Ermənistan başsız qalıb - bütün yüksəkrütbəli məmurların hamısı məzuniyyətə gedib...
Ermənistanda yüksəkrütbəli məmurların hamısı uzunmüddətli məzuniyyətə gedib. Ermənistan mətbuatı yazır ki, baş nazir Nikol Paşinyan iyulun 15-dən avqustun 10-dək məzuniyyətdə olacaq.
Onun mətbuat katibinin sözlərinə görə, bu arada Paşinyan Londonda keçiriləcək tədbirdə iştirak edəcək, daha sonra Tavuş və Armavirə səfər edəcək.
Parlamentin spikeri Alen Simonyan 20 gün - iyulun 16-dan avqustun 5-dək məzuniyyətdə olacaq. Onu iyulun 16-dan 22-dək Milli Assambleyanın sədr müavini Ruben Rubinyan, iyulun 23-dən avqustun 5-dək isə parlament sədrinin müavini Akop Arşakyan əvəz edəcək. Maliyyə naziri də 10 iş günü, baş nazirin müavini Mher Qriqoryan 9 günlük məzuniyyətə çıxıb.
Xarici işlər naziri Ararat Mirzoyan da iyulun 22-dək məzuniyyətə gedəcək.
Mətbuatın yazdığına görə, bundan əvvəl Ermənistan prezidentləri maksimum 1-2 həftə tətilə gedəndə müxalifət lideri Nikol Paşinyan tribunadan qışqıraraq deyirdi ki, daş daşıyırsınız, niyə məzuniyyətə gedirsiniz? İndi isə Paşinyan və onun komandası kollektiv istirahətə gedir.
Qeyd edilir ki, Paşinyanın Avropa Siyasi Birliyinin Londonda keçiriləcək 4-cü Sammitində iştirakı, sadəcə, görüntüdür. Əslində, Paşinyan və onun qohumları bu il Böyük Britaniyada, daha doğrusu, Şotlandiyada istirahət etmək qərarına gəliblər və bunun üçün Ermənistan səfirliyi, İngiltərədəki digər strukturlar son aylarda sıx şəkildə hazırlaşır.
ZÜMRÜD