Rusiya Ukraynanı 3 tonluq bomba ilə vurdu...
Ukraynaya hücumlarını davam etdirən Rusiya Donetsk bölgəsində bir yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Açıqlamada Rusiya Silahlı Qüvvələrinin Donbas bölgəsində hücuma keçdiyi bildirilib və “Şərq” hərbi birləşmələrinin bölmələri tərəfindən Donetskin Urojaynoye qəsəbəsi ələ keçirilib və onu minalardan təmizlənməsinə başlanıb.
Nazirlik həmçinin Su-34 qırıcı-bombardmançılarının planlaşdırma və yönləndirmə qabiliyyətinə malik 3 tonluq FAB 3000 bombaları ilə Ukrayna ordusunun müvəqqəti yerləşdirmə məntəqəsini məhv etdiyini bildirib.
TAHİR