Hindistanlı milyarder dünyanı ŞOKA saldı - oğluna 600 milyon dollarlıq toy edib
Hindistanlı milyarder, iş adamı Mukeş Ambaninin 28 yaşlı oğlu Anant Ambaninin təmtəraqlı toy mərasimi dünya mediasında gündəm olub. xarici KİV-lərin yazdığına görə, Mumbay şəhərində baş tutan toya 600 milyon dollardan çox pul xərclənib.
Aylardır hazırlıqları gedən toya Hindistanın və dünyanın bir çox məşhur simaları qatılıb. Aişvayra Ray, “Calm Down” hit mahnısını ifa edən Afrobeats ulduzu Rema, Bill Qeyts, Mark Zukerberq, Mayk Tayson, Jan-Klod Van Damm, Nik Conas, Priyanka Çopra, Britaniyanın sabiq baş naziri Toni Bleyer ilə onun xanımı Çerri Bleyer və başqaları qonaqlar arasında yer alıb.
Mətləb