NATO-dan Ukrayna qərarı - 40 milyard hərbi yardım ayrıldı!
NATO-ya üzv ölkələrin liderləri Vaşinqtonda keçirilən sammitdə 2025-ci ildə Ukraynaya 40 milyard avroluq hərbi yardım göstərmək barədə razılığa gəliblər. Bu barədə dövlət və hökumət başçılarının görüşünün yekun bəyannaməsində deyilir.
Orada qeyd olunub ki, NATO ölkələri bu gün Rusiyanı məğlub etməyə və gələcəkdə onu cilovlaya bilən qüvvə yaratmaqda Ukraynaya dəstək vermək əzmində olduqlarını bir daha təsdiqləyirlər.
Mətləb Salahov