Florida qubernatorundan ağlasığmaz təklif - Baydeni zirzəmiyə, Trampı isə Ağ Evə qaytaraq...
Floridanın qubernatoru Ron DeSantis, Birləşmiş Ştatların Baydenin daha dörd il prezidentliyinə dözə bilməyəcəyini deyib.
DeSantis sözügedən bəyanatı Respublikaçılar Partiyasının Milli Qurultayında verib və respublikaçıları hakimiyyətin bütün səviyyələrində partiyanı dəstəkləməyə çağırıb.
“Gəlin Baydeni zirzəmiyə, Trampı isə Ağ Evə qaytaraq. Donald Tramp prezident olanda həyat daha əlçatan idi. Trampın administrasiyası şəraitində sərhədimiz daha təhlükəsiz idi və Donald Tramp rəhbərimiz olanda ölkəmizə hörmət edirdilər” – Ron DeSantis bildirib.
TAHİR