Tramp Rusiya əleyhinə sanksiyalara qarşı çıxdı - ləğv ediləcək...
ABŞ prezidentliyinə namizəd Donald Tramp sanksiyaların tətbiqinin tərəfdarı olmadığını deyib.
Trampdan Ukraynada müharibəyə son qoymaq üçün əldə etməyi planlaşdırdığı “razılaşma” çərçivəsində Rusiyaya qarşı tətbiq edilən sanksiyaları yüngülləşdirməyi düşünüb-düşünmədiyi soruşulub, o isə buna müsbət cavab verib.
“Sanksiyalarla bizə yaxınlaşan hər kəsi uzaqlaşdırırıq, ona görə də sanksiyaları sevmirəm. Mən onların İrana qarşı çox faydalı olduğunu düşünürdüm, amma İrana qarşı sanksiyalara da güclü şəkildə ehtiyacım yox idi”- deyə Tramp “Bloomberg”ə müsahibəsində bildirib.
TAHİR