KÖHNƏ VERSİYA            

Korrupsiyaçı məmurun müsadirə olunmuş əmlakı öz ailəsinə satılır - Şıxəliyev nümunəsi...

Image

Şəmsəddin Əliyev: “Hesab edirəm ki, o cinayətin iştirakçıları sırasında hakimlər də var”

Uzun illər keçmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş general-mayor Mövlam Şıxəliyevin həbsindən sonra müsadirə olunmuş əmlakı yenidən onun öz oğluna satılıb. Söhbət Novxanı kəndi, 685B ünvanında yerləşən, toplam sahəsi 1087 kvadratmetr olan bağ evindən gedir. 

Məlum olub ki, satılan əmlakların alıcısı arasında M.Şıxəliyevin öz oğlu da var. Elvin Şıxəliyev Novxanı qəsəbəsində yerləşən bağ evlərini hərracda 1 milyon 174 min manata alıb. 2021-ci ildə sözügedən əmlakın üzərinə həbs qoyularkən bağ evi 1 milyon 305 min manat qiymətində dəyərləndirilmişdi.

Ümumiyyətlə, hansısa məmurun əmlakı müsadirə ediləndən sonra satışa çıxarılanda həmin əmlakın onun yaxınlarına və ya ailə üzvlərinə satılması nə dərəcədə doğrudur? Çünki bu cür hallarda ona görə əmlak müsadirə edilib satışa çıxarılır ki, o əmlakın alınması üçün qazanılan pulun mənbəyi şübhəlidir. Söhbət korrupsiya, kriminal və digər qanunsuz yollarla əldə edilən əmlakların müsadirə edilməsindən gedir. O baxımdan o əmlakı alan şəxsin özünün 1,3 milyon manat pulu haradandır? Adamın əgər əlində olan əmlakı, aldığı pulların mənbəyi kriminaldırsa, şübhəlidirsə, onu təkrar hərracda alarkən qazandığı pulun mənbəyi haradandır? Ona görə də, hətta qanunvericilik imkan versə də, o müsadirə olunmuş əmlakların ailə üzvlərinə satılması qadağan olunmalıdır. Çünki bu, ən azından, məntiqcə düzgün deyil.

“Belə qərarlar sosial ədalətin bərpasına yox, əksinə, sosial ədalətsizliyi bərpa etməyə yönəlib” 

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən hüquqşünas Şəmsəddin Əliyev hesab edir ki, istər hüquqi, istərsə də məntiqi baxımdan korrupsiyada ittiham edilən məmurun müsadirə edilmiş əmlakının öz ailəsinə, yaxınlarına satılması düzgün deyil: “Bu çox ciddi məsələdir. Son zamanlar bəzi dövlət məmurlarının müəyyən mənada cəzasını çəkdikdən sonra hakimin təkrar qərarı ilə bunların cinayət yolu ilə əldə etdikləri əmlakın onlara qaytarılması sosial ədalətin bərpasına yox, əksinə, sosial ədalətsizliyi bərpa etməyə yönəlib. Azərbaycan Respublikasının Korrupsiya haqqında hüquqpozmalara dair normativ hüquqi aktı var. Həm də biz 2003-cü ildə Avropa Konvensiyasının korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında 1999-cu il konvensiyasına qoşulmuşuq. Orada bir sıra məqamlar öz əksini tapıb. O cümlədən də vəzifəli şəxslərin tutduqları vəzifədən öz şəxsi maraqları üçün sui-istifadə etməsi ilə əlaqədar cəzalar nəzərdə tutulub. Əslinə baxanda, dövlət məmurları ələ alınmamalıdır. Məmur belə hallara yol verirsə, bu, dövlətə xəyanətdir. Çünki dövlət məmurları, qulluqçuları vəzifəsinə başlamazdan öncə Azərbaycan Bayrağı qarşısında and içirlər. Məmurun korrupsiya yolu ilə əldə etdiyi əmlakın yenidən onun ailə üzvlərinin əlinə keçməsi hardasa onun cəzasız qalması anlamına gəlir. Hakimin qəbul etdiyi aktın əsas məqsədi sosial ədaləti bərpa etməkdən ibarətdir. Əgər burada doğrudan da sosial ədalət bərpa edilmirsə, deməli hakimin Azərbaycan dövləti adından qəbul etdiyi aktın heç bir mənası yoxdur. O, aciz bir görkəmdə cəmiyyətdə dolaşır. Ona görə də hesab edirəm ki, o cinayətin iştirakçıları sırasında hakimlər də var. Hüquqi məntiq baxımından cinayət yolu ilə əldə olunmuş əmlakın sonradan geriyə, o əmlakın sahibinə və yaxud onun ailə üzvlərinə qaytarılmasının özü də bir cinayətdir. Ən azından, 1,3 milyon manatlıq bağ evinin bu məbləği haradandır və necə qazanılıb? Dövlət qulluqçusu 20 il işləsə belə, maaşla bu əmlakı ala bilməz. Nəzərə almaq lazımdır ki, korrupsiya cinayətləri ehtiyatsızlıq üzündən baş vermir. Bu, bilərəkdən, qəsdən törədilir. Yəni vəzifəli şəxs nə etdiyini çox gözəl anlayır. Ona görə də bu məsələdə boşluqlara yol vermək olmaz”.

Vidadi ORDAHALLI







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031