Meşədə narkotik tərkibli bitkilər yetişdirən Lənkəran sakini saxlandı - FOTO
Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 38 yaşlı Anar Əhmədov Lənkəran Şəhər/Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, onun Haftoni Meşəbəyliyinin ərazisində xüsusi qulluq göstərərək yetişdirdiyi külli miqdarda 320 ədəd çətənə kolu aşkarlanaraq götürülüb. A.Əhmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
ZÜMRÜD