İstanbulda təhsildən kənar qalmış azərbaycanlı uşaqlar üçün 3 günlük seminar keçirildi... - VİDEO
Azərbaycan “Maarifçi Qadınlar” İB 7, 8 və 10 iyul 2024-cü il tarixlərində "Türkiyədə təhsildən kənar qalan azərbaycanlı məktəbyaşlı uşaqların təhsilə cəlb edilməsi" adlı layihəsinin icrası ilə bağlı "Azərbaycan Eğitim, Kültür ve Sosyal Dayanışma" təşkilatının binasında AR QHTA-nın maliyyə dəstəyi ilə Türkiyə Respublikasının İstanbul şəhərinin Bayrampaşa rayonunun Kocatepe, Eyüpsultan rayonunun Rami və Güngören rayonunun qəsəbələrində yaşayan azərbaycanlılar üçün maarifləndirici seminarlar keçirib.
Tədbirdə İstanbulda yaşayan valideynlər, təşkilat rəhbərləri, ziyalılar, tələbələr və müəllimlər, eyni zamanda "Maarifçi Qadınlar" İctimai Birliyinin sədri Ş. Məmmədova, layihə rəhbəri Aynur Misirova, İstanbul Azərbaycan Kültür Evi Dərnəyi başqanı Hikmət Elp və digər təşkilat rəhbərləri çıxış ediblər.
İradə Sarıyeva