Ermənipərəst senator Menende ona qarşı irəli sürülmüş bütün ittihamlarla təqsirli bilindi
Nyu-York Andlılar Məhkəməsi ermənipərəst senator Robert (Bob) Menendesi ona qarşı irəli sürülmüş rüşvətxorluqla bağlı bütün 16 ittihamla təqsirli bilib.
Trend xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
Məlumata görə, Menendesə qarşı hökm oktyabrın 29-da oxunacaq. Ermənipərəst senatoru həbs cəzası gözləyir.
Xatırladaq ki, ermənipərəst ABŞ senatoru Bob Menendesə və həyat yoldaşı Nadin Arslanyana qarşı irəli sürülmüş ittihamlar arasında ədalətə mane olmaq məqsədilə əlbirlik, dövlət rəsmisinin xarici agent qismində fəaliyyəti, rüşvətxorluq, zorakılıq yolu ilə pul əldə etmə və elektron rabitə vasitələrindən istifadə etməklə fırıldaqçılıq yer alıb.
Hakimiyyət orqanları iddia edir ki, Menendes cütlüyünün iş adamlarına kömək və qanunvericinin xarici məsələlərdə təsirini vəd edərək, onlardan nağd pul, qızıl külçələr və bahalı avtomobillər şəklində rüşvət qəbul edib.