KÖHNƏ VERSİYA            

Qərb-Gürcüstan münasibətləri gərginləşir - arada əzilən Ermənistan olacaq...

Image

Qərblə Gürcüstan arasında vəziyyət sürətlə gərginləşməkdə davam edir. Artıq bu fonda Avropa İttifaqı Gürcüstanın inteqrasiya prosesini dayandırıb. Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Qerçinski bildirib ki, bu, ölkədə genişmiqyaslı etirazlara baxmayaraq, Gürcüstan hakimiyyətinin “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul etməsindən sonra baş verib. 

Qerçinskinin sözlərinə görə, Aİ 2024-cü il üçün Gürcüstan hökumətinə 30 milyon avronun ayrılmasını da dondurub: “Və bu, yalnız ilk addımdır, Gürcüstan hökumətinə başqa yardımlar da azalacaq və biz bu birbaşa yardımı vətəndaş cəmiyyətinə və mediaya yönəltməyə çalışacağıq”.

“Xarici təsirin şəffaflığı haqqında” qanun və ya Gürcüstanda onun əleyhdarlarının “Rusiya qanunu” adlandırdığı sənəd xarici təsirin aparıcıları olan təşkilatların reyestrinin yaradılmasını nəzərdə tutur ki, burada illik büdcəsinin ən az 20 faizi xarici mənbələrdən maliyyələşən bütün QHT və KİV qeydiyyatdan keçməyə məcbur olacaq. Mayın sonunda Gürcüstan parlamenti prezidentin vetosunu aşaraq qanunu qəbul edib, iyunun 3-də isə sənədi parlamentin spikeri Şalva Papuaşvili imzalayıb. Qanunun müzakirəsi və qəbulu Tiflisdə kütləvi etiraz aksiyaları ilə müşayiət olunub. ABŞ qanunun qəbulunda iştirak edənlərə qarşı viza sanksiyalarının tətbiq edildiyini açıqlayıb. Viza məhdudiyyətlərinin ilk siyahısına hakim “Gürcü arzusu” partiyasının üzvləri, parlament üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və Gürcüstanın sadə vətəndaşları daxildir. Məhdudiyyətlər təkcə deputatlara və məmurlara deyil, onların ailə üzvlərinə də tətbiq olunur. Qeyd edək ki, ABŞ Konqresi qanunu gürcü xalqının hüquq və azadlıqlarını pozan başqa təşəbbüsləri geri götürməyəcəyi halda Gürcüstana sanksiyalar tətbiq edəcəyini bildirmişdi. Ştatlar bu ölkəyə münasibəti fundamental olaraq dəyişəcəyini gizlətməmişdi. “Gürcü Arzusu” partiyasının deputatı Beka Davituliyani bildirir ki, böyük genişlənmə dalğası reallaşdıqda, Gürcüstan mütləq onun bir hissəsinə çevriləcək: “Gürcüstan böyük genişlənmə dalğasının bir hissəsi olacaq. Təəssüf ki, hazırda heç bir böyük genişlənmə dalğası planlaşdırılmır. O dalğa reallaşanda Gürcüstan mütləq onun bir parçası olacaq, dünya siyasətində çox şeylər baş verir və bütün bunlardan sonra uyğunlaşma aydınlaşacaq. Ümid edirəm ki, zamanla bunu başa düşəcəklər və müvəqqəti ehtiraslardan, emosiyalardan qaçıb praqmatik düşünəcəklər. Dəhşətli heç nə yoxdur, müvəqqəti olaraq dayanacağıq və gələn ildən davam edəcəyik”. Gürcüstanın Aİ tərəfindən hərbi maliyyələşdirməsinin dayandırılmasına gəlincə, Davituliyani söyləyib ki, bu qərar təkcə ölkəsinə yox, həm də Qərbin maraqlarına ziyan vurur: “Son bir neçə ildə Gürcüstan eyni vaxtda öz maraqlarını qorumağa və Aİ-yə doğru irəliləməyə çalışır. Təəssüf ki, bəziləri bunun qarşısını almağa cəhd edir və Gürcüstanın öz maraqlarını qorumasını geri itələyir, Qərb institutları ilə münasibətlərin dərinləşməsinə mane olur. Bizim öz yolumuz var. İndi müdafiə büdcəsini kəsib, qəbul edilmiş qanunu bəhanə edərək həmin vəsaiti mülki sektora yönəltmək istəyirlər. Amma bu, qərarımızı dəyişməyəcək. Kimsə bunun yalnız Gürcüstan hökumətinə ziyan vurduğunu düşünürsə, yanılır. Bu, təkcə Gürcüstan hökumətinə yox, həm də Qərbin maraqlarına ziyan vurur. Bunu nə qədər tez başa düşsələr, bir o qədər yaxşıdır. Əminəm ki, gec-tez bunu anlayacaqlar”. Bir müddət öncə Gürcüstan parlamentin sədri Şalva Papuaşvili Qərbin sərt davranışı ilə bağlı belə münasibət bildirib: “Çox təəssüf ki, bu gün nə ABŞ, nə də bəzi Avropa ölkələri Gürcüstandakı təsirlərinin şəffaf olmasını istəyir”. Beləliklə, proseslərin gedişi Qərb və Gürcüstan arasında münasibətlərin gərginləşən xətt üzrə inkişaf etdiyini göstərir. Bundan narahat olanlardan biri isə Ermənistandır.

Ermənistanda hesab olunur ki, hadisələrin indiki inkişaf axarında Qərbin İrəvana dəstəyi çətin hala  gələcək. Polşalı politoloq Voytsex Quretski bunun səbəblərini belə izah edir: “Əgər Gürcüstan Qərbdən ayrılsa və ya başqa istiqamətdə getməyə başlasa, Qərbin Ermənistanı dəstəkləməsi çox çətin olacaq”. Onun sözlərinə görə, belə dəyişikliklər Qərbin Ermənistana çıxışının olmamasına gətirib çıxaracaq.
 Ekspert qeyd edib ki, hətta indiki zamanda Gürcüstan vasitəsilə bu əlaqəni saxlamaq o qədər də asan deyil: “Əgər Gürcüstan həqiqətən də xarici siyasət oriyentasiyasını dəyişsə, Ermənistana dəstək problemi çox mürəkkəbləşəcək. Qərbin Ermənistanı dəstəkləmək arzusu var, lakin texniki baxımdan bunu etmək çox çətin olacaq”.  Quretski vurğulayıb ki, Gürcüstanda bu cür dəyişikliklər Qərbdən silah tədarükünə mənfi təsir göstərə bilər. O əlavə edib ki, Gürcüstanda baş verən proseslər nəticədə Ermənistana Qərb silahlarının verilməsini çətinləşdirəcək. Gürcüstan məsələləri üzrə erməni ekspert Conni Melikyan da vəziyyətin çətinləşdiyini bildirir: “Mən dərin proseslər görmürəm, bəli, deyə bilərik ki, bəzi sanksiyalar Aİ tərəfindən Gürcüstana tətbiq olunacaq və artıq tətbiq edilir”. Onun sözlərinə görə, Gürcüstanın Müdafiə Nazirliyinə 30 milyonluq yardım dondurulub, ABŞ tərəfindən hərbi təlimlər dayandırılıb, rəsmilərə qarşı ABŞ bəzi viza sanksiyaları tətbiq edib, Aİ  bundan sonra da daha bir neçə addım atacaq: “Amma burada məsələ ondadır ki, bu gün anlaşma var. Bütün partiyalar başa düşürlər ki, oktyabrda Gürcüstanda seçkilər keçiriləcək və daha kəskin addımlar atmayacaqlar. Payızda Gürcüstanda keçiriləcək seçkilərin nəticələrindən çox şey asılıdır. Bütün bu proseslər Ermənistan üçün çox önəmlidir və aydındır ki, istər mənfi, istərsə də müsbət təsir bütün regionda vəziyyəti ciddi şəkildə dəyişə bilər”. 

İstənilən halda, Gürcüstanın Qərblə əlaqələri artıq çat verib və bu, regionda Ermənistana da təsir edəcək.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031