Çərşənbə axşamı günü, 22 iyul 2025
     

Türkiyənin Şanxay təşkilatına üzvlüyü ciddi problemlərlə üzləşə bilər - anons var...

Image

Elşən Manafov: "Türkiyənin NATO-da təmsilçiliyi ŞƏT-də ona olan ehtiyatlı davranışın əsas səbəblərindəndir"

Kremlin sözçüsü Peskov Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq istədiyini, lakin NATO üzvü Türkiyənin fundamental məsələlərdə tutduğu mövqe ilə bağlı bəzi ziddiyyətlərin olduğunu bildirib. 

Jurnalistlərə açıqlama verən Peskov Türkiyənin həqiqətən ŞƏT-ə üzv olmaq istədiyini bildiklərini deyib: "Türkiyənin NATO üzvü kimi əsas öhdəlikləri və mövqeyi ilə ŞƏT-in əsas sənədlərində yer alan dünyagörüşü arasında bəzi ziddiyyətlər var. Bununla bağlı müzakirə edilməli bəzi məsələlər var.

Türkiyənin ŞƏT-ə üzv olma tarixi ilə bağlı sualı cavablandıran sözçü deyib ki, bir çox dövlətlər ŞƏT-ə üzv olmaqda maraqlıdır, bu məsələ daim gündəmdədir. Lakin hələlik bununla bağlı dəqiq tarix yoxdur.

Qeyd edək ki, bundan əvvəl Prezident Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istədiyini deyib. "Məqsədimiz orada müşahidəçi deyil, daimi üzv olmaqdır. Türkiyə artıq "Şanxay beşliyi"nə daimi üzv kimi qoşulmalıdır" – deyə Ərdoğan bildirib.

Maraqlıdır, ümumilikdə, Türkiyənin ŞƏT-ə üzv olmasıma mane olan nədir?

"Bu ölkənin Mərkəzi Asiya ölkələrinə nüfuz imkanlarının artmasına da münasibət birmənalı deyil" 

Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən politoloq Elşən Manafov bununla bağlı bir sıra məqamlara toxundu: "Müasir dünya nizamının durumu ilə baglı məsələlərə münasibətdə NATO və ŞƏT-in baxışlarında ciddi fərqlər var. NATO-nun birqütblü dünya nizamı ilə bağlı doktrinası ŞƏT-də təmsil olunan dövlətlər tərəfindən qəbul olunmur və bu da anlaşılandır. Kollektiv Qərbi müdafiə məqsədilə təşkil olunmuş NATO-nun onu və "azad dünyanı" SSRİ-nin kommunizm ideoloğiyasının ixracatından qorumaq məqsədi ilə təşkil olunduğu bildirilsə də, "soyuq müharibə"nin başa çatmasından sonra NATO-nun Rusiya ilə razılaşmaların əleyhinə olaraq Şərqə doğru genişlənməkdə davam etməsi Şimal alyansının Qərbin neomüstəmləkə siyasətinin müdafiəçisi olduğunu, yeni yaranmış dövlətlərin Qərbin nüfuz dairəsində qalmasının geosiyasi anlamda təmin olunması üçün hərbi-siyasi blok kimi varlığını qabarıq şəkildə ortaya qoymuş olub. NATO Qərbdə bəlli dairələrin ixtiyarında beynəlxalq terrorizmə qarşı mübarizə kampaniyası altında məhz ŞƏT-nin fəqərə sütunu olan Rusiya, Çin və İrana qarşı geosiyasi mübarizənin davam etdirilməsi üçün müstəqil dövlətlərin suverenliyini təhdid edən buzqıran rolunda çıxış edir. Rusiyanı postsovet məkanında hərbi-siyasi anlamda təzyiq altında saxlamaq, Çinin iqtisadi inkişafının qarşısını almaq üçün Tayvana dəstək, İranı nüvə çalışmalarından çəkindirmək üçün alət olaraq istifadə edilir. NATO-dan fərqli olaraq, ŞƏT çoxqütblü dünya nizamının tərəfdarı, ədalət prinsipləri ilə idarə olunan dünyanın tərəfdarıdır. Qərbin idarə olunan xaos nəzəriyyəsinin əleyhinədir. Türkiyə iqtidarının ŞƏT, ardınca BRİKS-ə olan marağı, bu beynəlxalq təşkilatların tamhüquqlu üzvi olmaq üçün sərgilədiyi mövqe onun NATO üzrə müttəfiqlərinə əvvəlki etimadının tədricən zəifləməsinin göstəricisidir. Həmçinin, bəlli təşkilatların dünyanın gələcək nizamının müəyyən edilməsində getdikcə artmaqda olan imkanlarına olan marağının göstəricisidir. Zamanında Türkiyənin NATO-ya sığınmasına səbəb olan geosiyasi amillər bu gün faktiki olaraq yoxdur. Əksinə, NATO üzrə müttəfiqləri Türkiyəni təhdid edir, ona etimad göstərmirlər. NATO üzvi olan dövlətlərin əksəriyyəti Türkiyəni əsassız olaraq 1915-ci ilin soyqırım hadisələrində təqsirli bilib. Onun Avropa Birliyinə üzvlük xahişinə biganə qalıblar. Türkiyənin NATO üzvü olan Fransa və Yunanıstan ilə münasibətləri daha çox mehriban düşmənçiliyi xatirladir. NATO-nun aparıcı dövləti olan ABŞ-ın Böyük Kürdistan layihəsinin Türkiyənin əleyhinə olması, habelə Türkiyəni terrorla təhdid edən PKK-nı maliyyələşdirməsi bəllidir. Ərdoğanın devrilməsi üçün ABŞ-ın 2016-cı ildə nurçularla işbirliyində olması, bu ölkədəki prezident seçkilərində Ərdoğana müxalif qüvvələrə siyasi və maliyyə dəstəyi verdiyi bəllidir. Rusiya ilə hərbi-texniki sahədə əməkdaşlığın genişləndirilməsinə görə Ərdoğan iqtidarına ABŞ-ın təzyiqlər etdiyi, onu Rusiyaya qarşı sanksiyalara qoşulmağa çağırdığı bəllidir. Bütün bunlarla yanaşı, rəsmi Ankaranın bəlli təşkilatlara münasibətdə ikili mövqeyi, çox güman ki, Moskva və Pekini qane etmir. Türkiyənin adıçəkilən təşkilatlarla əməkdaşlığı, onun Mərkəzi Asiya ölkələrinə nüfuz imkanlarının artmasına da münasibət birmənalı deyil. ŞƏT-də Rusiya və Çinin Türkiyənin Mərkəzi və Cənub-Şərqi Asiyaya nüfuz imkanlarının artmasına Qərbin təsir dairəsini genişləndirə biləcəyi ilə bağlı amillər konteksindən də yanaşırlar. Türkiyənin NATO-da təmsilçiliyi ŞƏT-də ona olan ehtiyatlı davranışın əsas səbəblərindəndir. İstisna deyil ki, ŞƏT və BRİKS-də geosiyasi anlamda Türkiyədən seçimlə bağlı məsələlərə aydınlığın gətirilməsi tələbləri qoyula bilər. Ankara və NATO arasındakı münasibətlərdə mehriban düşmənçilik Ərdoğanın perspektivdə qəbul edəcəyi qərara həlledici təsir göstərəcək faktorlardan biri olacaq".

Vidadi ORDAHALLI



VİDEO

SON XƏBƏRLƏR

22.07.2025 / 21:40
ABŞ-Rusiya savaşı, hələ ki, sözdə şiddətlənir...

22.07.2025 / 21:25
Rusiyanın ittiham etdiyi 2 azərbaycanlı alimdən reaksiyalar niyə gecikdi?..

22.07.2025 / 21:12
Azərbaycanın Avropa ilə siyasi gündəmi yenidən başlayır...

22.07.2025 / 20:58
Macarıstan və Serbiya Aİ-ni parçalayır - rus "neft kartı" işləyir...

22.07.2025 / 20:45
ABŞ-İran-Ermənistan üçbucağında Zəngəzur qovğası başlanır

22.07.2025 / 20:32
Azərbaycan-Ermənistan sülhü şəraitində Cənubi Qafqaz üçün beş mühüm ssenari…

22.07.2025 / 20:18
Azərbaycan rəsmilərinin adından Rusiya ilə münasibətlərə qarşı təxribat... Məqsəd nədir?

22.07.2025 / 20:05
Paşinyan Trampın qorxusundan 2 sülh maddəsinə münasibətini dəyişdi...

22.07.2025 / 19:51
Zəngəzur dəhlizi beynəlxalq ticarətin həcmini 100 milyard dollar artıracaq

22.07.2025 / 19:37
Azad rayonlarımızın bərpasında gənclərin fəal iştirakı böyük nümunədir - təbliğat boşa getməyib...

22.07.2025 / 19:32
Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTO

22.07.2025 / 19:25
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş güclü dövlətdir"

22.07.2025 / 19:24
Mətbuatın builki yubileyi əvvəlkilərdən çox fərqli oldu...

22.07.2025 / 19:20
Bir sıra media nümayəndələrinə yubiley medalı verildi

22.07.2025 / 19:19
"Bizim milli mətbuat bir əsr yarım ərzində şərəfli və mütərəqqi inkişaf yolu keçib" - Prezident

22.07.2025 / 19:15
Prezident: "Mətbuatın müstəqilliyi cəmiyyətimizin inkişafının başlıca şərtlərindən biridir"

22.07.2025 / 19:13
“AŞIQLAR QƏRBİ AZƏRBAYCANI TƏRƏNNÜM EDİR” ADLI KİTAB HAZIRLANIR

22.07.2025 / 19:12
"Azərbaycan milli mətbuatı xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini verib" - Prezident İlham Əliyev

22.07.2025 / 19:11
İrəvan Minsk qrupunun buraxılmasını Bakı ilə müzakirə edir? - Maraqlı bəyanat...

22.07.2025 / 19:07
Prezident İlham Əliyev Azərbaycanın media nümayəndələrinə müraciət ünvanladı

22.07.2025 / 18:57
Prezident Əliyev sazişlə bağlı İrəvana növbəti mühüm təklifi etdi...

22.07.2025 / 18:44
Avropa yalnız Azərbaycandan qaz alışını çoxaldıb - digər 3 mənbədən isə...

22.07.2025 / 18:30
İran nüvə müzakirələri üçün ABŞ-ı yox, 3 Avropa ölkəsini seçdi...

22.07.2025 / 18:23
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 18:16
Dünya mediası Əliyevin Mediaforumda çıxışına niyə həssas yanaşdı..

22.07.2025 / 18:08
DGK sədri Şahin Bağırov Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 18:01
Qərb Azərbaycanı iki qonşu ilə müharibəyə sövq edir... Şok

22.07.2025 / 17:48
Prezident İlham Əliyevin "Rusiya məhkəməyə veriləcək" bəyanatına Kremldən reaksiya ..

22.07.2025 / 17:35
Trampı Azərbaycanla bağlı xüsusi demarşa təşviq edən hadisə...

22.07.2025 / 17:30
Qismət Yunusoğlu Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 17:22
İsraildən Şara ilə bağlı şok iddia - 7 ayda 3 sui-qəsd cəhdi… Həyatını türklər xilas etdi…

22.07.2025 / 17:19
BDU-nun müəllimi “Bakı-Xəbər”in əməkdaşını təbrik etdi

22.07.2025 / 17:15
Hakan Fidandan xəbərdarlıq - Suriyanı bölməyə çalışsalar, müdaxilə edəcəyik...

22.07.2025 / 17:09
Tramp ABŞ-ı UNESCO-dan çıxarır...

22.07.2025 / 17:05
“Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib - FOTO

22.07.2025 / 16:57
Daxili işlər nazirinin adından saxta məlumatlar yayıldı - MEDİA çağırış etdi...

22.07.2025 / 16:50
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı

22.07.2025 / 16:33
Yunus Oğuzun 65 illik yubileyi münasibəti ilə kitab nəşr olunub

22.07.2025 / 16:32
Ömrünün 16 ilini orduda keçirdi, Vətən yolunda şəhadətə ucaldı

22.07.2025 / 16:30
Mətbuat Şurası Yunus Oğuzu 65 illik yubileyi münasibətilə təbrik etdi

22.07.2025 / 16:27
BDU-nun müəllimi Qismət Yunusoğlu “Bakı-Xəbər”i təbrik etdi

22.07.2025 / 16:20
Ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı artırıldı - SƏRƏNCAM

22.07.2025 / 16:18
Türkiyənin Egey sahilində yerləşən Didimi ziyarət etmək üçün 5 səbəb...

22.07.2025 / 16:15
Azərbaycanda qablaşdırılan dərmanlar 5 il yerli mal hesab olunacaq

22.07.2025 / 16:10
Azərbaycanda əmlakın qeydiyyatına dair yeni prosedur müəyyənləşdi

22.07.2025 / 16:07
Çoxşaxəli istedad sahibi, dərin intellektual... Aydın Mirzəzadədən Yunus Oğuza yubiley təbriki...

22.07.2025 / 16:01
Millət vəkili jurnalistləri təbrik etdi

22.07.2025 / 15:50
Millət vəkili Cavanşir Feyziyev jurnalistləri təbrik edib

22.07.2025 / 15:48
Millət vəkili Vüqar İskəndərov Yunus Oğuzu 65 yaş münasibətilə təbrik etdi

22.07.2025 / 15:28
Ərdoğan Avropa İttifaqına çağırış etdi - Türkiyəyə ehtiyacınız var…

22.07.2025 / 15:12
Ceyhun Bayramovun Gürcüstanın XİN başçısı ilə müzakirə etdiyi məsələlər açıqlandı...

22.07.2025 / 14:53
Azərbaycanın dövlət borcu açıqlandı

22.07.2025 / 14:36
İranın Rusiyadakı keçmiş səfiri - "Kreml seçim qarşısında qalsa, İsraili seçəcək"

22.07.2025 / 14:20
İran uranın zənginləşdirilməsinin müvəqqəti dayandırıldığını açıqladı...

22.07.2025 / 13:29
"Ermənistan konstitusiyasından ərazi iddiaları çıxarılmalı, Minsk Qrupu ləğv edilməlidir" - Nazir

22.07.2025 / 13:18
Prezident İlham Əliyev onun çıxışını paylaşdığına görə Trampa təşəkkür etdi

22.07.2025 / 13:10
Москва придумала новых врагов - казахов и президента Токаева - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

22.07.2025 / 13:08
Sabirabadda avtomobil yolunun əsaslı təmirinə 2,1 milyon manat vəsait ayrıldı - SƏRƏNCAM

22.07.2025 / 12:22
Maqnit qasırğası barədə əhaliyə XƏBƏRDARLIQ

22.07.2025 / 12:12
Hacıqabulda taxıl daşıyan TIR aşıb

22.07.2025 / 12:03
Türkiyə bu dəmir yolu layihəsinə 2,4 milyard avro cəlb edib

22.07.2025 / 11:43
BMT-dən həyəcan təbili: Quraqlıqlar qlobal fəlakətə çevrilir!

22.07.2025 / 11:38
Zəngəzur dəhlizi açıldıqdan sonra bu şirkətlərin xərcləri azalacaq

22.07.2025 / 11:22
Ceyhun Bayramovla Maka Boçorişvili arasında təkbətək görüş keçirilir

22.07.2025 / 11:12
Xırdalanda faciə - fəhlə üçüncü mərtəbədən yıxılıb öldü

22.07.2025 / 11:04
Azərbaycanlı hakim UEFA-dan təyinat alıb

22.07.2025 / 11:03
Rusiya Qafqazdan sökülməyə başladı - CANLI

22.07.2025 / 11:00
Baqrat Qalstanyan Paşinyanın nazirlərindən kompensasiya tələb edir

22.07.2025 / 10:41
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak üçün qeydiyyat başlayıb

22.07.2025 / 10:25
Jurnalistika şərəfli və yüksək məsuliyyət tələb edən peşədir - Hikmət Hacıyevdən PAYLAŞIM

22.07.2025 / 10:14
Uranın zənginləşdirilməsi proqramından imtina etməyəcək - Əraqçi ABŞ-a meydan oxudu

22.07.2025 / 10:10
Ceyhun Bayramov Gürcüstana səfərə gedib

22.07.2025 / 10:06
Daha 53 ailə Cəbrayıla köçürüldü

22.07.2025 / 10:04
Media nümayəndələrinin iştirakı ilə "Mədəniyyətimiz, mətbuatımız: 150 il birlikdə" adlı tədbir keçirilib

22.07.2025 / 10:03
Prezident İlham Əliyevdən Milli Mətbuat Günü münasibətilə paylaşım

22.07.2025 / 09:31
Donald Tramp Prezident İlham Əliyevin Xankəndidəki çıxışından bir hissəni paylaşıb

22.07.2025 / 09:21
Prezidentin pişiyinə cangüdən ayrıdılar...

22.07.2025 / 09:14
"Mançester Siti" bu futbolçuya 40 milyon avro qiymət qoydu!

22.07.2025 / 09:06
Batan gəmi 109 il sonra tapıldı...

22.07.2025 / 09:00
Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür...

22.07.2025 / 09:00
14 yaşlı yeniyetmə Novxanı çimərliyində həyatını itirib

Azad rayonlarımızın bərpasında gənclərin fəal iştirakı böyük nümunədir - təbliğat boşa getməyib...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910