Rusiya bu ölkə ilə uzunmüddətli neft müqaviləsi imzalayacaq
Hindistanın dövlət neft emalı müəssisələri Moskva ilə Rusiyadan neft idxalına dair uzunmüddətli saziş üzrə birgə danışıqlar aparır. “Reuters” agentliyinin xəbərində deyilir ki, hazırda şərtlər tərəflər arasında müzakirə edilir. Hindistan və Rusiya tərəflərinin razılaşdıracağı məsələlər arasında, xüsusən, idxalın ödəniş valyutası da var.
Həmçinin Hindistanın özəl neft emalı şirkətləri “Nayara Energy and Reliance Industries” (RELI.NS) ilə artıq Rusiya neftinin idxalı üçün müddətli müqavilələr imzaladığı bildirilir. Xatırladaq ki, RELI.NS qismən Rusiyanın "Rosneft" neft şirkətinə məxsusdur.
Mətləb