Azad edilmiş ərazilərə icazəsiz daxil olmaq istəyən 4 nəfər saxlandı
Ağdam və Tərtər Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində işğaldan azad edilmiş ərazilərə müvafiq icazəsi olmadan daxil olmaq istəyən 4 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Həmin şəxslər barəsində inzibati protokollar tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən onlar müvafiq qaydada məsuliyyətə cəlb olunublar.
ZÜMRÜD