KÖHNƏ VERSİYA            

Azərbaycan-Pakistan əməkdaşlıq potensialı hələ tam işə düşməyib - Əliyev bunun üçün səfər etmişdi...

Image

Yeganə Hacıyeva: “Ənənəvi yanaşmalardan kənarda Azərbaycan ilə Pakistan arasında əməkdaşlıq yolları axtarılmalıdır”

İyulun 12-də İslamabadda Prezident İlham Əliyevin Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari ilə geniş tərkibdə görüşü olub.

Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib. Pakistanın və Azərbaycanın daim bir-birini dəstəkləməsi, xüsusilə torpaqlarımız otuz il ərzində işğal altında olduğu dövrdə Pakistanın ölkəmizə siyasi dəstəyi, Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etməsi, beynəlxalq hüququn prinsiplərini rəhbər tutması yüksək qiymətləndirilib.

Azərbaycan və Pakistanın gələcək əməkdaşlıq potensialı baxımından Əliyevin  bu səfəri necə dəyərləndirilə bilər?  

Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Pakistan və Azərbaycan arasında tarixən dostluq və qardaşlıq münasibətləri formalaşıb: “Hər iki ölkə mövcud olduqları regionda sabitlik, sülh və dayanıqlılığa xidmət edir. 44 günlük müharibədən sonra Azərbaycan regionda sülh və sabitliyin təminatçısı kimi çıxış etdi və bunu ortaya qoyduğu strategiya üzərində davam etdirməkdə maraqlıdır. Pakistan isə öz növbəsində Mərkəzi Asiyada dayanıqlı sülhə xidmət edən siyasət yürüdür və mövcud olduğu regionda terrorizmə ən az cəlb olunmuş ölkələrdəndir. Baxmayaraq ki, Əfqanıstanla oxşar və tarixi bağları olan xalqlara malikdir, amma  terrorizmin hansı ölkədə və hansı səviyyədə olması göz önündədir. Pakistan həm də Qarabağın 30 illik işğalı dövründə Azərbaycanın Qarabağ siyasətini dəstəkləyən ölkə idi. Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan iki ölkədən biridir. Buna paralel olaraq, bugünə qədər Ermənistanı dövlət olaraq tanımayan çox az ölkələrdəndir. 44 günlük müharibə dövründə Pakistanın Azərbaycana dəstəyinin arxasında çox böyük məram dururdu.

İqtisadi münasibətlərə gəldikdə isə, Pakistan Mərkəzi Asiyanın stabil və zəngin mədən resursları ilə bol ölkəsidir. Mərkəzi Asiya coğrafiyasında və Cənubi Qafqazda keçid yerdə yerləşən Pakistan və Azərbaycan Asiyadan Avropaya gedən yolda strateji mövqeyə malik ölkələrdir. Ümumilikdə, digər tərəfdaşımız olan Türkiyə ilə Asiya və Avropanın iqtisadi üçbucağında strateji bəndlərdir. Bu gün də bu əməkdaşlığın müxtəlif konfiqurasiyalarını görürük, amma əlbəttə ki, inkişaf etdiriləsi məqamlar var. Bilirik ki, digər sahələrdə olan əməkdaşlıqlar hərbi təşəbbüslərlə möhkəmləndirilməlidir. Hər iki tərəf bu istiqamətdə mesajlarını səsləndirib. Azərbaycan Kəşmir məsələsində Pakistanın haqq səsini dəstəkləyib. Mərkəzi Asiya regionunda müxtəlif əməkdaşlıq çərçivəsində Əfqanıstan-Pakistan sərhədində xoş təşəbbüslərimiz olub və bunu davam etdirmişik. Bu sadalananlar, ikili və üçlü əməkdaşlıqlar hərbi müttəfiqliyə də gətirməlidir. İqtisadi layihələrimizi hərbi əməkdaşlıqla müdafiə etmək üçün bunu dünyaya nümayiş etdirməliyik. Bunun üçün də ən yaxşısı hərbi əməkdaşlıq formatıdır. Müasir dövrdə hərb sahəsində texnoloji nailiyyətin və inkişafın yeni alətlərilə müasir hərb mədəniyyəti formalaşır. Bu zaman baxışlar da yenilənir. Ənənəvi yanaşmalardan kənarda Azərbaycan ilə Pakistan arasında əməkdaşlıq yolları axtarılmalıdır.

Tərəflər ordu üçün kadrların hazırlanması, hərbi texnika və silah təchizatçısı, eyni zamanda birgə müxtəlif hərbi təyinatlı proseslərin iştirakçısı kimi mühüm funksiyaları həyata keçirir. 

Bu əməkdaşlığın üçtərəfli formatda həyata keçirilməsinin region və dövlətlərimiz üçün xeyirli olacağına inanıram. İstər Pakistan, istərsə də Türkiyə yerləşdikləri regionlarda stabillik faktoru kimi çıxış etdikləri üçün regional və beynəlxalq proseslərdə ölkələrimiz arasında üst-üstə düşən baxışlar və maraqlar bu formatı iqtisadi baxımdan da çox cazibədar edir”.

Ekspertin sözlərinə görə, hər iki ölkə dinamik inkişaf mərhələsi keçən islam ölkəsidir və onlar üçün dünyanın ən müasir, ən modern islam ölkəsi olmaqla yanaşı, regionlararası, xüsusilə Avropaya enerji tranzitində təşəbbüsçü və iştirakçı ölkə kimi Azərbaycanla əməkdaşlıq imkanları çox önəmlidir: “Mənəvi olaraq, Pakistan Türkiyə və Azərbaycanın Şuşa bəyannaməsində paylaşdığı bütün məqamları, bütün dəyərləri mənəvi olaraq dəstəkləyir və bölüşür. 

Güclü hərbi əməkdaşlığın mövcudluğu və Şuşa bəyannaməsinə Pakistanın da qoşulması, əlbəttə, daha yaxşı olar. Hər üç ölkənin Yaxın Şərq, Mərkəzi Asiya və Cənubi Qafqazda olduqları regionda dayanıqlı inkişafa xidmət edən, təhlükəsizlik faktorunu təmin edən ölkələr olduğunu nəzərə alsaq, bundan ancaq dünya qazanır.

Məsələnin digər tərəfi isə odur ki, üç ölkənin əlaqələrinə münasibətdə çox böyük qısqanclıqlar ola bilər. Biri nüvə ölkəsi olan Pakistan, digəri hərbi imkanları çox yaxşı olan Türkiyə və üçüncüsü çox kiçik, amma iqtisadi nailiyyətləri çox böyük olan Azərbaycan.  

Azərbaycan Kəşmir məsələsində hər zaman Pakistanı dəstəkləyir. Bu, Azərbaycanın sadəcə dost, tarixən mənəvi bağlı olduğu Pakistanın qardaşlıq maraqlarını qorumaq istəməsi deyil. Bunun üçün beynəlxalq hüquqda əsaslar mövcuddur. İndi beynəlxalq münasibətlərdə elə bir dövrdür ki, regional ölkələrin maraqlarının qorunması ilə konfliktlər həll olunmalıdır. Kəşmir problemi mövcud olduğu coğrafiyada da Cənubi Qafqazda Dağlıq Qarabağ problemi kimi bölgədə siyasi proseslərə çox təsir edən əsas alətdir. Bu, yalnız Hindistan-Pakistan münasibətlərinə deyil, bu coğrafiyadakı bütün münasibətlərə təsir göstərir. Azərbaycanın bu məsələdə dəstəyi BMT səviyyəsində ola bilər, çünki beynəlxalq münasibətlərdə əsaslar mövcuddur”.

Məhəmmədəli QƏRİBLİ







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031