"Bütün qələbə şansları itirilsə, mübarizəni dayandırmağa hazır olacağam" - Baydendən ŞOK AÇIQLAMA
ABŞ Prezidenti Cozef Bayden Vaşinqtonda NATO sammitindən sonra keçirilən mətbuat konfransında seçkidə iştirakı barədə danışıb. Hazırkı Ağ Ev sahibi bildirib ki, "bütün qələbə şansları itirilsə, yenidən seçilmək üçün mübarizəni dayandırmağa hazır olacağam, lakin sosioloqların apardıqları sorğular bunun əksini deyir."
ABŞ Prezidenti eyni zamanda bildirib ki, ABŞ-də seçki kampaniyası zamanı böyük dəyişikliklər baş verə bilər. “Bununla belə, mən ən yaxşı olduğuma inanıram və bilirəm ki, liderlik baxımından ən bacarıqlıyam. Lakin Trampı məğlub edə biləcək başqa insanlar da var”, - Bayden qeyd edib.
Mətləb Salahov