Trampa sui-qəsd cəhdinə görə ABŞ Məxfi Xidməti polisi, İlon Mask isə Məxfi Xidməti günahlandırdı...
İlon Mask ABŞ Məxfi Xidmətini sabiq prezident Donald Trampın mitinqində təhlükəsizliyi təmin etməməkdə günahlandırıb.
"Məxfi Xidmət təqsirkardır. Nöqtə", - deyə Mask X sosial platformasında yazıb.
İş adamı platforma istifadəçilərindən birinin yazısına belə reaksiya verib. Həmin istifadəçi “New York Post” nəşrinin xəbərindən bir parçanı sitat gətirmişdi. Orada deyilir ki, Məxfi Xidmət mitinqdə təhlükəsizliyi təmin etməməkdə yerli polisi ittiham edib.
Mask bundan əvvəl Məxfi Xidmətin başçısını və Trampın mühafizə xidmətinin rəisini istefaya çağırmışdı. Sabiq prezidentin özü isə bildirib ki, ABŞ Məxfi Xidməti atəş açan şübhəlini ilk cəhddə zərərsizləşdirməklə “fantastik iş” görüb.
ZÜMRÜD