region üçün çox böyük əhəmiyyətə malikdir – regionda sülh, sabitlik, təhlükəsizlik üçün vacibdir. Biz həqiqətən sülh sazişinin mümkün olduğuna inanırıq, ancaq bu, tərəflərdən bəzi çətin seçimlər və ağır kompromislər tələb edir. Biz onları fikir ayrılıqlarının yekun həllinə və razılığa gəlməyə təşviq etməyə davam edirik”. 

Ekspertlərə görə, Vaşinqtonda NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın ABŞ dövlət katibi Etnoni Blinkenin iştirakı ilə görüşü tarixi sülh müqaviləsinin bağlanması və dövlətlərarası münasibətlərin qurulması istiqamətində müəyyən addımların atıldığını göstərir. İştirakçılar bu istiqamətdə işi davam etdirmək barədə razılığa gəliblər. Belə vəziyyətdə Ermənistan müxalifətinin nümayəndələri iddia edirlər ki, ABŞ ilk növbədə Ermənistandan Azərbaycana yeni güzəştlərə gedilməsinə çalışır. Keçmiş prezident Robert Köçəryanın “Hayastan” fraksiyasından deputat Artur Xaçatryan bununla bağlı qeyd edir: “Daha güzəştə getmədiyimiz nə qaldı ki? Ərdoğan bunu Millerdən əvvəl demişdi. Bu yenə də Zəngəzur dəhlizi söhbətidir. Bizim daha güzəşt ediləsi heç nəyimiz yoxdur. Biz yalnız Nikol Paşinyanı güzəşt edə bilərik. İstəyirlərsə, gəlib aparsınlar”.

Keçmiş prezident Serj Sarkisyana bağlı “Şərəfim var” müxalifət fraksiyasından daha bir deputat Tiqran Abrahamyan da güman etdiyini bildirib ki, Vaşinqton Bakıya dəhliz məsələsində güzəştə gedilməsini istəyir. O, ABŞ-ın Ermənistanın suverenlyini dəstəkləməsinə dair bəyanatlarını rədd edib. NATO da öz növbəsində sülh prosesini dəstəklədiyini və ABŞ-ın, Avropa İttifaqının iştirakı ilə İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına yardım etməyə hazır olduğunu bildirib. NATO baş katibinin xüsusi nümayəndəsi Havyer Kolomina alyansın mövqeyinin məhz bu istiqamətdə olduğunu vurğulayıb. ABŞ dövlət katibinin köməkçisi Uzra Zeya məsələnin konkret istiqamətdə irəliləməsi üçün İrəvana gəlib. Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə o, ABŞ administrasiyasının Ermənistanla əməkdaşlığın inkişafına və möhkəmlənməsinə böyük əhəmiyyət verdiyini, ölkədə demokratik institutların inkişafına yönəlmiş texniki və maliyyə dəstəyinin daimi olacağını bəyan edib. Həmsöhbətlər Ermənistan-Azərbaycan sülh prosesinə də toxunublar. Uzra Zeya ABŞ-ın iki ölkə arasında həqiqi sülhün bərqərar olmasına, regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına kömək etməyə davam edəcəyini vurğulayıb. Rusiyada hesab olunur ki, İrəvan hər vəchlə Moskvanın vasitəçiliyindən imtinaya can atır. Bu səbəbdən ABŞ-la təmasları artırır. Nəticədə Kreml İrəvana daha çox qəzəblənir. Erməni politoloq Armen Xanbabyan bunlar fonunda qeyd edir: “Bu səylərin yaxın gələcəkdə müsbət nəticə verəcəyi ehtimalı azdır, çünki bu gün hamı başa düşür ki, indiki Ermənistan administrasiyası “axsaq ördək”dir və ABŞ-da seçkilərdən sonra hakimiyyət dəyişikliyi çox böyük ehtimaldır”. Onun fikrincə, buna görə də Amerika tərəfi Ermənistan-Azərbaycan arasında sülhün əldə olunmasında israr etməkdə davam edir, çünki sülh sazişinin imzalanması hazırkı administrasiya üçün beynəlxalq aləmdə mühüm uğur olardı.

Bunun fonunda iyulun 15-dən Ermənistanda ənənəvi erməni-amerikan sülhməramlı təlimləri başlayıb. Onlara Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-ın Avropa və Afrikadakı ordusunun və Kanzas Milli Qvardiyasının hərbçiləri cəlb olunub.

Təlimlər sülhməramlı tapşırıqların icrası zamanı münaqişə tərəfləri arasında sabitləşdirmə tədbirlərini əhatə edir. Xanbabyanın qeyd etdiyi kimi, Kanzas Milli Qvardiyası uzun müddətdir ki, Ermənistanla müvafiq iş aparır, erməni sülhməramlılarını müxtəlif beynəlxalq missiyalara hazırlayır. O da maraqlıdır ki, Ermənistan tərəfi son vaxtlar yeni atom elektrik stansiyasının tikilməsi ideyasını fəal şəkildə təbliğ etməyə başlayıb. Mövcud “Metsamor” atom elektrik stansiyası, birincisi, çox köhnəlib, ikincisi, 1988-ci ildə baş vermiş dağıdıcı zəlzələ nəticəsində xeyli ziyan görüb. Və bir neçə il əvvəl stansiyada genişmiqyaslı yanğın olub. MAQATE Ermənistanın AES-in bir neçə dəfə modernləşdirilməsi və təmir olunduğu üçün təhlükə yaratmadığını desə də, buna baxmayaraq, yaxın gələcəkdə onun bağlanmağa məcbur olacağı aydındır. Onun rəsmi xidmət müddəti 2026-cı ilə qədərdir. Problem ondadır ki, Ermənistan bu gün respublikada hansı növ AES-in istismarı üçün daha münasib olacağı seçimi qarşısındadır. Ola bilsin ki, bunlar modul tipli, kiçik atom elektrik stansiyaları olacaq.

Artıq ABŞ, Rusiya, Cənubi Koreya və Çin Ermənistanda yeni atom elektrik stansiyasının tikintisinə maraq göstərib. Hazırda həm amerikalılarla, həm də Cənubi Koreyadan olan mütəxəssislərlə danışıqlar davam edir. Bir sıra şərhçilər hesab edir ki, bu yolla Ermənistan Rusiyadan daha da uzaqlaşmaq istəyir. Erməni atom elektrik stansiyası uzun müddət Rusiya tərəfinin idarəçiliyində olub. Və bu günə qədər stansiyanın yanacağı və onun nüvə tullantıları Rusiya Federasiyasının nəzarəti altındadır. Bununla belə, Xanbabyanın qeyd etdiyi kimi, yeni AES-in xarici şirkət tərəfindən tikiləcəyi təqdirdə, nüvə yanacağının Rusiya tərəfindən utilizasiyası davam etməyəcək. bu da Rusiyanın Ermənistana əlavə təzyiq vasitəsi olacaq. Xanbabyan bu xüsusda bildirir: “Ermənistan iqtisadiyyatının və ticarətinin böyük hissəsi Ermənistanın Avrasiya İqitisadi İttıfaqına üzvlüyünə əsaslanır. Buna görə də, baş nazir Nikol Paşinyan yaranmış münaqişəni yekunlaşdıraraq bəyan edib ki, Ermənistanın Aİ-yə üzv olmaq ərizəsi ilə bağlı referendum olmayacaq. Çünki biz ilk növbədə Avropanın Ermənistana ehtiyacı olub-olmadığını anlamalıyıq”.

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031