KÖHNƏ VERSİYA            

Ölkənin suveren fondu olaraq ARDNF-nin investisiya fəaliyyətinin təkamülü və gələcəyə baxış

Image

Ölkənin bərpa edilməyən təbii ehtiyatlardan - neft və qazdan əldə edilən gəlirlərinin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanmasını təmin etmək məqsədilə mərhum prezident Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli Fərmanı ilə yaradılan Azərbaycan Respublikası Dövlət Neft Fondu ötən 25 illik müddət ərzində qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməklə, müstəqil Azərbaycanın inkişafında, onun dünya iqtisadi arenasında özünəməxsus yer tutmasında müstəsna rol oynayıb. Elə bu səmərəli fəaliyyətin nəticəsidir ki, ötən illər ərzində ölkədə makroiqtisadi sabitliyin qorunması təmin olunur, neft gəlirlərindən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafında ciddi uğurlar əldə edilir.

Məlumdur ki, XXI əsrin ilk onilliyində başlayan qlobal iqtisadi böhran suveren fondların qarşısına həlli vacib bir sıra öhdəliklər qoydu. Bu gün dünyada suveren fondların əksəriyyəti əsasən neft və neft məhsullarının ixracından əldə olunan gəlirlərin idarə olunması üçün yaradılır. Azərbaycanda iqtisadi inkişafın təminatı, milli sərvətlərin qorunaraq gələcək nəsillərə ötürülməsi, makroiqtisadi siyasətdə maliyyə sabitliyinin qorunması kimi prioritetləri hədəfləyən ARDNŞ da suveren fond olaraq ölkə iqtisadiyyatına ciddi töhfə verməyi qarşısına məqsəd qoyub. Əslində bir çox dövlətlər məhz qlobal iqtisadi böhran dövründə suveren fondların makroiqtisadiyyatdakı rolunu aydın şəkildə hiss etdi ki, Dövlət Neft Fondu da bu sırada istisna deyil. Məlumat üçün qeyd edək ki, ARDNF suveren fond olaraq, Suveren Fondların Beynəlxalq Forumunun üzvüdür. Forumun yaradılması haqqında qərar 2009-cu il aprelin 5–6-da Küveytin paytaxtı Əl-Küveyt şəhərində keçirilmiş Suveren Fondların Beynəlxalq İşçi Qrupunun iclasında qəbul edilib.

 Dünya təcrübəsi və Azərbaycan modeli

 Dünyanın inkişaf etmiş ölkələrində suveren fondların əsasən funksiyası eyni olsa da, gəlirlərin idarə olunmasında fərqliliklər də özünü göstərir. Məsələn, Norveçdə Neft Fonduna daxilolmaları hökumət müəyyənləşdirir və bu, parlament tərəfindən təsdiqlənir. Neft gəlirlərinin isə təxminən yarısı bu fonda daxil olur və bu gəlirlər xüsusi proqramlara, enerjiyə və pensiyalara xərclənir.

Venesuela Makroiqtisadi Sabitlik Fondu mərkəzi hökumət büdcəsinin, regional hökumətlərin və dövlət neft şirkətinin gəlirlərini sabitləşdirmək məqsədilə yaradılıb və bu gəlirlərin gələcək nəsillərə ötürülməsini prioritet sayır.

Rusiyanın Stabilləşdirmə Fondunun gəlirləri isə, əsasən büdcə kəsirinin bağlanması, xarici borc üzrə ödənişlərin edilməsi, pensiya proqramlarının icrası üçün istifadə olunur. Bu kontekstdə Azərbaycan Dövlət Neft Fondunun funksiya və vəzifələri daha geniş arealı əhatə etməklə ölkənin iqtisadi inkişafına əhəmiyyətli töhfələr verir. Belə ki, Fondun dünya ölkələrində daşınmaz əmlaklara qoyduğu investisiyalar və ondan əldə etdiyi gəlirlər, gənclərin xarici ölkələrin qabaqcıl təhsil ocaqlarında oxuyub mütəxəssis kimi yetişərək ölkəyə dönməsini hədəfləyən – gənc nəslə qoyulan investisiyalar və s. bu kimi fəaliyyətlər bu istiqamətdə Azərbaycan modelinin daha səmərəli olduğu həqiqətini ortaya qoyur.

 ARDNF-nin maliyyələşdirdiyi layihələr

 Dövlət Neft Fondu Azərbaycanın reallaşdırdığı beynəlxalq layihələrin maliyyələşdirilməsində də önəmli rol oynayır. Bugünə kimi Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsi, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz yurdundan didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması problemlərinin həlli, Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi, Dövlət İnvestisiya Şirkətinin Nizamnamə kapitalının maliyyələşdirilməsi, 2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi, Xəzər dənizində müasir üzən qazma qurğusunun tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinin həyata keçirilməsini tamamlayan ARDNF, həmçinin,  "Cənub Qaz Dəhlizi" QSC-nin nizamnamə kapitalında dövlətin iştirak payının, Türkiyə Respublikasında "Star" neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsini həyata keçirib və bu istiqamətdə səmərəli fəaliyyət davam edir.

 Təhsil sahəsi də ARDNF-nın investisiya layihələrindən kənarda qalmır...

 Məlum olduğu kimi, hələ 2021-ci ildə Prezident İlham Əliyevin imzaladığı sərəncamla gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üzrə Dövlət Proqramı təsdiq olunub. ARDNF-nin büdcəsində həmin Dövlət Proqramına əsasən bu məqsədlə 2024-cü il üzrə 47.460.0 manat nəzərdə tutulub ki, cari ilin birinci rübü üzrə bu vəsaitin 7 faizi icra edilib. Belə ki, 31 mart 2024-cü il tarixinə Dövlət Proqramı üzrə 664 nəfər tələbənin təhsil xərcləri Dövlət Neft Fondu tərəfindən qarşılanıb. Bu tələbələrin 522  nəfəri magistratura, 142 nəfəri isə bakalavriat pilləsində təhsil alır. 

Bu ilin ikinci rübündə isə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təhsil şəbəkəsinə 100 milyon dollar yatırım edib. ARDNF “GEMS Education” şirkətinə bu yatırımı 17 iyun 2024-cü il tarixində investorlar konsorsiumunun üzvü olaraq edib. Bu konsorsiuma rəhbərliyi alternativ investisiyaların idarə edilməsi üzrə dünyanın ən nəhəng investisiya şirkətlərindən olan “Brookfield Asset Management” şirkəti həyata keçirir. Adıçəkilən  şirkət 1899-cu ildə yaradılıb, hazırda idarə etdiyi aktivlərin toplam dəyəri 900 milyard ABŞ dollarına çatmaqla bazarda fəaliyyət göstərən ən nüfuzlu investisiya menecerlərindən birinə çevrilib. Sözügedən konsorsiumda “Brookfield Asset Management” şirkətinin idarə etdiyi fondlarla yanaşı, nüfuzlu yerli və beynəlxalq investisiya qurumları da iştirak edir.

ARDNF-nın təhsil mərkəzinə yatırımla bağlı açıqlamasında deyilir: “Körfəz ölkələri regionu, xüsusilə də BƏƏ qlobal olaraq özəl orta təhsil sektorunda lider mövqedədir və dayanıqlı şəkildə artan əhalisi, qlobal biznes və maliyyə mərkəzi kimi formalaşması ilə böyük potensiala malikdir. Təhsil sektoru isə öz növbəsində stabil və uzunmüddətli gəlir mənbəyi kimi qəbul edilir. Bu sahədə investisiyalar, xüsusilə yüksək keyfiyyətli təhsil müəssisələrində, adətən sabit gəlir gətirir və iqtisadi dalğalanmalardan nisbətən az təsirlənir”.

 Fondun dünya paytaxtlarında daşınmaz əmlaka qoyduğu sərmayələr

 Ümumilikdə, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin diversifikasiyası və gəlirliliyinin artırılması dövlətin prioritet elan etdiyi vəzifələr sırasındadır. Bu məqsədlə Prezident İlham Əliyevin imzaladığı 2011-ci il 27 oktyabr tarixli Fərmana uyğun olaraq, Fondun investisiya portfelinin məcmu dəyərinin 10%-ə qədəri daşınmaz əmlaka yönləndirilə bilər.

Hazırda ARDNF-in daşınmaz əmlak portfeli özəl daşınmaz əmlak fondlarına sərmayələr, müştərək və birbaşa investisiyalardan ibarətdir.

Fond ilk daşınmaz əmlak invesitisiyalarını 2012-ci ildən etibarən birbaşa invesitisiyalar şəklində həyata keçirməyə başlayıb. Avropanın London, Moskva, Paris, Milan  kimi bir sıra qabaqcıl şəhərlərində, eləcə də Asiyada Seul  və Tokio şəhərlərində yerləşən ofis və ticarət komplekslərinə investisiyalar yatıran Fond 2015-ci ildən etibarən isə özəl daşınmaz əmlak fondlarına sərmayə qoymağa başlayıb. Bildirilir ki, bu invesitisiyalar ARDNF-nin daşınmaz əmlak portfelinin əhəmiyyətli hissəsini təşkil edir.

ARDNF daşınmaz əmlaka ilk investisiyasını Londonun West End səmtində dəyəri 177,4 milyon ingilis funt sterlinqi təşkil edən ofis kompleksini almaqla həyata keçirib.

1845-ci ildə tikilmiş bu binanın ümumi sahəsi 11 018 kv. metr təşkil edir. Bina tarixi fasadı saxlanılmaq şərtilə təmir olunduqdan sonra müxtəlif şirkətlərə icarəyə verilib. 

ARDNF-nin investisiya qoyduğu daha bir daşınmaz əmlak Moskva şəhərinin biznes mərkəzi “Tverskaya 16” ünvanında yerləşir. Dəyəri 133 milyon ABŞ dolları təşkil edən “Qalereya Aktyor” adlı bu ofis-ticarət mərkəzi 1881-ci ildə teatr binası kimi istifadəyə verilib. Ümumi sahəsi 18.075 kv. metr təşkil edən bina müxtəlif dövlət qurumlarının nümayəndəliklərinə, maliyyə, sığorta və konsaltinq xidməti göstərən şirkətlərə və yerli ticarət brendinə icarəyə verilib. 

ARDNF-nin Parisdə yatırım etdiyi bina isə XVIII əsrdə inşa edilib. Parisin ən görkəmli yerlərindən birində - Vandom meydanında yerləşən binanın ümumi sahəsi 5400 kv. metrdir. Şəhərin əsas biznes mərkəzlərinin olduğu ərazidə yerləşən bina bir sıra nüfuzlu şirkətlərə, o cümlədən maliyyə və hüquq xidməti şirkətlərinə, zərgərlik məmulatları istehsal edən məşhur şirkətlərə icarəyə verilib.

ARDNF Yaponiyanın paytaxtında da daşınmaz əmlaka sahibdir. Bu, paytaxt Tokio şəhərində yerləşən və dəyəri 52,3 milyard yapon yeni təşkil edən Kirarito Ginza ticarət obyektidir.

Kirarito Ginza Yaponiyanın ən məşhur ticarət ərazisi sayılan Ginza rayonunda, Çou avenüdə yerləşir. Binanın tikintisi 2014-cü ildə başa çatdırılıb və son dövrlər ərzində Ginza rayonunda tikilən ən dəyərli investisiya aktivlərindən biridir. Binanın ümumi sahəsi 15 647 kvadrat metr təşkil edir. Burada müxtəlif ticarət və iaşə brendləri, sağlamlıq və gözəllik mərkəzləri icarə əsasında fəaliyyət göstərir. 

Fondun səhmlərini aldığı ünlü şirkətlər...

ARDNF səhm bazarında əldə etdiyi aktivlərlə də ölkə iqtisadiyyatına ciddi töhfələr verir. Belə ki, təkcə ötən il Fondun ən çox səhmlərinə sahib olduğu 5 şirkətlə bağlı məlumat var. Təqdim edilən məlumatlara əsasən, ARDNF dünyanın ən böyük texnologiya şirkətlərinə olan investisiyanı artırıb. Ötən il səhmlər üzrə ümumi məbləğ 1 milyard 627 milyon dollar təşkil edib. Bunlar 

- “Apple” (496 milyon ABŞ dolları, 11,3%),

- “Microsoft” (438 milyon ABŞ dolları, 16,9%),

 - “Alfabet” / “Google” (258 milyon ABŞ dolları, 14,3),

 - “Amazon” (233 milyon ABŞ dolları, 18%)

 - “NVIDIA” (202 milyon ABŞ dolları, 13,4%) şirkətləridir.

Həmin səhmlərin ARDNF-nin kotirovka olunan səhm portfelindəki payı isə müvafiq olaraq 4,3%, 3,8%, 2,3%, 2,0% və 1,8% təşkil edib.

Bu ilin aprelində isə Azərbaycan Respublikasının Dövlət Neft Fondu dünya nəhəngi olan “Tesla” və “İntel” şirkətlərinin səhmlərinə investisiya yatırıb.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Dövlət Neft Fondundan bildirilib.

Qeyd edilib ki, ARDNF-nin səhm portfelinin tərkibində “Tesla”nın 84 milyon dollar, “İntel” şirkətinin isə 31 milyon dollar səhmləri mövcuddur. “Onların ARDNF-nin kotirovka olunan səhm portfelindəki payı 0,7 faiz və 0,2 faiz təşkil edir. Həmçinin onu da qeyd etmək istərdik ki, gələcəkdə də qeyd edilən “Tesla” və “İntel” şirkətlərinin və digər İT şirkətlərinin ARDNF-nin səhm portfelində olan çəkiləri “MSCI World” indeksinin tərkibinə uyğun şəkildə dəyişəcək”, - deyə Fondun agentliyə cavabında bildirilib.

Göründüyü kimi, ARDNF-nin investisiya siyasəti dünya fondları ilə müqayisədə daha çoxşaxəli və məhsuldardır. Bu isə onu düşünməyə əsas verir ki, gənc ölkə olmasına baxmayaraq, bu sahədə də Azərbaycanın yaratdığı model daha səmərəli və arzuolunandır.

Samirə SƏFƏROVA

Yazı ARDNF-nin yaradılmasının 25-ci ildönümü münasibətilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun makroiqtisadi sabitliyin təminatında və ölkə iqtisadiyyatının inkişafında rolu”mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur

 








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031