Şənbə günü, 19 iyul 2025
     

Zəngəzur dəhlizinin açılması beynəlxalq gündəmin əsas tələblərindən birinə çevrildi...

Image

Zəngəzur dəhlizinin beynəlxalq gündəmə gəlməsi və onun açılmasının bir çox dünya ölkələrinin tələbinə çevrilməsini indi Ermənistanda da açıq mətnlə bəyan edirlər. Bu xüsusda erməni deputat Tiqran Abramyanın açıqlamaları xüsusi maraq doğurur. 

Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı müxtəlif beynəlxalq aktorların nikbin mesajları fonunda Türkiyə xatırladır ki, bu, həm də Zəngəzur dəhlizi ilə bağlı razılaşmanı nəzərdə tutur: "Danışıqlar prosesi ilə bağlı Qərbdən səslənən müsbət gözləntilərin əsasında Ermənistanın güzəştləri, ABŞ-ın təzyiqləri var? Son 6 ildə kənardan nə qədər çox müsbət gözləntilər olursa, Ermənistan və erməni xalqı bir o qədər çox itirməkdə davam edir. Türkiyə və Azərbaycanın səyləri nəticəsində hazırda Zəngəzur dəhlizi beynəlxalq gündəmdə yer alıb. Turan siyasi xəttinin, nəyin bahasına olursa-olsun, yolu dəhlizə çevirməyə çalışması  görünür".

"The California Courier" qəzetinin baş redaktoru, ABŞ ermənisi siyasi xadim Harut Sasunyan isə bildirir ki, məsələyə artıq ABŞ-da da xüsusi maraq var: "Ermənistanda yanlış təəssürat yaranıb ki, ABŞ həqiqətən Ermənistanda, Ermənistanın müstəqilliyində, sülh və ya təhlükəsizliyində maraqlıdır". Onun sözlərinə görə, belə deyil, ABŞ-nin Ermənistanda marağı yoxdur:  "ABŞ-nin Ermənistanın deyil, öz maraqlarından irəli gələn daha mühüm marağı var. Erməni xalqı həmişə düşünüb və düşünür ki, xilaskarlar kənardan gəlib bizi xilas edəcəklər. Tariximiz boyu biz həmişə hansısa qüvvənin gəlib bizi xilas edəcəyini gözləmişik". Sasunyan bildirib ki, ABŞ Ermənistanın təhlükəsizliyində maraqlı deyil, onun istədiyi Zəngəzur dəhlizidir. Erməni politoloq Akop Badalyan da bunu təsdiq edir: "ABŞ-ın hədəfi Orta Asiya, Azərbaycan, Ermənistan və Türkiyə üzərindən Aralıq dənizinə ticarət dəhlizi yaratmaqdır. Bayramov-Blinken-Mirzoyan görüşündə hansı məzmunun müzakirə olunduğunu anlamaq çox vacibdir. Bu baxımdan, Vaşinqtondakı görüşə qədər ABŞ rəsmilərinin Ermənistana kifayət qədər intensiv səfərlərinə diqqət etmək lazımdır. Dövlət katibinin daha bir müavininin Ermənistana gələcəyi barədə də məlumat var. Amma eyni zamanda görürük ki, praktiki razılaşmalar yoxdur. İndi sual yaranır: ABŞ Vaşinqtondakı görüşdən əvvəl hansısa formada Ermənistanı razı salmağa, Azərbaycanla sülh müqaviləsinə cəlb etməyə çalışmırdımı?". Badalyanın iddiasına görə, ABŞ-nin məqsədi Zəngəzur dəhlizinin açılmasına nail olmaqdır: "ABŞ öz məqsədini kifayət qədər aydın dilə gətirib və dövlət katibinin müavini Ceyms O`Brayn açıq şəkildə bildirdi ki, məqsədləri Orta Asiya, Azərbaycan, Ermənistan və Türkiyə üzərindən Aralıq dənizinə ticarət dəhlizi yaratmaq, bununla da Rusiya, Çin və İranın təsirlərini zəiflətməkdir. Sülh müqaviləsini buna görə istəyirlər. O`Braynın Bakıda Ermənistanın cəsarətli qərarlara hazır olması barədə bəyanatı da diqqət çəkdi. Söhbət hansı cəsarətli qərarlardan gedir?". Belə bir vaxtda Zəngəzur dəhlizi məsələsində Ermənistanın güvəndiyi İran da mövqeyini dəyişir. İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin "Azatutyun"a müsahibəsində Zəngəzur dəhlizi barədə suala cavab verərkən dedikləri də bunun təsdiqi hesab oluna bilər.

Səfirin sözlərinə görə, İranın mövqeyi ondan ibarətdir ki, sərhəd blokadası açılsın:  "Siz Azərbaycan və Türkiyə ilə qonşusunuz, hər zaman düşmənçilik edə bilməzsiniz və bir gün onlarla bu məsələləri həll edəcəksiniz. Münasibətlər nizamlananda isə sərhədlərin açılması təbiidir. Biz Ermənistanın suverenliyi altında sərhədlərin açılmasının tərəfdarıyıq. Və bu, regionun bütün ölkələrinə şamil edilməlidir. İndi bizim Naxçıvanla sərhədimiz var və Culfadan İrəvanla dəmir yolu ilə, Şahtaxtıdan Arazdəyənə və İrəvana qədər avtomobillə əlaqə saxlaya bilərik… Amma yol açılsa, (Zəngəzur dəhlizi) hamı ondan istifadə edəcək. Bu, təkcə şərq-qərb istiqamətinə deyil, həm də şimal-cənub istiqamətinə aiddir. Amma blokadanın açılması ölkələrin milli suverenliyi çərçivəsində həll edilməlidir. Heç kim öz ərazisində qanunlarının pozulmasına icazə vermir, bu, beynəlxalq hüquqa ziddir və burada dividendlər olmamalıdır. Və faydalar hər kəsə şamil edilməlidir". Mehdi Sobhani bildirib ki, İranın həm Azərbaycan, həm də Ermənistanla yaxşı münasibətləri var və Tehran bu yaxşı münasibətlərdən istifadə edərək səy göstərir ki, regionda yeni müharibə olmasın: "Diplomatiya problemləri həll etməyin ən yaxşı yoludur. Niyə biz müharibəni gözləyək, sonra diplomatiyaya başlayaq? Biz problemləri sülh yolu ilə həll etmək üçün bütün potensialımızdan istifadə etməyə hazırıq. Biz bunu qeyri-sabitlikdən əziyyət çəkə bilən, sabitlikdən faydalana bilən ölkə kimi deyirik". Qeyd edək ki, Rusiya və Çin kimi ölkələr, bir sıra Avropa dövlətləri də Zəngəzur dəhlizinin açılmasını tələb edir. Zəngəzur dəhlizi yalnız Çin və Azərbaycan arasında münasibətlərin gücləndirilməsində deyil, bütövlükdə regionda nəqliyyat və logistikanın inkişafı baxımından da vacib hesab olunur. Bu, Cənubi Qafqaz üçün xüsusi əhəmiyyət daşıyacaq bir layihədir. Layihə həm Azərbaycanın Çinlə, həm də digər aparıcı ölkələrlə iqtisadi əlaqələrinin daha da genişlənməsinə xidmət edəcək. Ermənistanın bu fonda Zəngəzur dəhlizinin açılmasına müqavimət göstərmə ehtimalı elə də yüksək deyil. 

Nahid SALAYEV



VİDEO

SON XƏBƏRLƏR

19.07.2025 / 21:37
Prezident: "Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır"

19.07.2025 / 21:28
"Qarabağ və Şərqi Zəngəzur artıq cənnətin kiçik bir parçasıdır" - Prezident

19.07.2025 / 21:16
Azərbaycan Prezidenti: "Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir"

19.07.2025 / 21:15
Azərbaycan Rusiyanı beynəlxalq məhkəməyə verəcək...

19.07.2025 / 21:11
"Azərbaycan ilə Çinin ticarət həcminin artırılmasına dair böyük planları var" - Prezident

19.07.2025 / 21:01
Prezident İlham Əliyev: "Azərbaycan mediasının inkişafı məni çox sevindirir"

19.07.2025 / 20:57
"Biz xarici investorları enerji sektoruna cəlb edirik" - Prezident

19.07.2025 / 20:50
Prezident: "Mən süni intellektdən istifadə etmirəm"

19.07.2025 / 20:39
Prezident İlham Əliyev: "İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik"

19.07.2025 / 20:32
"Azərbaycan və Ermənistana razılığa gəlməkdə kömək etmək səylərinə görə Prezident Trampa minnətdarıq" - Prezident

19.07.2025 / 20:28
Azərbaycan Prezidenti qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı sualı cavablandırıb

19.07.2025 / 20:17
Prezident Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirdi

19.07.2025 / 20:10
Prezident İlham Əliyev Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadaladı

19.07.2025 / 19:59
"Cənubi Qafqaz sabit məkan olacaq" - Prezident İlham Əliyev

19.07.2025 / 19:56
Prezident Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqladı

19.07.2025 / 19:49
Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda iştirak edib - FOTO

19.07.2025 / 19:41
"Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır" - Prezident

19.07.2025 / 19:23
"Biz indi beynəlxalq səhnədə daha fəalıq" - Prezident

19.07.2025 / 19:15
Prezident: "İstəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı daha güclü, daha effektiv olsun"

19.07.2025 / 19:12
"Bizim Qələbəmiz göstərir ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır" - Prezident

19.07.2025 / 19:10
Bakı ilə İrəvanın arasında Paris özünü bu dəfə belə pərdələyir - "göz yaşları"...

19.07.2025 / 19:03
Azərbaycan Prezidenti: "ABŞ-la güclü tərəfdaşlıq münasibətlərinin dəstəkləndiyini görürük"

19.07.2025 / 18:40
"Bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir" - Prezident

19.07.2025 / 18:35
Ərdoğan Trampın “50 gün” hədəsindən Putini xilas etmək istəyir...

19.07.2025 / 18:28
Prezident İlham Əliyev: "Bizim etibarlı tərəfdaş imicimiz var"

19.07.2025 / 18:20
"Ermənistan Zəngəzur dəhlizi ilə bağlı prosesi bundan sonra da bloklasa, onun tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır" - Prezident

19.07.2025 / 18:06
AB Azərbaycan qazına möhtac... Rəsmi Brüssel isə bizə pislikdən əl çəkmir…

19.07.2025 / 18:01
Prezident: "Zəngəzur dəhlizinin potensialı ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndirilir"

19.07.2025 / 17:38
Azərbaycanın MDB İqtisadi Şura iclasından imtinasının ardınca maraqlı bəyanat səsləndi...

19.07.2025 / 17:36
"Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir" - Prezident

19.07.2025 / 17:24
Prezident İlham Əliyev: "Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb"

19.07.2025 / 17:09
Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı keçirilib - FOTO

19.07.2025 / 16:52
Yunus peyğəmbərdən sonra üçüncü Yunus... Yunus Oğuz - 65

19.07.2025 / 16:37
Bu gün 3-cü Şuşa Qlobal Media Forumu işə başlayır

19.07.2025 / 16:10
"Dünya liderləri Prezident İlham Əliyevdən çox şeyləri öyrənə bilər" - Rusiyalı politoloq

19.07.2025 / 15:33
Ermənilər Ağdamda qəbirlərdən protezləri də oğurlayıblar...

19.07.2025 / 14:16
Azərbaycan-Pakistan mövcud strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

19.07.2025 / 12:18
Milli Məclisdən Belçika parlamentinə sərt cavab - regionda yeni gərginlik ocağı yaratmağa çalışırlar...

19.07.2025 / 11:45
Prezident İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqlədi

19.07.2025 / 11:33
Azərbaycanda geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işlərində yeni koordinat sistemi tətbiq ediləcək - SƏRƏNCAM

19.07.2025 / 10:12
ŞOK - Özbəkistanda İŞİD-ə məxsus terror qruplaşması aşkar edildi!

19.07.2025 / 10:08
İrəvanda keçmiş deputat hakimiyyətin devrilməsinə çağırışa görə həbs edilib

19.07.2025 / 10:01
"Napoli" Vikter Osimhen üçün "Qalatasaray"a "HƏ" dedi

19.07.2025 / 09:53
Milli Məclis Belçika Nümayəndələr Palatasının qətnaməsinə kəskin etirazını bildirib

19.07.2025 / 09:27
Müəllimlər kimi həkimlər də "yazı-pozu" ilə hədsiz yükləniblər...

19.07.2025 / 08:42
Ət 1 manat da bahalaşdı....

18.07.2025 / 23:20
Bakı Kitab Mərkəzində “Tanımadığımız Konfutsi” adlı gecə keçirildi - FOTO

18.07.2025 / 22:32
İctimai Birlik sədri Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 22:18
“65 illik yubileyiniz mübarək olsun, ustad!” - Missiya TV-nin baş redaktorundan Aydın Quliyevə təbrik...

18.07.2025 / 21:51
Prezident İlham Əliyev İraq Prezidentinə başsağlığı verdi

18.07.2025 / 21:50
Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribatlar nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

18.07.2025 / 21:35
Ermənistanı elə Avropanın özü vurmağa hazırlaşır - Makron nə ilə fərqlənir?..

18.07.2025 / 21:23
65 İLLİK ÖMÜR YOLUNA DƏYƏR VERƏN İNSANA! - Milli İstiqlalçıların Aydın Quliyevə yubiley təbriki...

18.07.2025 / 21:20
31 tona yaxın qızıl almışıq - yığım, ya emal üçün?

18.07.2025 / 21:06
İmamoğlunun həbsindən sonra Türkiyənin iç siyasətində mümkün təmayüllər - sabitlik qalacaqmı?..

18.07.2025 / 20:53
Bakıdan Parisə sərt sillə - dünya mediası Azərbaycanın möhtəşəm uğuruna heyrandır...

18.07.2025 / 20:39
Avropa İttifaqı yeni SSRİ olmaq istəyir - Cənubi Qafqazda ilk olaraq Gürcüstanı əzəcək...

18.07.2025 / 20:26
Qonşularla müqayisədə iki rəqəm bizi geridə qoyur...

18.07.2025 / 20:14
Çin-Hindistan-Rusiya ittifaqı? - XİN-in yeni strategiyasında ən ağır maneə...

18.07.2025 / 20:00
Azərbaycanın çay ixracı azalır... Niyə?

18.07.2025 / 19:47
Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

18.07.2025 / 19:35
"Erməni kilsəsi İŞİD-dir, molla rejimi ilə bir addımlayır" - təhqirin biri "1 qəpik"…

18.07.2025 / 19:26
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Aydın Quliyevi təbrik etdi

18.07.2025 / 19:22
Suriyada Türkiyə-İsrail müharibəsi hər an başlaya bilər...

18.07.2025 / 19:09
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 19:04
Müəllimlər müəllimi Sabir Qurbanov - FOTO

18.07.2025 / 19:04
BMT-nin İqtisadi və Sosial şurasına üzvlüklə bağlı təlimlər keçirilir

18.07.2025 / 18:50
İsrailin Suriyanı vurması Azərbaycanın siyasətinə bəzi çətinliklər yaradır...

18.07.2025 / 18:46
Bakıda Türkiyə-Azərbaycan Qardaşlıq Forumu keçirildi

18.07.2025 / 18:31
Azərbaycan Türkmənistanın Transxəzər problemini həll edəcək...

18.07.2025 / 18:17
Dünyanın yaradıcı insanlarının bir qrupu “Azərbaycan” Nəşriyyatına toplaşdı - 150 illik işığın əhatəsi... - FOTO

18.07.2025 / 18:03
Ay Paşinyan, Şanxay təşkilatı hara, Avropa Birliyi hara?..

18.07.2025 / 17:49
İrəvanda “Arsax deyən son dilləri də kəsirlər”...

18.07.2025 / 17:36
İrəvan Moskvanı konyakla məst edə bilmədi, ancaq Kreml İrəvanı konyakla vurdu...

18.07.2025 / 17:23
Prezident İlham Əliyev Təzəbinə və Xanyurdu sakinlərinə - Biz burada əbədi yaşayacağıq, daha heç kim bizi bu yerlərdən çıxara bilməz

18.07.2025 / 17:05
"Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir" - Azərbaycan XİN

18.07.2025 / 16:51
Xadimələrə maşınını yudurdan məktəb direktoru işdən çıxarıldı

18.07.2025 / 16:36
Polis Maştağada əməliyyat keçirdi - 881 kq çətənə kolu yetişdirilən istixana aşkarlandı...

18.07.2025 / 15:55
Bakıda 12 min manatlıq oğurluq edən və avtomobil qaçıran şəxslər saxlandı

18.07.2025 / 15:43
Valideyn himayəsindən məhrum uşaqlar üçün yaradıcı və psixoloji inkişaf layihəsi

18.07.2025 / 15:40
Prezident Xocalının Xanyurdu kəndində olub, kəndə köçən bir qrup sakinlə görüşüb - FOTO/YENİLƏNDİ

Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910