KÖHNƏ VERSİYA            

Qərb Ukraynanı ərazi güzəştlərinə çağırır - Kiyev yarı yolda buraxıla bilər

Image

Dünya nizamında mühüm dəyişikliyə səbəb olan Rusiya-Ukrayna müharibəsinin hələ də yaxın tezlikdə sona çatması gözlənilmir. Hətta indiki halda NATO Ukraynada müharibənin daha 3-4 il davam edəcəyini proqnozlaşdırır, çünki Rusiya müharibə iqtisadiyyatında yaşamağa hazırdır.

Vaşinqtonda keçirilən NATO sammiti zamanı qurumun yüksək rütbəli rəsmisi deyib ki, Rusiya ən azı 3-4 il müharibə iqtisadiyyatında həyatı davam etdirə biləcək, ona görə də Ukraynanın müttəfiqləri uzunmüddətli perspektivdə Kiyevi nə ilə təmin etməli olacaqlarına diqqət yetirməlidirlər. Anonimlik şərti ilə danışan mənbə deyib: “Biz 2025-ci ildən sonra da Ukraynanı dəstəkləməyə hazır olmalıyıq. Biz hamımız çox yaxşı başa düşürük ki, bu, tezliklə bitəcək münaqişə deyil. Bu, illərlə diqqət mərkəzində olan səylər tələb edəcək”. Rusiyanın hökumətin iqtisadiyyatı müharibə vəziyyətinə gətirmək qərarını qəbul etmək qabiliyyətini qiymətləndirən NATO rəsmisi qeyd edib ki, uzunmüddətli nəticələr Rusiya iqtisadiyyatı üçün nəzərəçarpacaq və əhəmiyyətli olacaq. Ancaq hələlik Rusiya cəmiyyəti ona təklif olunan həyat tərzinə hazırdır. NATO-nun yüksək rütbəli rəsmisi qurumun Ukraynanı dəstəkləmək niyyətini də şərh edib. Xüsusilə, Almaniyanın Visbaden şəhərində komanda qərargahının yaradılmasını yüksək qiymətləndiib. Onun sözlərinə görə, bu, müdafiə və sənaye öhdəlikləri ilə yanaşı, Ukraynaya sabit dəstək mənbəyini təmin edir: “Bu, Ukraynanın ehtiyac duyduğu şeyi almasına və müəyyən məsuliyyət daşımasına əmin olmaq üçün bir koordinasiya mexanizmidir, çünki hamımız bilirik ki, vədlərin uzun bir siyahısı var və əslində döyüş meydanında görünənlər çox vaxt fərqlidir”. Amma maraqlıdır ki, məhz belə bir vaxtda ABŞ-ın və Britaniyanın Moskvadakı iki keçmiş səfiri Ukraynada onun 1991-ci il sərhədlərinə qayıdılmadan dərhal sülh təklif edib. “The Financial Times” qəzetində dərc olunmuş məktubda deyilir ki, ərazi güzəştləri Ukraynanın müstəqilliyi üçün “kiçik bədəl” olardı. Müraciətə Şərqi Avropa üzrə bir neçə ekspert də imza atıb. Məktub müəllifləri hesab edirlər ki, vəziyyətin ciddi eskalasiyası olmadan Rusiyanı Donbas və Krımdan çıxarmaq mümkün olmayacaq. Məktubda deyilir ki, əgər sülh hazırda Ukraynada yaranmış qüvvələr nisbəti əsasında qaçılmazdırsa, buna məhz indi nail olmamaq mənəviyyatsızlıq olardı: “Qərbin sülhün danışıqlar yolu ilə həllinə razılaşmaması belə bir inama əsaslanır ki, Ukraynanın tam qələbəsini təmin etmək mümkün olmasa, bu, Putinə sudan quru çıxmaq imkanı verəcək. Amma bu zaman müharibənin ən mühüm nəticəsi nəzərə alınmır: Ukrayna da, Finlandiya 1939-40-cı illərdə etdiyi kimi, öz müstəqilliyi uğrunda mübarizə aparıb və onu əldə edib. Bəzi ərazi güzəştləri reallıq üçün çox da baha olmayan qiymət kimi görünür, nəinki müstəqilliyin görüntüsü”.

Müəlliflər hesab edirlər ki, Vaşinqton Moskva ilə Rusiya və Ukraynanın maraqlarını nəzərə alan təhlükəsizlik müqaviləsi üçün danışıqlar aparmalıdır. Təklifə görə, danışıqlar Ukraynada atəşin müvəqqəti dayandırılması elan edildikdən sonra başlanmalıdır. Məktubu Birləşmiş Ştatların 1987-1991-ci illərdə Ronald Reyqan və ata Buş tərəfindən SSRİ-yə təyin edilmiş keçmiş səfiri Cek Metlok, Böyük Britaniyanın 2004-2008-ci illərdə Rusiyadakı səfiri Entoni Brenton, Lordlar Palatasının üzvü, sosioloq Robert Skidelski, britaniyalı jurnalist və politoloqlar - Anatol Liven, Riçard Sakva, Tomas Fazi, Britaniyanın iki keçmiş diplomatı - Kristofer Qrinvil və İen Praud imzalayıb. Elə Rusiya prezidenti Vladimir Putin də bu yaxınlarda demişdi ki, Moskva indi sülh üçün təkcə Krım, Donetsk və Luqansk vilayətlərini deyil, Zaporojye və Xerson vilayətlərini də tələb edir: “Ukrayna qoşunları Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərindən tamamilə çıxarılmalıdır. Kiyevdə belə bir qərara hazır olduqlarını, qoşunlarını bu bölgələrdən real şəkildə çıxarmağa başladıqlarını, həmçinin NATO-ya qoşulmaqdan imtina etdiklərini rəsmi bildirdikləri anda dərhal atəşin dayandırılması və danışıqlara başlamaq əmri veriləcək”. Putin, sülh müqaviləsinin şərtləri kimi, Krım da əlavə olunmaqla həmin dörd bölgəni Rusiyanın ilhaq etməsinin beynəlxalq səviyyədə tanınmasını, Ukraynanın neytral və nüvəsiz status almasını irəli sürüb. Sülh yolu ilə həll prosesində Qərb ölkələri, Rusiya prezidentinin fikrincə, Moskvaya qarşı tətbiq olunan bütün sanksiyaları ləğv etməlidir. Onun sözlərinə görə, bu, münaqişənin dondurulması deyil, onun yekunlaşması ilə bağlı təkliflərdir. Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Rusiya dövlət başçısı Vladimir Putinin açıqladığı şərtləri rədd edib. Podolyak deyib ki, Putinin səsləndirdiyi müddəalarda həqiqi dinc təkliflər, müharibəni bitirmək istəyi yoxdur: “Ancaq müharibənin bədəlini ödəməmək və yeni formatlarda davam etdirmək istəyi var”. Moskva hazırda Zaporojye və Xerson şəhərlərinə nəzarət etmir. Ukrayna onu da  dəfələrlə bəyan edib ki, Rusiya qoşunları onun 1991-ci il sərhədlərindən tamamilə çıxarılmalıdır. Hazırda görünən odur ki, Qərbdə Rusiya-Ukrayna savaşından yorğunluq var. Düzdür, NATO-ya üzv ölkələrin liderləri Vaşinqtonda keçirilən sammitdə 2025-ci ildə Ukraynaya 40 milyard avroluq hərbi yardım göstərmək barədə razılığa gəliblər. Amma belə yardımlar hissə-hissə verilir və daha çox Qərb şirkətlərinin varlanmasına xidmət edir. Bu səbəbdən Ukrayna üçün istənilən effekti vermir. 

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031