Şənbə günü, 19 iyul 2025
     

Ermənilər arasında "tarix çəkişməsi" qızışır - kilsə cəmiyyəti “zəhərləyə” bilməyəcək...

Image

Ermənilərin özlərindən uydurduqları saxta tarix hər zaman elə onların özlərinə çoxsaylı problemlər yaradıb. Çünki bu tarix başqalarına qarşı ərazi iddialarını, uydurulmuş mifləri əhatə edir. Halbuki, ermənilərin Qafqazda tarixi elə də qədim deyil. Tarixi faktlar da sübut edir ki, Azərbaycan ərazilərinə sonradan köçürülmüş ermənilər dünyanın iri dövlətlərinin maraqlarının həyata keçirilməsində vasitə kimi istifadə olunublar.

Hələ illər əvvəl erməni əsilli tarixçi, siyasi ekspert Filipp Ekozyants qeyd edib ki, tarixi hadisələri saxtalaşdırmaqla erməni xalqını real dünyadan kənarda saxlamağa çalışırlar və virtual dünyaya köçürmək istəyirlər. Buna sübut kimi o, qondarma "erməni soyqırımı" məsələsini göstərib. "Soyqırımı" anlayışının 20-ci əsrin 40-cı illərində ortaya çıxdığını bildirən tarixçi alim  qeyd edir ki, ermənilərin qondarma "soyqırımı" iddiası cəfəngiyatdan başqa bir şey deyil. Ekspert hesab edir ki, erməni xalqı illərdir "soyqırımı" xülyasına özü inanıb, digər xalqları da inandırmaq xətrinə dünyada veyillənir: "Bu mənada genosid sözü hərfi mənada bizimlə qovuşub. O, hər bir erməni ailəsinin üzvü olub, icazəsiz və çəkinmədən bizim qəlblərimizdə yuva salıb və bizim xalqın həyati şirələrini oradan sorur. Biz qapalı, qəzəbli, kinli olmuşuq və uydurduğumuz dünya ürəyincə olmayan hər kəsi məhv etməyə hazırıq". İlk mənbələr sübut edir ki, tarixi saxtalaşdıran ermənilərin və ermənipərəst müəlliflərin dəqiq mənbələrə söykənən dəlilləri olmadığı üçün cızma-qaralarının heç bir elmi əsası yoxdur. Aydın məsələdir ki, təcavüzkar erməni millətçiləri yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətini dünyada erməni birliyini bir arada tutmağa çalışan "erməni soyqırımı" pərdəsi arxasında gizlətməyə çalışıblar. Bütün bunlar fonunda Ermənistan hökuməti son iclasında "Erməni xalqının tarixi" məktəb fənni adının "Ermənistan tarixi" adı ilə əvəz olunmasına dair qətnamə qəbul edib. Baş nazir Nikol Paşinyanın sözlərinə görə, dərsliyin adı bu şəkildə dəyişdirilir ki, ictimai həyatın mərkəzində dövlət dayansın: "Mən "Erməni xalqının tarixi" ilə "Ermənistan tarixi" arasındakı fərqi necə görürəm? "Ermənistan tarixi" dövlətin, hətta mövcud olmadığı dövrlər də daxil, varlığı və inkişafının nəqlidir. Amma "Erməni xalqının tarixi" dövlətin mövcud olduğu dövrlər də daxil adamların tarixinin nəqlidir. Bu konseptual fərq mühüm əhəmiyyətə malikdir və bizim üçün əsas olanı dövlətin varlığı strategiyasıdır". Paşinyan bunu da deyib ki, bütün hərəkətlərdə "real Ermənistan" ideyası rəhbər tutulmalıdır və dövlətin maraqlarına zidd olan bütün yanaşmalar tədricən sıxışdırılmalı və nəticədə ləğv edilməlidir. Paşinyan izah edib ki, fənn adının dəyişdirilməsi diqqəti təkcə Ermənistan dövlətinin tarixinə deyil, həm də erməni xalqının tarixinə yönəldir. Baş nazir vurğulayıb ki, bu, etnik əsaslı yanaşmadan dövlət əsaslı yanaşmaya keçiddir: "Biz dövlətçiliyi, müstəqilliyi və suverenliyi strategiya və siyasətimizin mərkəzinə gətiririk. Mən deməliyəm ki, dövlət tamamilə başqa düşüncə, başqa mədəniyyət, başqa baxışdır və biz özümüzdə qüvvə tapıb etiraf etməliyik ki, bu düşüncə bizim üçün heç də hər yerdə və hər vaxt anlaşılan deyil". Paşinyan vurğulayıb ki, hökumət və dövlət strukturları bu istiqamətdə çox iş görməli, "emosional xalqdan dövlətçi xalqa" keçidi təmin etməlidirlər.

Qeyd edək ki, ötən fevralda təhsil naziri Janna Andreasyan parlamentdə müxalifətin bu mövzuda tənqidlərinə cavab olaraq maraqlı açıqlamalar vermişdi: "Biz Ermənistanda yaşayırıq və məktəblərimizdə Ermənistan tarixi tədris olunmalıdır". "Erməni tarixi" adının "Ermənistan tarixi" adı ilə əvəzlənməsi ideyasına görə əsas mübahisələr hakim "Vətəndaş müqaviləsi" fraksiyasının deputatları ilə müxalifət deputatları arasında gedir. Hakim partiya bəyan edir ki, "Ermənistan tarixi" adına qarşı çıxanlar Ermənistana qarşı çıxırlar. Müəyyən tarixçi dairələri, o cümlədən Elmlər Akademiyasının Tarix İnstitutu və Dövlət Universitetinin tarix fakültəsi təhsil nazirliyinin təşəbbüsünü o qədər də müsbət qarşılamayıb.Təhsil rəsmiləri vurğulayırlar ki, dərslik adının dəyişdirilməsi onun məzmununda ciddi dəyişikliklərə səbəb olmayacaq və söhbət yalnız tarixə yanaşmadan gedir. Bundan əvvəl isə Nikol Paşinyan "real Ermənistanla" "tarixi Ermənistan" arasında seçim etməyə çağırmışdı. Bu arada daha bir mühüm məsələ erməni kilsəsinin tarixin orta məktəblərdən çıxarılacağıdır. Erməni mediasının yazdığına görə, bütün ermənilərin katolikosu II Qaregin Xristian Təhsili Mərkəzinin regional rəsmilərini qəbul edib. Görüşdə "Erməni kilsəsinin tarixi" mövzusu da müzakirə olunub. Katolikos "Erməni kilsəsinin tarixi" fənninin tədrisinin vacibliyini tədbir iştirakçılarına çatdırıb. Amma katolikos təəssüflə bəyan edib ki, qarşıdan gələn tədris ilində ümumi təhsilin yeni dövlət standartının tətbiqi ilə "Erməni kilsəsinin tarixi" yalnız 9 və 11-ci  siniflərdə tədris olunacaq, 2026-cı ildən isə təhsil proqramından tamamilə çıxarılacaq. Bununla bağlı bütün ermənilərin katolikosu yeparxiyalarda erməni gənclərinin xristian təhsilinin gücləndirilməsinin vacibliyini qeyd edib.

Tahir TAĞIYEV



VİDEO

SON XƏBƏRLƏR

19.07.2025 / 21:15
Azərbaycan Rusiyanı beynəlxalq məhkəməyə verəcək...

19.07.2025 / 20:39
Prezident İlham Əliyev: "İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik"

19.07.2025 / 20:32
"Azərbaycan və Ermənistana razılığa gəlməkdə kömək etmək səylərinə görə Prezident Trampa minnətdarıq" - Prezident

19.07.2025 / 20:28
Azərbaycan Prezidenti qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı sualı cavablandırıb

19.07.2025 / 20:17
Prezident Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirdi

19.07.2025 / 20:10
Prezident İlham Əliyev Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadaladı

19.07.2025 / 19:59
"Cənubi Qafqaz sabit məkan olacaq" - Prezident İlham Əliyev

19.07.2025 / 19:56
Prezident Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqladı

19.07.2025 / 19:49
Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda iştirak edib - FOTO

19.07.2025 / 19:41
"Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır" - Prezident

19.07.2025 / 19:23
"Biz indi beynəlxalq səhnədə daha fəalıq" - Prezident

19.07.2025 / 19:15
Prezident: "İstəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı daha güclü, daha effektiv olsun"

19.07.2025 / 19:12
"Bizim Qələbəmiz göstərir ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır" - Prezident

19.07.2025 / 19:10
Bakı ilə İrəvanın arasında Paris özünü bu dəfə belə pərdələyir - "göz yaşları"...

19.07.2025 / 19:03
Azərbaycan Prezidenti: "ABŞ-la güclü tərəfdaşlıq münasibətlərinin dəstəkləndiyini görürük"

19.07.2025 / 18:40
"Bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir" - Prezident

19.07.2025 / 18:35
Ərdoğan Trampın “50 gün” hədəsindən Putini xilas etmək istəyir...

19.07.2025 / 18:28
Prezident İlham Əliyev: "Bizim etibarlı tərəfdaş imicimiz var"

19.07.2025 / 18:20
"Ermənistan Zəngəzur dəhlizi ilə bağlı prosesi bundan sonra da bloklasa, onun tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır" - Prezident

19.07.2025 / 18:06
AB Azərbaycan qazına möhtac... Rəsmi Brüssel isə bizə pislikdən əl çəkmir…

19.07.2025 / 18:01
Prezident: "Zəngəzur dəhlizinin potensialı ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndirilir"

19.07.2025 / 17:38
Azərbaycanın MDB İqtisadi Şura iclasından imtinasının ardınca maraqlı bəyanat səsləndi...

19.07.2025 / 17:36
"Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir" - Prezident

19.07.2025 / 17:24
Prezident İlham Əliyev: "Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb"

19.07.2025 / 17:09
Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı keçirilib - FOTO

19.07.2025 / 16:52
Yunus peyğəmbərdən sonra üçüncü Yunus... Yunus Oğuz - 65

19.07.2025 / 16:37
Bu gün 3-cü Şuşa Qlobal Media Forumu işə başlayır

19.07.2025 / 16:10
"Dünya liderləri Prezident İlham Əliyevdən çox şeyləri öyrənə bilər" - Rusiyalı politoloq

19.07.2025 / 15:33
Ermənilər Ağdamda qəbirlərdən protezləri də oğurlayıblar...

19.07.2025 / 14:16
Azərbaycan-Pakistan mövcud strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

19.07.2025 / 12:18
Milli Məclisdən Belçika parlamentinə sərt cavab - regionda yeni gərginlik ocağı yaratmağa çalışırlar...

19.07.2025 / 11:45
Prezident İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqlədi

19.07.2025 / 11:33
Azərbaycanda geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işlərində yeni koordinat sistemi tətbiq ediləcək - SƏRƏNCAM

19.07.2025 / 10:12
ŞOK - Özbəkistanda İŞİD-ə məxsus terror qruplaşması aşkar edildi!

19.07.2025 / 10:08
İrəvanda keçmiş deputat hakimiyyətin devrilməsinə çağırışa görə həbs edilib

19.07.2025 / 10:01
"Napoli" Vikter Osimhen üçün "Qalatasaray"a "HƏ" dedi

19.07.2025 / 09:53
Milli Məclis Belçika Nümayəndələr Palatasının qətnaməsinə kəskin etirazını bildirib

19.07.2025 / 09:27
Müəllimlər kimi həkimlər də "yazı-pozu" ilə hədsiz yükləniblər...

19.07.2025 / 08:42
Ət 1 manat da bahalaşdı....

18.07.2025 / 23:20
Bakı Kitab Mərkəzində “Tanımadığımız Konfutsi” adlı gecə keçirildi - FOTO

18.07.2025 / 22:32
İctimai Birlik sədri Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 22:18
“65 illik yubileyiniz mübarək olsun, ustad!” - Missiya TV-nin baş redaktorundan Aydın Quliyevə təbrik...

18.07.2025 / 21:51
Prezident İlham Əliyev İraq Prezidentinə başsağlığı verdi

18.07.2025 / 21:50
Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribatlar nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

18.07.2025 / 21:35
Ermənistanı elə Avropanın özü vurmağa hazırlaşır - Makron nə ilə fərqlənir?..

18.07.2025 / 21:23
65 İLLİK ÖMÜR YOLUNA DƏYƏR VERƏN İNSANA! - Milli İstiqlalçıların Aydın Quliyevə yubiley təbriki...

18.07.2025 / 21:20
31 tona yaxın qızıl almışıq - yığım, ya emal üçün?

18.07.2025 / 21:06
İmamoğlunun həbsindən sonra Türkiyənin iç siyasətində mümkün təmayüllər - sabitlik qalacaqmı?..

18.07.2025 / 20:53
Bakıdan Parisə sərt sillə - dünya mediası Azərbaycanın möhtəşəm uğuruna heyrandır...

18.07.2025 / 20:39
Avropa İttifaqı yeni SSRİ olmaq istəyir - Cənubi Qafqazda ilk olaraq Gürcüstanı əzəcək...

18.07.2025 / 20:26
Qonşularla müqayisədə iki rəqəm bizi geridə qoyur...

18.07.2025 / 20:14
Çin-Hindistan-Rusiya ittifaqı? - XİN-in yeni strategiyasında ən ağır maneə...

18.07.2025 / 20:00
Azərbaycanın çay ixracı azalır... Niyə?

18.07.2025 / 19:47
Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

18.07.2025 / 19:35
"Erməni kilsəsi İŞİD-dir, molla rejimi ilə bir addımlayır" - təhqirin biri "1 qəpik"…

18.07.2025 / 19:26
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Aydın Quliyevi təbrik etdi

18.07.2025 / 19:22
Suriyada Türkiyə-İsrail müharibəsi hər an başlaya bilər...

18.07.2025 / 19:09
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 19:04
Müəllimlər müəllimi Sabir Qurbanov - FOTO

18.07.2025 / 19:04
BMT-nin İqtisadi və Sosial şurasına üzvlüklə bağlı təlimlər keçirilir

18.07.2025 / 18:50
İsrailin Suriyanı vurması Azərbaycanın siyasətinə bəzi çətinliklər yaradır...

18.07.2025 / 18:46
Bakıda Türkiyə-Azərbaycan Qardaşlıq Forumu keçirildi

18.07.2025 / 18:31
Azərbaycan Türkmənistanın Transxəzər problemini həll edəcək...

18.07.2025 / 18:17
Dünyanın yaradıcı insanlarının bir qrupu “Azərbaycan” Nəşriyyatına toplaşdı - 150 illik işığın əhatəsi... - FOTO

18.07.2025 / 18:03
Ay Paşinyan, Şanxay təşkilatı hara, Avropa Birliyi hara?..

18.07.2025 / 17:49
İrəvanda “Arsax deyən son dilləri də kəsirlər”...

18.07.2025 / 17:36
İrəvan Moskvanı konyakla məst edə bilmədi, ancaq Kreml İrəvanı konyakla vurdu...

18.07.2025 / 17:23
Prezident İlham Əliyev Təzəbinə və Xanyurdu sakinlərinə - Biz burada əbədi yaşayacağıq, daha heç kim bizi bu yerlərdən çıxara bilməz

18.07.2025 / 17:05
"Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir" - Azərbaycan XİN

18.07.2025 / 16:51
Xadimələrə maşınını yudurdan məktəb direktoru işdən çıxarıldı

18.07.2025 / 16:36
Polis Maştağada əməliyyat keçirdi - 881 kq çətənə kolu yetişdirilən istixana aşkarlandı...

18.07.2025 / 15:55
Bakıda 12 min manatlıq oğurluq edən və avtomobil qaçıran şəxslər saxlandı

18.07.2025 / 15:43
Valideyn himayəsindən məhrum uşaqlar üçün yaradıcı və psixoloji inkişaf layihəsi

18.07.2025 / 15:40
Prezident Xocalının Xanyurdu kəndində olub, kəndə köçən bir qrup sakinlə görüşüb - FOTO/YENİLƏNDİ

18.07.2025 / 15:36
Azərbaycanlı olduğuna görə Ermənistanda girov saxlanılmış və işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verdi

18.07.2025 / 15:17
Latviya Rusiya ilə sərhəddə bomba sığınacaqları tikir...

18.07.2025 / 15:02
" Yeni Azərbaycan" TV-nin icraçı direktoru Murad Paşayevlə müsahibə - VİDEO

18.07.2025 / 14:33
Dövlət İnvestisiyalarının İdarəedilməsi İnformasiya Sistemi yaradılacaq

18.07.2025 / 14:23
Xocalı kərpic zavodunun açılışı oldu - FOTO

18.07.2025 / 14:20
Azərbaycan MDB İqtisadi Şurasının Moskvada keçiriləcək iclasında iştirakdan imtina etdi

18.07.2025 / 14:06
Bakıdan Naxçıvana avtobus reysləri bərpa olunur...

Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910