Trampa atəş açan şəxs təkbaşına hərəkət edib - FTB açıqladı...
ABŞ Federal Təhqiqatlar Bürosunun məlumatına görə, Donald Trampa hücum edən şəxs təkbaşına hərəkət edib.
“Biz silahlı şəxsin mobil telefonuna daxil olmaq üçün işimizi davam etdiririk. Telefon Quantico laboratoriyasına göndərilib”, – FTB bildirib.
Qeyd edilib ki, hələlik hücumla hər hansı ideoloji əlaqə aşkarlanmayıb. İstintaq adam öldürməyə cəhdlə bağlı davam edir, lakin olay həm də potensial məişət terror aktı kimi qiymətləndirilir. Təcavüzkarın ailəsi də istintaqla əməkdaşlıq edir. Trampa hücum üçün istifadə edilən silah qanuni olaraq alınıb.
Federal Təhqiqatlar Bürosunda silahlı şəxsin psixi sağlamlıq problemləri ilə bağlı da heç bir məlumat yoxdur.
TAHİR