Bazar günü, 20 iyul 2025
     

Sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki...

Image

Etiraf etməliyik ki, bu mövzu daha çox fundamental elm müstəvisində müzakirə olunmalıdır, nəinki populyar politologiyanın əhatə etdiyi çərçivələr hüdudlarında. Ancaq peşəkar analitikanın kasadlığı səbəbindən ölkəmizdə, xüsusən də sərhədsiz virtual məkanda radikal demaqogiya sözün hərfi mənasında tüğyan edir. Həmin bu spekulyativ demaqogiya obyektiv həqiqəti təhrif edir və əhalinin ictimai şüurunda yanlış sosial-siyasi stereotipləri formalaşdırır. Qeyd olunanları nəzərə alaraq, yanlış meyilliklərinin qarşısını almaq, müşahidə edilən regional və qlobal proseslərə adekvat qiymətin verilməsi, habelə qərəzli demaqogiyanın "sehrli" tüstüsünü sağlam düşüncədən uzaqlaşdırmaq naminə bu kimi mürəkkəb mövzulara bəzən publisistik üslubda yanaşmaq zərurəti yaranır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər politoloq A.Adilin "Sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki..." sərlövhəli məqaləsində yer alıb.

Peşəkar təhlil obyektiv həqiqəti aşkar etdiyi üçün analitika zəhərli demaqogiyanın inkişafı üçün əlverişli deyil. Təəssüf ki, ucuz demaqogiya "demokratiya" və "aşkarlıq" kimi şüarlar arxasında gizlənərək hələ də siyasətdə öz mövcudluğunu qorumaqdadır. Əslində isə siyasi münasibətlərdə ucuz demaqogiya və populizmin varlığı incəsənətdə zövqsüzlüyün özünə yer tapması kimi ziyanlı və təhlükəlidir.

Bilavasitə türk identikliyinin siyasi aktuallaşması məsələsinə keçməzdən öncə mövcud kontekstdə bütöv məzmunu əhatə edən əsas müəyyənləşdirici "pazl"ların öz yerinə yerləşdirilməsini təmin edən Prezident İlham Əliyevin bu il fevralın 14-də keçirilən andiçmə mərasimində səsləndirdiyi önəmli bir fikrə müraciət edək: "Biz elə bir bölgədə yerləşirik, bizə qarşı elə bir qüvvələr birləşib ki, bizə ziyan vurmaq üçün fürsət axtarırlar. Biz, - İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı mən bunu artıq demişdim, - sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik".

Heç şübhəsiz ki, biz Prezident İlham Əliyevin bu və ya digər mesajlarının əsl anlamını və təzahürünü yalnız hadisələr inkişaf etdikcə zamanı çatanda həyatda görə bilirik. Ölkəmizin tarixində qeyd olunan belə təsbitlərin dəfələrlə şahidi olmuşuq. Görünən odur ki, dövlətimizin başçısının yuxarıda vurğulanan fikirlərinə yaxın gələcəkdə hələ çox müraciət edəcəyik və hər dəfə növbəti "pazl" öz yerinə oturan zaman biz daha dolğun mənzərəni görməyə müvəffəq olacağıq.

Müzakirə olunan mövzu kontekstində ehtimal edə bilərik ki, Prezident İlham Əliyevin qeyd olunan mesajının şifrəsi məhz "sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki..." ifadəsinin arxasında gizlənir. Bunlar hansı "daşlardır"? Onlar hansı ağırlıqda olan "daşlardır" ki, onların tərpədilməsi bizə bağışlanmayacaq? Çox arzuolunandır ki, sözügedən məsələ bizim alimlərimizin, xüsusilə beyin mərkəzlərimizin tədqiqat predmetinə çevrilsin və əslində, çevrilməlidir də. Çünki buna zərurət var. Siyasətdə, diplomatiyada və dövlət quruculuğu məsələlərində əldə edilmiş nailiyyətlər mütləq olaraq tətbiqi və fundamental elmi-tədqiqat, habelə ünvanlı çalışmalarla tamamlanmalıdır. Axı bu, mahiyyət etibarilə həm də əldə olunmuş nailiyyətlərin qorunmasına xidmət edəcək.

Gəlin, ilk növbədə həm fikir mübadiləsi və həm də mövzunun miqyasının aydın təsəvvür olunması naminə o "ağır daşları" qısa tezislərlə populyar şəkildə müəyyən etməyə çalışaq:

- Regional dövlət beynəlxalq təşkilatların dəstəyi olmadan münaqişəni özü həll etdi və bununla da dünyaya beynəlxalq təşkilatların "ikili standartlar" siyasətini, onların riyakarlığını, hərəkətsizliyini və hətta müəyyən mənada "hüquqi əlilliyini" nümayiş etdirdi. Əlbəttə ki, bütün bunlar beynəlxalq təşkilatların imicinə ciddi zərbədir və onlara qarşı olan etibar limitinin bir qədər də azalmasının səbəbidir. Çünki haqlı olaraq beynəlxalq ictimaiyyəti düşündürən sual yaranır: mübahisəli məsələləri nəinki həll etməyən, əksinə, həmin məsələlərin yaranmasına və ya həllinin uzadılmasına dolayı yolla səbəbkar və maraqlı olan belə təşkilatlara necə güvənmək olar? Razılaşmaq lazımdır ki, bu cür sualların yaranması və surətlə artması beynəlxalq münasibətlər sistemində yeni formatların meydana gəlməsini qaçılmaz edir.

- Bu "daş" Azərbaycanın durmadan artan potensialıdır və heç şübhəsiz ki, burada söhbət təkcə hərbi potensialdan getmir. Müxtəlif istiqamətlərdə artan iqtisadi potensial, xüsusilə də enerji layihələri ilə bağlı olan beynəlxalq təşəbbüslər Azərbaycanı mühüm regional aktora çevirib. Başqa sözlə, dünyada Azərbaycana ehtiyac və hörmət sürətlə artır. Xüsusilə Azərbaycanın yaşıl enerji ilə bağlı inamlı təşəbbüsləri həmin bu ehtiyacın perspektivliyini təmin edir. Odur ki, bilavasitə Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə reallaşan yaşıl enerji layihələri qabaqlayıcı siyasət olaraq ölkəmizin perspektiv aktuallığını da təmin edir. Azərbaycanın bütün mənalarda etibarlı tərəfdaş statusu artıq beynəlxalq təşkilatlarının etiraf predmetidir.

- Azərbaycan müstəqil siyasət aparmaq gücündədir. Bu faktın beynəlxalq ictimaiyyət tərəfindən bir siyasi aksiom kimi qəbul olunmasının səbəbi yenə də bizim Qələbəmizdir. Qırx dörd günlük müharibədə qazanılan Qələbə və cəmi birgünlük antiterror əməliyyatının sonunda ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması məhz bu uğurlu müstəqil siyasətin təcəssümü və nəticəsidir.

- Xarici qüvvələrin bütün cəhdlərinə rəğmən, Azərbaycan xalqı milli həmrəyliyi və birliyi qorumağa müvəffəq oldu. 44 günlük Vətən müharibəsi isə həmin həmrəyliyin və birliyin daha bir aydın təcəssümü idi. Müharibə dövründə ölkədə mütləq həmrəylik yaşandı və sözsüz ki, həmin həmrəyliyin qorunmasında həm vətəndaş institutlarının, həm də ölkədə fəaliyyət göstərən siyasi partiyaların müstəsna rolu olmuşdur. Şübhəsiz ki, bütün bunlar Prezident İlham Əliyevin xüsusilə önəm verdiyi siyasi dialoq siyasətinin məntiqi nəticəsi idi. Siyasi dialoq Azərbaycanda, sadəcə, dekorativ xarakterli demokratik şüar deyil, siyasi münasibətlərin Azərbaycan modelini müəyyən edən əsas keyfiyyət göstəricisidir.

- Dünyada heç bir qüvvə inkar edə bilməz ki, məhz Azərbaycanın Qələbəsi regionda yeni reallığın yaranmasına səbəb oldu və onun müəllifi Azərbaycandır, Azərbaycan xalqıdır. Bu Qələbə və yeni reallıq isə əsrlər boyu beynəlxalq münasibətlər sistemində yaşanan bəzi stereotipləri qırmağı bacarıb. Əlbəttə ki, sözügedən fakt dünyada "mütləqi-hakim" statusuna iddialı olan bəzi dövlətləri və beynəlxalq təşkilatları narahat etməyə bilməz, çünki bizim Qələbəmiz beynəlxalq münasibətlər sistemində yeni tendensiyaların yaranmasına səbəb olmaqdadır.

- Qazandığımız Qələbə beynəlxalq münasibətlər sistemində Qərbi Azərbaycan mövzusunun hüquqi və siyasi müstəvidə aktuallaşdırılmasına dair əlavə imkanlar yaratdı. Bununla da beynəlxalq münasibətlər gündəliyi yeni və olduqca "həssas" mövzu ilə zənginləşdi. Qərbi Azərbaycan mövzusu artıq beynəlxalq ictimaiyyət qarşısında qaldırılmış Azərbaycanın həm leqal, həm də legitim tələbi, ədalətli iddiasıdır. Odur ki, Qərbi Azərbaycan mövzusu eyni zamanda danışıqlar masasında da Azərbaycana üstünlük bəxş edir və diplomatik manevrlər üçün əlavə imkanlar yaradır.

- Türk və müsəlman olan Azərbaycan kimi bir ölkə ona qarşı tətbiq edilən beynəlxalq təzyiqlərə, "ikili standartlar" siyasətinə və dini fərqlilik üzərindən qurulmuş informasiya manipulyasiyalarına rəğmən öz haqlı müharibəsində Qələbə çaldı və bu, bütün türk və müsəlman dünyası üçün nümunə oldu. Sözügedən fakt təkcə əsrlər boyu beynəlxalq ictimaiyyətin siyasi şüuruna zorla yeridilən stereotipləri dağıtmayıb, bu, həm də türkdilli xalqların özünə inamının artmasına səbəb olub.

Sonuncu fikrə əsaslanaraq qeyd edə bilərik ki, bu mənada Türk Dövlətləri Təşkilatının (TDT) fəallaşmasının məhz Azərbaycanın Qələbəsindən sonrakı dövrdə baş verməsi təsadüfi deyil. Bu il iyulun 6-da Şuşada "Qarabağ Bəyannaməsi"nin imzalanması sözügedən prosesin zirvəsi, başqa sözlə "tacı" oldu. Odur ki, beynəlxalq münasibətlər sistemində qlobal güc iddiasında ola biləcək yeni bir nüfuzlu institutun yaradılması faktı da "super gücləri" narahat etməyə bilməz. Bu mənada deyə bilərik ki, Azərbaycanın Qələbəsi eyni zamanda ideoloji qatlarda da əhəmiyyətli dəyişikliklərin baş verməsinə səbəb olub. Belə ki, Azərbaycanın Qələbəsi sayəsində TDT-nin fəallığının artırılması bizim regionda və dünyada türk identikliyinin ideoloji və siyasi müstəvilərdə aktuallaşmasına gətirib çıxarmış oldu. İstisna olunmur ki, Qələbəmiz nəticəsində formalaşan bu tendensiyalar eyni zamanda regionda da bəzi proseslərin yaranmasına təsir göstərib.

Razılaşmaq lazımdır ki, yuxarıda qeyd olunan siyasi mülahizələrin "yaşamaq" haqqı var. Bəli, sözügedən mövzu ilə bağlı müxtəlif yanaşmalar tətbiq oluna bilər, ancaq tərəddüd etmədən əminliklə deyə bilərik ki, Azərbaycanın inkişafını istəməyən qüvvələr, o cümlədən onların əllərinə su tökən bizim ucuz demaqoqlarımız yuxarıda sadaladığımız bu "daşlar"ının altından çıxa bilməyəcəklər.




VİDEO

SON XƏBƏRLƏR

19.07.2025 / 21:37
Prezident: "Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır"

19.07.2025 / 21:28
"Qarabağ və Şərqi Zəngəzur artıq cənnətin kiçik bir parçasıdır" - Prezident

19.07.2025 / 21:16
Azərbaycan Prezidenti: "Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir"

19.07.2025 / 21:15
Azərbaycan Rusiyanı beynəlxalq məhkəməyə verəcək...

19.07.2025 / 21:11
"Azərbaycan ilə Çinin ticarət həcminin artırılmasına dair böyük planları var" - Prezident

19.07.2025 / 21:01
Prezident İlham Əliyev: "Azərbaycan mediasının inkişafı məni çox sevindirir"

19.07.2025 / 20:57
"Biz xarici investorları enerji sektoruna cəlb edirik" - Prezident

19.07.2025 / 20:50
Prezident: "Mən süni intellektdən istifadə etmirəm"

19.07.2025 / 20:39
Prezident İlham Əliyev: "İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik"

19.07.2025 / 20:32
"Azərbaycan və Ermənistana razılığa gəlməkdə kömək etmək səylərinə görə Prezident Trampa minnətdarıq" - Prezident

19.07.2025 / 20:28
Azərbaycan Prezidenti qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı sualı cavablandırıb

19.07.2025 / 20:17
Prezident Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirdi

19.07.2025 / 20:10
Prezident İlham Əliyev Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadaladı

19.07.2025 / 19:59
"Cənubi Qafqaz sabit məkan olacaq" - Prezident İlham Əliyev

19.07.2025 / 19:56
Prezident Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqladı

19.07.2025 / 19:49
Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda iştirak edib - FOTO

19.07.2025 / 19:41
"Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır" - Prezident

19.07.2025 / 19:23
"Biz indi beynəlxalq səhnədə daha fəalıq" - Prezident

19.07.2025 / 19:15
Prezident: "İstəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı daha güclü, daha effektiv olsun"

19.07.2025 / 19:12
"Bizim Qələbəmiz göstərir ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır" - Prezident

19.07.2025 / 19:10
Bakı ilə İrəvanın arasında Paris özünü bu dəfə belə pərdələyir - "göz yaşları"...

19.07.2025 / 19:03
Azərbaycan Prezidenti: "ABŞ-la güclü tərəfdaşlıq münasibətlərinin dəstəkləndiyini görürük"

19.07.2025 / 18:40
"Bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir" - Prezident

19.07.2025 / 18:35
Ərdoğan Trampın “50 gün” hədəsindən Putini xilas etmək istəyir...

19.07.2025 / 18:28
Prezident İlham Əliyev: "Bizim etibarlı tərəfdaş imicimiz var"

19.07.2025 / 18:20
"Ermənistan Zəngəzur dəhlizi ilə bağlı prosesi bundan sonra da bloklasa, onun tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır" - Prezident

19.07.2025 / 18:06
AB Azərbaycan qazına möhtac... Rəsmi Brüssel isə bizə pislikdən əl çəkmir…

19.07.2025 / 18:01
Prezident: "Zəngəzur dəhlizinin potensialı ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndirilir"

19.07.2025 / 17:38
Azərbaycanın MDB İqtisadi Şura iclasından imtinasının ardınca maraqlı bəyanat səsləndi...

19.07.2025 / 17:36
"Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir" - Prezident

19.07.2025 / 17:24
Prezident İlham Əliyev: "Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb"

19.07.2025 / 17:09
Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı keçirilib - FOTO

19.07.2025 / 16:52
Yunus peyğəmbərdən sonra üçüncü Yunus... Yunus Oğuz - 65

19.07.2025 / 16:37
Bu gün 3-cü Şuşa Qlobal Media Forumu işə başlayır

19.07.2025 / 16:10
"Dünya liderləri Prezident İlham Əliyevdən çox şeyləri öyrənə bilər" - Rusiyalı politoloq

19.07.2025 / 15:33
Ermənilər Ağdamda qəbirlərdən protezləri də oğurlayıblar...

19.07.2025 / 14:16
Azərbaycan-Pakistan mövcud strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

19.07.2025 / 12:18
Milli Məclisdən Belçika parlamentinə sərt cavab - regionda yeni gərginlik ocağı yaratmağa çalışırlar...

19.07.2025 / 11:45
Prezident İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqlədi

19.07.2025 / 11:33
Azərbaycanda geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işlərində yeni koordinat sistemi tətbiq ediləcək - SƏRƏNCAM

19.07.2025 / 10:12
ŞOK - Özbəkistanda İŞİD-ə məxsus terror qruplaşması aşkar edildi!

19.07.2025 / 10:08
İrəvanda keçmiş deputat hakimiyyətin devrilməsinə çağırışa görə həbs edilib

19.07.2025 / 10:01
"Napoli" Vikter Osimhen üçün "Qalatasaray"a "HƏ" dedi

19.07.2025 / 09:53
Milli Məclis Belçika Nümayəndələr Palatasının qətnaməsinə kəskin etirazını bildirib

19.07.2025 / 09:27
Müəllimlər kimi həkimlər də "yazı-pozu" ilə hədsiz yükləniblər...

19.07.2025 / 08:42
Ət 1 manat da bahalaşdı....

18.07.2025 / 23:20
Bakı Kitab Mərkəzində “Tanımadığımız Konfutsi” adlı gecə keçirildi - FOTO

18.07.2025 / 22:32
İctimai Birlik sədri Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 22:18
“65 illik yubileyiniz mübarək olsun, ustad!” - Missiya TV-nin baş redaktorundan Aydın Quliyevə təbrik...

18.07.2025 / 21:51
Prezident İlham Əliyev İraq Prezidentinə başsağlığı verdi

18.07.2025 / 21:50
Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribatlar nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

18.07.2025 / 21:35
Ermənistanı elə Avropanın özü vurmağa hazırlaşır - Makron nə ilə fərqlənir?..

18.07.2025 / 21:23
65 İLLİK ÖMÜR YOLUNA DƏYƏR VERƏN İNSANA! - Milli İstiqlalçıların Aydın Quliyevə yubiley təbriki...

18.07.2025 / 21:20
31 tona yaxın qızıl almışıq - yığım, ya emal üçün?

18.07.2025 / 21:06
İmamoğlunun həbsindən sonra Türkiyənin iç siyasətində mümkün təmayüllər - sabitlik qalacaqmı?..

18.07.2025 / 20:53
Bakıdan Parisə sərt sillə - dünya mediası Azərbaycanın möhtəşəm uğuruna heyrandır...

18.07.2025 / 20:39
Avropa İttifaqı yeni SSRİ olmaq istəyir - Cənubi Qafqazda ilk olaraq Gürcüstanı əzəcək...

18.07.2025 / 20:26
Qonşularla müqayisədə iki rəqəm bizi geridə qoyur...

18.07.2025 / 20:14
Çin-Hindistan-Rusiya ittifaqı? - XİN-in yeni strategiyasında ən ağır maneə...

18.07.2025 / 20:00
Azərbaycanın çay ixracı azalır... Niyə?

18.07.2025 / 19:47
Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

18.07.2025 / 19:35
"Erməni kilsəsi İŞİD-dir, molla rejimi ilə bir addımlayır" - təhqirin biri "1 qəpik"…

18.07.2025 / 19:26
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Aydın Quliyevi təbrik etdi

18.07.2025 / 19:22
Suriyada Türkiyə-İsrail müharibəsi hər an başlaya bilər...

18.07.2025 / 19:09
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 19:04
Müəllimlər müəllimi Sabir Qurbanov - FOTO

18.07.2025 / 19:04
BMT-nin İqtisadi və Sosial şurasına üzvlüklə bağlı təlimlər keçirilir

18.07.2025 / 18:50
İsrailin Suriyanı vurması Azərbaycanın siyasətinə bəzi çətinliklər yaradır...

18.07.2025 / 18:46
Bakıda Türkiyə-Azərbaycan Qardaşlıq Forumu keçirildi

18.07.2025 / 18:31
Azərbaycan Türkmənistanın Transxəzər problemini həll edəcək...

18.07.2025 / 18:17
Dünyanın yaradıcı insanlarının bir qrupu “Azərbaycan” Nəşriyyatına toplaşdı - 150 illik işığın əhatəsi... - FOTO

18.07.2025 / 18:03
Ay Paşinyan, Şanxay təşkilatı hara, Avropa Birliyi hara?..

18.07.2025 / 17:49
İrəvanda “Arsax deyən son dilləri də kəsirlər”...

18.07.2025 / 17:36
İrəvan Moskvanı konyakla məst edə bilmədi, ancaq Kreml İrəvanı konyakla vurdu...

18.07.2025 / 17:23
Prezident İlham Əliyev Təzəbinə və Xanyurdu sakinlərinə - Biz burada əbədi yaşayacağıq, daha heç kim bizi bu yerlərdən çıxara bilməz

18.07.2025 / 17:05
"Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir" - Azərbaycan XİN

18.07.2025 / 16:51
Xadimələrə maşınını yudurdan məktəb direktoru işdən çıxarıldı

18.07.2025 / 16:36
Polis Maştağada əməliyyat keçirdi - 881 kq çətənə kolu yetişdirilən istixana aşkarlandı...

18.07.2025 / 15:55
Bakıda 12 min manatlıq oğurluq edən və avtomobil qaçıran şəxslər saxlandı

18.07.2025 / 15:43
Valideyn himayəsindən məhrum uşaqlar üçün yaradıcı və psixoloji inkişaf layihəsi

18.07.2025 / 15:40
Prezident Xocalının Xanyurdu kəndində olub, kəndə köçən bir qrup sakinlə görüşüb - FOTO/YENİLƏNDİ

Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910