KÖHNƏ VERSİYA            

1 milyon azərbaycanlı qaçqın küçələrdə qalanda UNESCO-nun vicdanı yatmışdı - indi "oyanır"...

Image

Faiq Balabəyli: “Bu həmin təşkilatın ayrıseçkilik siyasətinin təzahürlərindən biridir”

UNESCO özünün əsl missiyasını unudub bütün resurslarını ermənilərə qayğı göstərməyə yönəldib. Zamanında Azərbaycanın 1 milyon qaçqın və məcburi köçkününün taleyinə biganə qalan təşkilat Qarabağdan öz xoşu ilə getmiş erməni ailələrinin, eləcə də onların uşaqlarının qayğısına qalır. Bu məqsədlə UNESCO-nun baş direktorunun təhsil üzrə müavini Stefaniya Canni İrəvanda səfərdə olub. Hətta Ermənistanın elm, təhsil, mədəniyyət və idman naziri Janna Andreasyan S.Canninin rəhbərlik etdiyi nümayəndə heyətini də qəbul edib.

UNESCO-nun missiyasının ekspertləri iyunun 16-dan 22-ə qədər Ermənistanda olublar.

Məlumata görə, dörd ekspertdən ibarət missiya iyun ayında Ermənistanda “İnformasiya və kommunikasiya texnologiyaları sahəsində peşə təhsili və təliminin idarə edilməsi və maliyyələşdirilməsi üzrə texniki rəhbərliyin təmin edilməsi” və “Bacarıqların profilləşdirilməsi və iş axtarışı üçün texniki alətin tətbiqi” mövzularında iki seminar keçirib. Məsələ burasındadır ki, bu seminar Qarabağdan getmiş erməni ailələri ilə bağlı olub. Tamamilə əsassız olaraq onlar “məcburi köçkün və iş axtaran Dağlıq Qarabağ vətəndaşları” adlandırılıb. Qarabağdan olan “məcburi köçkünlərin” uşaqlarının təhsil almasına UNESCO-nun dəstək göstərdiyi vurğulanıb. “Respublika Pedaqoji-Psixoloji Mərkəzi UNESCO ilə birgə “Dağlıq Qarabağdan olan məcburi köçkün uşaqların psixososial sabitliyini artırmaqla onların təhsil prosesinə cəlb edilməsi” proqramını həyata keçirir”-deyə qeyd edənlər unudur ki, artıq “Dağlıq Qarabağ” deyilən bir ərazi vahidi yoxdur, ora Qarabağ İqtisadi Rayonudur. Digər tərəfdən də, o uşaqların “məcburi köçkün” adlandırılması tamamilə qanundan kənar bir məsələdir. 

1 milyon azərbaycanlı qaçqın çöldə qalmışdı, amma UNESCO-nun tükü də tərpənmirdi, indi erməni uşaqlarını görüb hərəkətə gəlib. 

“Çox təəssüf ki, UNESCO da digər beynəlxalq təşkilatlar kimi ermənilərin maraqlarını müdafiə etməyi özünün missiyasına çevirib” 

Müstəqil.az saytının baş redaktoru, AYB üzvü, şair Faiq Balabəyli “Bakı-Xəbər”ə bildirdi ki, UNESCO-nun erməni ailələri və onların uşaqları ilə bağlı Ermənistana xüsusi missiya göndərməsi ayrıseçkilik nümunəsidir. “Azərbaycana gələndə qaçqın və məcburi köçkünləri unudurdular, onlara yönəlik heç bir iş görmürdülər, ancaq Qarabağdan könüllü köçüb gedən ermənilərə “məcburi köçkün” donu geydirib onların qayğısına qalırlar. Bəs Azərbaycanın 1 milyon qaçqını olanda, qaçqın uşaqları məşəqqət içində yaşayanda UNESCO-nun aidiyyəti nümayəndələri harada idilər? Azərbaycanlıları öz tarixi torpaqlarından Ermənistan qovub çıxarmışdı, torpaqlarımızı işğal etmişdi. Onda UNESCO-nun nümayəndələri niyə gəlib çadır şəhərciklərini gəzib insanlarımızın problemi ilə maraqlanmırdı? Məcburi köçkün düşmüş azərbaycanlıların işsizlik problemi də vardı, uşaqlarının çətinliyi də. Maraqlıdır, nə üçün UNESCO-nun aidiyyəti nümayəndələri bu qayğını, bu diqqəti, bu dəstəyi azərbaycanlı qaçqın uşaqlara göstərmədilər? Cavab aydındır. Çünki bu təşkilatdakı ermənipərəst qüvvələr, eyni zamanda xristian həmrəyliyi, təəssübkeşliyi buna imkan vermədi. Onların türk xalqlarına münasibəti yaxşı deyil, türklərin fəaliyyətini özlərinə qarşı düşmən mövqe kimi qəbul edirlər. Onların siyasətinin əsasını bu təşkil edir ki, Azərbaycanda, bütövlükdə türk dünyasında olan müsbət hadisəni mənfiyə doğru yozsunlar.   

UNESCO azərbaycanlılarla ermənilər arasında fərq qoyur, ayrıseçkilik edir. Bu fərqləndirmə çox ağrılıdır. Azərbaycanlılarla ermənilər arasında ayrıseçkilik edilməsi Avropanın, kollektiv Qərbin yaddaşından, genindən irəli gəlir, bir çox beynəlxalq təşkilatların işinin əsasını bu ayrıseçkilik, ikili standart təşkil edir. Türkə qarşı bəslədikləri nifrət  imkan vermir ki, əsl missiyalarını yerinə yetirsinlər”. 

F.Balabəyli hesab edir ki, UNESCO-nun Azərbaycanla bağlı ayrıseçkilik etməsi ilk dəfə deyil, biz bunu hər zaman görmüşük. 

“UNESCO da, başqa təşkilatlar da Qarabağdan könüllü köçüb getmiş erməniləri süni şəkildə “məcburi köçkün” adlandırırlar, amma bunlar heç zaman əsl qaçqın və məcburi köçkün olan azərbaycanlıları nəzərə almadılar. 

Bu həmin təşkilatın ayrıseçkilik siyasətinin təzahürlərindən biridir. UNESCO-nun da erməni lobbisinin, ermənipərəst qüvvələrin daha çox təsir dairəsində olduğu və erməni yalanları ilə “süsləndiyi” məlumdur. Bu da heç vaxt imkan verməyib ki, o özünün əsl missiyasını yerinə yetirsin. Çox təəssüf ki, UNESCO da digər beynəlxalq təşkilatlar kimi ermənilərin maraqlarını müdafiə etməyi özünün missiyasına çevirib. Bu da o təşkilatın nüfuzuna kölgə salır”-deyə F.Balabəyli qeyd etdi. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031