KÖHNƏ VERSİYA            

“Hakimiyyətə işləməkdə" ittiham olunan partiyalar "Cəbhəni" yerlə sürüdülər…

Image

Ötən həftəsonu Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) növbədənkənar parlament seçkilərində iştirak etməmək qərarı verib.  Bu barədə qərar partiyanın Ali Məclisində elan olunub. AXCP  qərarını “azad rəqabət və seçki mühitinin olmaması” ilə   izah edib. 

Çox maraqlıdır ki, AXCP seçkiyə qatılan digər müxalif partiyaları hakimiyyətə işləməkdə ittiham edir. Bu nə dərəcədə doğru yanaşmadır?

Akif Nağı: “Seçkilərdə iştirak etmək o demək deyil ki, sən hakimiyyətlə sövdələşmisən” 

Seçkiyə qatılan müxalifyönlü Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, AXCP artıq özünü bitirmiş bir partiya yox, qurumdur: “Partiya kimi artıq fəaliyyət göstərmirlər. Hətta deyərdim ki, təxribatçı bir qrupdur. Normal şəkildə yuxarı strukturları yoxdur, heç bir iclas da keçirə bilmirlər və üzvləri də dağılıb. Azdan - çoxdan qalanlar da öz qərarlarını verməlidirlər. Həmin rəhbərlik altında olanlar özlərini bütün proseslərdən kənarda qoyurlar və faktiki olaraq xarici sifarişləri yerinə yetirirlər. Əli Kərimlinin haqqı yoxdur ki, kimisə nədəsə ittiham etsin. Çünki Əli Kərimli özü 1995-ci ildə Zərdüşt Əlizadədən sonra ilk olaraq siyasi manipulyasiya möhtəkərliyi etməyə çalışdı. 2000-ci ildə də bu addımı təkrarladı. Ona görə də indi kimisə ittiham etməyə onun haqqı yoxdur. Azərbaycanda vəziyyət tamamilə dəyişib. Partiyalar arasında normal, sağlam münasibət var. Həm qanuna uyğun olaraq, həm də dünya praktikasına uyğun inkişaf gedir, təşkilatlanma aparılır. Seçkilərdə iştirak etmək o demək deyil ki, sən hakimiyyətlə sövdələşmisən. Bu, mənasız, cılız, primitiv bir yanaşmadır. Əli Kərimli hər zaman primitivliyi ilə seçilib. Mən onu hər zaman, əvvəllər də tanımışam. 1993-cü ildə  hakimiyyət böhran ərəfəsində idi. Surət Hüseynov artıq ayağa qalxmışdı. 1993-cü ilin may ayında mətbuat konfransı keçirildi və həmin mətbuat konfransında dövlət katibi kimi ondan soruşdular ki, necə oldu Qarabağı azad edə bilmədiz, hakimiyyətə gəldiz? O isə cavabında bildirdi ki, xalq ölümə hazır deyil, ona görə də biz qalib gələ bilmədik. O vaxt mən “ Doğru yol “ qəzetinin redaktoru idim. Mən ona qısa bir replika ilə cavab verdim ki, 27 yaşlı bir cavan oğlan avtomat götürüb vuruşar, xalqı ittiham edə bilməz. Minlərlə insanımız şəhid olub. Ayıb olsun sənə ki, sən belə bir mövqedən çıxış edirsən. O vaxtlar aramızda çox sərt mübahisə oldu. Qəzetə qarşı hücum etdi hətta. Yəni belə cılız, düşüncəsi olmayan bir adamdır. Ona görə də, mən hesab edirəm ki, cəmiyyətdə onun dediklərinə heç kim fikir verməməlidir. Öz partiyası da qərarını verməlidir ki, belə cılız adamın adamın arxasınca getməyə son qoysunlar. Dünyada necə, bizdə də elə normal seçkilər keçirilir. Heç bir sövdələşmə də yoxdur. Mən özüm də normal namizədliyimi vermişəm. Dairə Seçki  Komissiyalarında istənilən müraciətimizə normal yanaşırlar, istənilən şəkildə şərait yaradırlar. Heç bir təzyiq yoxdur və normal şəkildə proseslər gedir. Ona da yəqin ki, belə normal proses sərf etmir. Qışqırmaq, bağırmaq istəyir. Mən hesab edirəm ki, Əli Kərimlinin dişinin dibində şirə qalıb. İstəyir ki, ona yer versinlər, əvvəlcədən desinlər ki, sən filan yerə gedəcəksən, biz səni deputat edəcəyik. Budur onun istəyi. Sərbəst, azad bir mübarizə aparmaq istəmir.

Qeyd edək Azad Vətən Partiyası Akif Nağının namizədliyini 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən irəli sürüb. Partiyanın seçki qərargahından bildiriblər ki, bugünə qədər Akif Nağı ilə yanaşı, 54 saylı Mingəçevir seçki dairəsindən Tacəddin Əyyubov, 114 saylı Şəki şəhər seçki dairəsindən Elxan Rəhimov, 98 saylı Bərdə-Tərtər seçki dairəsindən Gəray Əsədov, 73 saylı Masallı-Cəlilabad seçki dairəsindən Zaur Ələkbərov, 112 saylı Zaqatala seçki dairəsindən Polad Soltanov, 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən Ramil Şirinov, 31 saylı Suraxanı 2-ci seçki dairəsindən Vidadi Şirəliyev, 10 saylı Binəqədi 3-cü seçki dairəsindən Tağı Kazımov, 25 saylı Nizami 2-ci seçki dairəsindən Bəhmən Ədilov, 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər seçki dairəsindən Nadir Məmmədov, 119 saylı Ağdam seçki dairəsindən Maya Quliyeva və digərlərinin namizədliyi irəli sürülüb.

Namizədlərin irəli sürülməsi prosesi davam edir.

Elşad Musayev: “Hakimiyyətlə işləyən onlar olub” 

Seçkilərdə iştirakla bağlı qərar verən digər müxalif təsisat olan Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, AXCP-nin seçkilərdə iştirak edib-etməməsi ilə bağlı məsələyə çox da fikir vermək lazım deyil: “ Onların boykotla bağlı qərarlarına isə ümumiyyətlə münasibət bildirmək istəmirəm. Kimisə hakimiyyətə işləməkdə ittiham etməyə gəldikdə isə, gərək onlar bu mövzuda ümumiyyətlə danışmasınlar. Hamıdan əvvəl Parlamentdə onlar təmsil olunub. Vəziyyətləri də hamıdan yaxşıdır. Hətta onların sıralarında elələri var ki, hakimiyyətin şəninə tərifli kitablar yazıb. Əziyyət çəkən isə sadə və sıravi cəbhəçilərdir. Onlar bəzi adamların şəxsi kaprizinin qurbanına çevriliblər. Bu mövzunu qabartmaq lazım deyil. Gündəmdən düşən siyasi qüvvəni niyə yenidən gündəmə gətirirlər? Hakimiyyətlə işləyən onlar olub. Biz hamını  çox yaxşı tanıyırıq. Siyasi partiya yaranıbsa, seçkilərdə iştirak etməlidir”.

Qeyd edək ki, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev növbədənkənar parlament seçkilərində iştirak edəcəyi dairəni də açıqladı. 

Sədr bildirib ki, namizədliyini 10 saylı Binəqədi üçüncü seçki dairəsindən irəli sürəcək.

Məhəmmədəli QƏRİBLİ







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031