Hərbi qulluqçumuz həlak oldu
Azərbaycan ordusunun hərbi qulluqçusu həlak olub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"Azərbaycan Ordusunun hərbi qulluqçusu Abbasov Yunis Vasif oğlunun baş vermiş bədbəxt hadisə nəticəsində həlak olması ilə bağlı məlumatı təsdiq edirik", - nazirlikdən qeyd olunub.
Faktla bağlı araşdırma aparılır.
Allah rəhmət eləsin!