KÖHNƏ VERSİYA            

İran səfiri Qarabağdan erməni köçünün “dahiyanə səbəbini” ixtira edib...

Image

Faiq Ələkbərli: “Bütün bu təhlillər göstərir ki, İranın Ermənistandakı səfiri qəsdən məsələnin mahiyyətini saxtalaşdırır, bu cür qondarma iddialarla Azərbaycan üçün yeni problemlər yaranmasını istəyir”

İranın Ermənistandakı səfiri Mehdi Sobhani yenə də “kor atı minib köndələn çapmaqla” məşğuldur. Özünü gerçəkliklərdən xəbərsiz kimi aparan Sobhani “Azadlıq” radiosuna müsahibəsində “Qarabağın erməni əhalisi öz vətənlərini könüllü tərk etməyib, ona görə də onların öz evlərinə qayıtması üçün şərait yaratmaq lazımdır”-deyib. 

Səfir “İranın Cənubi Qafqazda əsas oyunçulardan biri kimi bu məsələnin həllini konkret olaraq necə gördüyü” sualına toxunaraq bildirib ki, Azərbaycan “Arsax” “ermənilərinin” kollektiv şəkildə qaytarılması hüququna hörmət etməlidir.

“Bizim Qarabağ sakinlərinin hüquqları ilə bağlı mövqeyimiz aydındır. Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq və bunu vurğulayırıq, lakin eyni zamanda hesab edirik ki, Qarabağın erməni sakinlərinin hüquqlarına hörmət edilməlidir. Bu sual yara kimidir və bu yaranın sağalması lazımdır və əgər bu yara sağalmazsa, bəlkə yenidən açılacaq. Davamlı dünyadan danışarkən bu yara da nəzərə alınmalıdır. Ümid edirik ki, Qarabağ sakinləri evlərini tərk etmək məcburiyyətində qaldıqları kimi, onların da könüllü olaraq öz evlərinə qayıtmaları üçün şərait yaradılacaq”, - deyə Mehdi Sobhani bildirib.

Səfir müsahibəsində bir sıra real olmayan mətləblərə toxunub və ermənilərin geri qayıdışının və qayıtdıqdan sonra  “təhlükəsizliklərinin təmin olunmalı olduğunu” deyib. 

İranın Ermənistandakı səfiri elə danışır ki, guya ermənilər Qarabağdan zorla çıxarılıb, onlar buranı könüllü tərk etməyib. Təbii, o da erməni ağzı, erməni düşüncəsi ilə danışıb. 

“Ermənilər Qarabağı məcburi şəkildə tərk ediblər” deyən səfir iddia edib ki, guya köçməyə onları məcbur ediblər,  onlar könüllü olaraq getməyiblər (?), amma onların könüllü qayıdışları üçün şərait yaradılmalıdır. 

Sobhani bu qədər yalan-yamalaq danışıb, beynəlxalq ictimaiyyəti çaşdıran uydurmalar “ixtira” edib. Amma bircə kəlmə deməyib ki, Azərbaycan başdan ermənilərin Qarabağda Azərbaycan vətəndaşları kimi qalıb yaşamaları üçün hər cür şərait yaradılacağını bəyan etmişdi, onların da digər vətəndaşlar kimi bütün hüquq və azadlıqlarının təmin ediləcəyini vurğulamışdı. Səfir deməyib ki,   

Azərbaycan dəfələrlə istənilən vaxt erməniləri geri qaytarmağa hazır olduğunu, “gəlsinlər, könüllü qaydada Azərbaycan vətəndaşlığını qəbul etsinlər” deyib, bunu bəyan edib. 

Ermənilərin Qarabağa könüllü qayıdışlarına şərait yaradılması belə olmur, bəs  necə olur? 

Səfir bütün bunları vurğulamalı idi və ermənilərə çağırış etməli idi ki, Qarabağa qayıtmaq istəyirsinizsə gedib Azərbaycan vətəndaşlığını qəbul edib dinc və təhlükəsizlik şəraitində yaşayın. Səfir bunları demək əvəzinə özündən yeni "ixtiralar" edir və erməniləri haqsız olaraq müdafiə edir, ölkəmizi dolayı yolla onları “qovmaqda” ittiham edir. Bu azmış kimi, hələ bizə məsləhətlər də verir. Yeri gəlmişkən, indiyə qədər İran səfiri bir dəfə də olsun Ermənistanda öz evlərindən, Vətənlərindən zorla qovulan, deportasiya edilən Qərbi azərbaycanlılarının adını çəkməyib. Ölkəsi qaçqınların geri qayıdışında belə maraqlıdırsa, onda  Qərbi azərbaycanlıların qayıdış məsələsini də gündəmə gətirib Ermənistan qarşısında məsələ qaldırsınlar. Qərbi Azərbaycandan deportasiya edilənlər onların müsəlman qardaşlarıdır. Azərbaycan ərazisini könüllü şəkildə tərk edən və bunu bütün dünyaya bəyan edən bir ovuc erməninin “zorla” qovulduğunu iddia edən şəxs öz yurdundan zorla qovulan Qərbi azərbaycanlı qaçqınları da yada salsaydı pis olmazdı. Onda deyərdik ki, obyektiv yanaşıb məsələyə. 

“Azərbaycan dövlətinin mövqeyini unudub, məsələyə birtərəfli yanaşıb reallıqdan uzaq çağırış etmək bir səfirə, onun statsuna yaraşmayan haldır” 

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini, siyasi şərhçi Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, İranın Ermənistandakı səfiri ilk növbədə Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edir. “İran adlanan ölkənin bütövlükdə Azərbaycan dövlətinə qərəzli münasibəti hər zaman ortaya qoyulub. Azərbaycan dövlətinin varlığını özünə təhdid saydığı üçün rəsmi Tehranın adından çıxış edənlər mütəmadi olaraq qərəzli yanaşmaları ilə özlərini büruzə veriblər. İranın Ermənistandakı səfiri Sobhaninin də son günlər verdiyi açıqlamalarda qərəzlilik, birtərəfli yanaşma özünü göstərir. Bunlar hamısı gerçəklikdən uzaq məsələlərdir. Sobhani iddia edib ki, Qarabağdakı azsaylı erməni etnik qrupu guya məcburi şəkildə bu torpaqları tərk edib. Bu əsla belə deyil. Səfirin dedikləri tamamilə cəfəngiyatdır, əsası olmayan məsələdir. Sobhaniyə xatırladaq ki, Azərbaycan azsaylı erməni etnik qrupuna burada yaşamlarını davam etdirmələri üçün hər cür şərait yaradılacağını  dəfələrlə bəyan edib. Onlara müraciət edib ki, Qarabağda qalıb Azərbaycan vətəndaşları kimi yaşaya bilərlər. Azərbaycan heç zaman dinc ermənilərə qarşı hər hansı bir hərəkət etməyib. Bizim mübarizəmiz ərazimizdə terror yuvası quran, separatçılıqla, bölücülüklə məşğul olan qruplarla olub. Qarabağdakı ermənilər də Azərbaycan vətəndaşları kimi dinc şəraitdə yaşaya bilərdilər. Ancaq gördük ki, Qarabağdakı erməniləri idarə edən xarici qüvvələrin və Ermənistandakı havadarlarının təkidi ilə bir ovuc etnik erməni Azərbaycan vətəndaşlığını qəbul edib burada qalmaqla razılaşmadı, ərazilərimizi tərk etdilər. Ermənilər  Azərbaycanın Qarabağ bölgəsini könüllü şəkildə tərk ediblər, bu bir gerçəklikdir. İranın Ermənistandakı səfirinin reallıqdan uzaq açıqlamalar verməsi ikiüzlülükdən və həyasızlıqdan başa bir şey deyil. Sobhaninin bir ovuc erməninin Qarabağa qayıtması üçün bu şəkildə canfəşanlıq etməsi qətiyyət təsadüfi ola bilməz. Bu onu göstərir ki, bir tərəfdən rəsmi Tehran guya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, ölkəmizə isti yanaşır, ancaq digər tərəfdən, Azərbaycanın daim problemli vəziyyətlərlə qarşılaşmasına çalışır, Azərbaycanın güclənməsinə qarşıdır.  Erməni kartından istifadə edərək Azərbaycanı zəif görmək istəyirlər”.

F.Ələkbərli hesab edir ki, Sobhaninin bu yanaşması sadəcə ermənipərəstlik deyil, bu həm də Azərbaycana münasibətdə qərəzli yanaşmadır, qeyri-insani davranışdır və islam dininə da xas olmayan hərəkətlərdir.   “Sobhani belə insanpərvərdirsə, qaçqınlara, köçkünlərə can yandırırsa, nədən yüzminlərlə azərbaycanlının Qərbi Azərbaycana, öz dədə-baba torpaqlarına qaytarılması məsələsini qaldırmır? Niyə demir ki, Dərələyəzdən, Göyçədən, İrəvandan, Vedidən, Qərbi Zəngəzurdan və başqa bölgələrdən vaxtilə zorla qovulan insanlar yenidən öz yurdlarına qayıtmalıdır? Bu tələbi niyə Ermənistan hökumətinin nəzərinə çatdırmır? Yoxsa, gözü yalnız beş-on nəfər ermənini görür? Bütün bu təhlillər göstərir ki, İranın Ermənistandakı səfiri qəsdən məsələnin mahiyyətini saxtalaşdırır, bu cür qondarma iddialarla Azərbaycan üçün yeni problemlər yaranmasını istəyir.  Görürsüz, bir kəlmə demir ki, ermənilər qayıdıb orada Azərbaycan vətəndaşları kimi yaşamalıdırlar. İddia edir ki, onların qayıdış hüququna hörmət edilməlidir. Yaxşı, bəs o ermənilər Qarabağa hansı sifətlə qayıdır, hansı adla gəlir? Onlar Azərbaycan vətəndaşlığını qəbul etməyəcəklərsə, bura niyə gəlməlidirlər? Yoxsa, səfir bir ovuc erməninin Qarabağa qaytarılması çağırışlarını etməklə bölgədə yeni münaqişə ocağının yaranmasını hədəfləyənlərdəndir? Azərbaycanın ərazi bütövlüyünü, mövqeyini müdafiə etsəydi heç zaman belə gerçəyi əks etdirməyən fikirlər irəli sürməzdi. Azərbaycan dövlətinin Qarabağdan könüllü köçən ermənilərə müraciətini, çağırışını də səfirin yada salması yaxşı olardı. Çünki bu müraciət, bu çağırış məsələnin əsl mahiyyətinə işıq tutur. Azərbaycan dövlətinin mövqeyini unudub, məsələyə birtərəfli yanaşıb reallıqdan uzaq çağırış etmək bir səfirə, onun statsuna yaraşmayan haldır”-deyə bildirən F.Ələkbərlinin sözlərinə görə, beş-on nəfər erməninin Qarabağa qayıtması məsələsi süni şəkildə gündəmə gətirilirsə, onda gerçək məsələ də gündəmə gətirilməli və Qərbi Azərbaycandan zorla qovulan yüz minlərlə azərbaycanın öz ata yurdlarına geri qayıdış hüququ da tanınmalıdır, Ermənistan dövləti onların təhlükəsizlik şəraitində qayıdışını təmin etməlidir. O hesab edir ki, hər şey qarşılıqlı şəkildə olmalıdır. “Bu anlamda İran adlanan  ölkənin səfirinin verdiyi bu sərsəm açıqlamalar həm yanlışdır, həm həddini aşmaqdır, Azərbaycana qarşı qərəzli münasibətin bir nümunəsidir. Aydındır, bütün bunların mahiyyətində Azərbaycanın bütövlüyü, Güney Azərbaycan məsələsi, 50-55 milyonluq azərbaycanlının bir olması məsələsi dayanır. Bu yanaşma da  erməni və fars qardaşlığının münasibətidir. Biz öz yolumuza davam edirik, bu kimi sərsəm açıqlamalar bizim qarşımızı kəsə bilməz. Biz məqsədimizə  doğru gedirik, Azərbaycan gec-tez öz bütövlüyünü ortaya qoyacaq”-deyə F.Ələkbərli vurğuladı.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031