Fransa müstəmləkəçiliyindən əziyyət çəkən dövlətlər COP29-da iştirak edə bilər
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) 29-cu Tərəflər Konfransında müstəmləkə ərazilərdən nümayəndə heyətlərinin iştirakı planlaşdırılır.
Trend xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun rəhbəri Abbas Abbasov Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan şəxslərin iştirakı ilə Bakıda birinci Qurultayında çıxışı zamanı deyib.
"Biz artıq bu məsələ ilə bağlı müzakirələrə başlamışıq. Fransa öz müstəmləkə ərazilərində ciddi ekoloji problemlər yaradıb. Həmin ərazilərdə ciddi ekoloji ətraf mühit problemləri mövcuddur. Bu problemlərin hamısı Bakıda keçiriləcək COP29 tədbirində işıqlandırılacaq", - deyə o bildirib.