Baş nazirin arvadı 100 nəfərin hərəsindən bir neçə 10 milyon tələb edib ....
Artıq Ermənistanda Baş nazir Nikol Paşinyanın siyasi addımlarına qarşı zaman-zaman baş qaldıran etiraz tələbləri bu gün daha çox sahibkarların incidilməsi və onlardan qanunsuz pullar tələb olunması üzərinə daha kəskin xarakter almaqdadır. Erməni mediası bu gün daha bir qalmaqal barədə xəbərlər yayıb. “Aysor.am” saytı Baş nazirin xanımı Anna Akopyan barədə qalmaqallı məlumat dərc edib. Adıçəkilən sayt bu barədə “Sacred Struggle” Telegram kanalına istinadən yazır ki, A. Akopyanın “gözlənti-tələbi”ni yerinə yetirməkdən imtina edən iş adamları ciddi təzyiqlərə məruz qalırlar.
“Sacred Struggle” Telegram kanalının rəhbəri sayta bunları deyib: “Keçən gün (https://t.me/srbazan_payqar/1730) Paşinyanın həyat yoldaşı Anna Akopyanın iş adamlarından külli miqdarda pul tələb etməsi barədə məlumat vermişdik. Sonradan öyrəndik ki, Akopyan Ermənistanda fəaliyyət göstərən yüzdən çox müəssisənin hər birindən on milyonlarla dram tələb edib. Müraciət “Mənim Addımım” Fondunun xeyriyyə proqramlarına dəstək gözləməsi kimi formalaşdırılıb.
Daha sonra Anna Akopyan öz “gözləmə məktubu”nu dərc etməklə bizim məlumatımızı (https://t.me/srbazan_payqar/1819) təsdiqlədi. Bu gün öyrəndik ki, Anna Akopyanın “gözlənti-tələbi”ni yerinə yetirməkdən imtina edən iş adamları ciddi təzyiq altındadır. Xüsusilə Ermənistanın Dövlət Gəlirləri Komitəsi bu iş adamlarına məxsus müəssisələrdə məsul vəzifə tutan şəxslərin saxlanılması ilə müşayiət olunan irimiqyaslı aksiyalar keçirir.” Erməni mediası yazır ki, onsuz da müxalifət tərəfindən hücumlara məruz qalan N.Paşinyan, xanımın sahibkarlara qarşı bu qanunsuz davranışına görə də xeyli gərginlik yaşamalı olacaq.
Mətləb Salahov