KÖHNƏ VERSİYA            

“Nazirlər Soveti sədrinin erməni müavinini maşına basıb Kəmərli kəndinə apardılar” - yalanlar açılır...

Image

Qasım Hacıyev: “O vaxt Rəsizadəni Mərkəzi Komitədən Qazaxa göndərmişdilər ki, get camaatı razı sal və Qazaxın o torpaqları Ermənistana verilsin”

Azərbaycanla Ermənistan arasında normallaşmanın başlandığı, sərhədlərin delimiyasiyası və demarkasiya prosesinin getdiyi bir vaxtda, xüsusən də Qazaxın dörd kəndinin Azərbaycana qaytarılmasından sonra Ermənistan tərəfdən yeni uydurmalar mətbuata gətirilir.  

“Sputnik Armeniya”da “Bulaq və kilsə tələb etdilər: azərbaycanlılar Ermənistan SSR Nazirlər Soveti sədrinin müavinini necə oğurladılar” başlıqlı yazı yayımlanıb. Sözügedən erməni mətbuatına açıqlama verən “Armgiprozem” Dövlət Torpaq İdarəetmə Layihə İnstitutunun keçmiş rəhbəri Sergey Arutyunyan “1984-cü ildə sovet respublikaları - Ermənistan-Azərbaycan sərhədində faciəli sonluqla nəticələnə biləcək hadisə baş verdi” - deyib.

Yazırlar ki, guya 1984-cü ilin baharında Ermənistan SSR Nazirlər Soveti sədrinin birinci müavini Vladimir Movsisyan və “Armgiprozem”in rəhbəri Sergey Arutyunyan torpaq idarəçiliyi məsələlərini həll etmək üçün inzibati sərhədə gediblər. “Missiya adi görünürdü, lakin tez bir zamanda onların həyatı bahasına başa gələn dramatik qarşıdurmaya çevrildi”.

Guya bunlar Dovex kəndinə çatan kimi Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini Şamil Rəsizadənin başçılıq etdiyi bir qrup “təcavüzkar” azərbaycanlının əhatəsində qalıblar. “Etirazçılar arasında qadınların çox olması diqqət çəkirdi. Camaat Ermənistan rəsmilərindən bulağın və Voskepar kilsəsinin Azərbaycan tərəfinə təhvil verilməsini tələb edirdi.

Movsisyan bundan imtina edərək, ironik şəkildə kilsəni yalnız azərbaycanlılar xristian olduqdan sonra təhvil verəcəyini bildirdi”.

Yazırlar ki, bu irad toplaşanları daha da qızışdırdı, vəziyyət tez bir zamanda nəzarətdən çıxdı: azərbaycanlılar Movsisyan, Arutyunyan və daha iki erməninin olduğu “Niva”nı təhvil verib zorla Az.SSR-in Qazax rayonuna apardılar.

Orada onları guya torpaqlarından imtina ilə bağlı sənəd imzalamağa məcbur etməyə çalışıblar. Movsisyan Arutyunyanı sənədi imzalamağa dəvət edərək, onun heç bir hüquqi qüvvəyə malik olmayacağına əmin edib. Lakin o özü də bunun doğura biləcəyi nəticələri başa düşərək, imzalamaqdan qəti şəkildə imtina edib”-deyə cəfəng iddia irəli sürüblər. 

“Rəsizadə camaatla azərbaycanca danışmağa başlayanda birdən məlum oldu ki, Movsisyan ədəbi dili onlardan daha yaxşı bilir. Bundan sonra azərbaycanlı məmur bir qrup yerli sakini yola salıb və ermənilər azad edilib.

Baş verənlərlə bağlı xəbər tez Moskvaya çatdı və böyük qalmaqala səbəb oldu. Ermənistan və Azərbaycan SSR torpaq istifadəçilərinin sərhədlərinin dəqiqləşdirilməsi və bərpası üçün komissiya yaradıldı”.

Movsisyan bu barədə deyib ki, guya daş və çubuqla “silahlanmış”  izdiham onları Kəmərlu kəndinə aparıb və orada 1675 hektar erməni torpağının Azərbaycana verilməsi ilə bağlı sənədin imzalanmasını tələb ediblər. “Daha çox inandırmaq üçün balta gətirdilər və onu “təyinatı üzrə” istifadə edəcəkləri ilə hədələdilər. Amma yenə də imtina etdi.

Nəhayət azadlığa buraxıldılar. Movsisyan Ermənistana sarsıntı və xəsarətlərlə qayıtdı, lakin ən əsası, heç bir sənədə imza atmadı”.

Arutunyanın bu cəfəng iddialarını olduğu kimi ona görə verdik ki, ermənilərin necə yalanlar, uydurmalar ustası olmasını hər kəs bir daha görsün. 

“Movsisyan Qazaxın sözügedən  ərazisinin Ermənistana verilməsini rəsmiləşdirmək üçün gəlmişdi, layiqli cavabını aldı” 

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə şərhində: “Arutyunyanın nağıllarını oxudqca bunların nə qədər düzənbaz, yalançı və saxtakar olduğunu bir daha gördüm. Arutyunyan hadisələri özlərinə uyğun şəkildə şərh edib, özlərinə sərf edən formada qələmə verib. Söhbət Ermənistan torpaqlarının Azərbaycana verilməsindən yox, Azərbaycan torpaqlarının Ermənistana verilməsindən gedirdi. Onlar bizdən torpaq istəyirdilər.

Bəli, keçən əsrin 80-ci illərində belə böyük bir hadisə baş verdi. Mərkəzi Komitə tərəfindən ora göndərilən Rəsizadəyə göstəriş verilmişdi ki, Qazaxın torpaqlarını Ermənistana verilməsinə camaatı razı salsın. Necə ki, əvvəllər Azərbaycan torpaqlarının hissə-hissə  Ermənistana verilməsini təşkil etmişdilər, Qazaxın o ərazilərinin də Ermənistana verilməsini təşkil etmək  istəyirdilər. Rəsizadəyə də tapşırıq verilmişdi ki, bu məsələni Ermənistanın xeyrinə həll etsin.  

Xatırladım ki, hətta o vaxt Moskvanın göstərişi ilə Azərbaycanın bir çox ərazilərindən ümumilikdə 22 min hektar torpaq alınıb Ermənistana verilmişdi. Onun da 2 min kvadrat kilometri Gədəbəy ərazisinə aid idi və Gədəbəydən, Şınıx bölgəsindən əkinə yararlı münbit torpaqları alıb Ermənistana vermişdilər. Eyni zamanda Laçın rayonunun kəndlərinin əkin və otlaq sahələri onlara verildi. Görün, nə qədər ərazimizi qanunsuz şəkildə ermənilərə veriblər. Qərbi Zəngəzuru verdikləri kimi, o torpaqlarımızı da ermənilərin ixtiyarına keçirdilər. Çünki o dövrdə Ermənistanın arxasında Moskva dayanırdı. Bu gizlin deyil, bunu qeyd etmək lazımdır. Ermənistan dövlətini Azərbaycan torpaqlarında Moskva yaratmışdı. Hətta ermənilərin gücü çatmayanda, ədavətdən, revanşizmdən əl çəkmək istəyəndə belə, onlara Moskvadakı havadarları imkan vermirdi. Erməniləri əlaltıları hesab etdikləri üçün hər yerdə münaqişəli məsələlərə onları salırdılar ki, həyasızlıq etsinlər. O cümlədən də Azərbaycan xalqı onlardan çox əziyyət çəkib. Qazax və Tovuz rayonlarının ərazisindəki torpaqları, əkin sahələrini, otlaqları ermənilər hissə-hissə öz əllərinə keçirtdilər. Azərbaycan xalqının mal-qoyun saxladığı fermaları ləğv edib yerində donuz fermaları yaratdılar. Ermənilər havadarlarının dəstəyi ilə Azərbaycan torpaqlarını mənimsədilər. Onlarla bağlı uydurma tarixlər yaratdılar, uydurma sənədlər hazırladılar. İndi də nağıl danışırlar ki, guya o vaxt azərbaycanlılar torpaq üstündə onları incidib. Sual etmək olar ki, ermənilərin qədim, tarixi Azərbaycan torpaqlarında nə işi vardı? Nə qədər ilhaq etmək, nə qədər torpaq tutmaq olar, nə qədər yerləşmək olar? Bir ovuc millətdir, hər yeri tutmaq istəyirlər. Torpaqları həddən artıq çoxdur. İrəvan da, Qərbi Zəngəzur da  qanunsuz şəkildə onlara verilib. Hələ bu azmış kimi, Azərbaycan SSR-ə daxil olan ərazilərə də təcavüz ediblər, sərhəd rayonların əhalisini sıxışdırıb o torpaqları onların əlindən alıblar. 

Ermənistan tərəfin keçən əsrin 80-ci illərində baş verən hadisəni yada salmasına ehtiyac və lüzum belə yox idi. 

Dediyim kimi, o vaxt Rəsizadəni Mərkəzi Komitədən Qazaxa göndərmişdilər ki, get camaatı razı sal və Qazaxın o torpaqları Ermənistana verilsin, o vaxt azərbaycanlılar Rəsizadəni çox sərt şəkildə cəzalandırdılar. Doğrudan da, orda böyük qalmaqal qopdu, böyük narazılıq baş verdi. Amma camaat Ermənistan SSR-in Nazirlər Sovetinin sədr müavinini də tutub gətirməkdə çox haqlı idi. Ermənistan SSR Nazirlər Sovetinin sədr müavininin Kəmərlidə nə işi vardı? Niyə Azərbaycan torpaqlarını ələ keçirmək istəyirdi? Movsisyan Qazaxın sözügedən  ərazisinin Ermənistana verilməsini rəsmiləşdirmək üçün gəlmişdi, layiqli cavabını aldı.  

Ermənilər ömrü boyu haqsızlıq ediblər, bu hadisə də camaatın haqsızlığa dirənişi idi. 

Ermənilər özlərinə o qədər arxayın idilər ki, ərazilərin hamısına erməni və rus dilində reklamlar yerləşdirirdilər. Hətta Azərbaycan ərazisində bunu edirdilər. Onlar o qədər harınlaşmışdı ki, camaatın ayağa qalxıb onları cəzalandıracağına inanmırdılar. Doğrudan da o hadisə baş verib. Ermənini cəzalandırdılar, başa saldılar. İddia edirlər ki, erməni nazir müavini başından zədə alıb. Onsuz da onların hamsının başı zədəlidir, ermənilər xəstədirlər. Xəstə olmasalar belə işlərə baş qoşarlar? Bilmirlər ki, o torpaqlar Azərbaycan torpaqlarıdır? Nələri vardısa onunla niyə kifayətlənməyiblər? İrəvan, Göyçə, Qərbi Zəngəzur onlara verilmişdi, niyə qane olmadılar? Sərhəd kəndlərinin ərazisində nə işləri vardı? Sovet dövründə konkret sərhədlər vardı, amma ermənilər o sərhədlərlə kifayətlənməyib irəli keçdilər. Qazaxın kəndlərini işğal etdilər. Xəbər Moskvaya çatan kimi, Moskva Ermənistanın tərəfini tutdu. Çünki Azərbaycan ərazilərinin Ermənistana verilməsi rəsmi Kremlin öz marağına xidmət edirdi. Apardığımız tədqiqatlar da göstərir ki, Cənubi Qafqazda ermənilərlə azərbaycanlıların mübahisəsi düşürsə, orda cinayət baş verirsə hər zaman azərbaycanlılar “günahkar” çıxarılır. Bu bir tarixi gerçəklikdir, bunu sübut edən sənədlər var. Ermənilərin kilsə və bulaq haqqında dedikləri də cəfəngdir. Kilsə də, bulaq da yerində durur. Azərbaycanlılar kilsəni nə vaxt dağıdıblar, hansı abidəni dağıdıblar? Belə şey yoxdur. İndi də durub özlərini yazıq, məzlum kimi göstərirlər. O vaxt ermənilər Qazaxın ərazisini ilhaq etməyə gəlmişdilər, camaat da onların layiqli cəzasını verdi. Nə Qazaxda, nə də Azərbaycanın başqa bölgələrində ermənilərin torpağı olmayıb, ermənilər havadarlarının köməyi ilə zaman-zaman bizim əraziləri parça-parça mənimsəyiblər. Onların dediklərinin heç bir əsası yoxdur” - deyə Q.Hacıyev əlavə etdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031