Hacıqabulda yük maşını aşıb, bir nəfər vəfat edib
Hacıqabulda yük maşınının aşması nəticəsində ölən və yaralananlar var. Hadisə Bakı-Qazax magistralının rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Kamaz” markalı yük maşını anidən idarəetməni itirərək yolun kənarına aşıb.
Qəza nətisəsində Bakı şəhər sakini 1977-ci il təvəllüdlü Məmmədov Samir hadisə yerində ölüb. Digər Bakı sakinləri – 1955-ci il təvəllüdlü Məmmədov Sahib Fərzəli oğlu, 1954-cü il təvəllüdlü Məmmədova Firuzə Əsəd qızı müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. F. Məmmədovanın vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Mətləb Salahov