Blinken almaniyalı həmkarı ilə Azərbaycanla Ermənistan arasında sülh sazişini müzakirə edibib
ABŞ dövlət katibi Antoni Blinken Almaniyanın xarici işlər naziri Annalena Berbokla Azərbaycanla Ermənistan arasında sülh sazişi istiqamətində əldə olunmuş irəliləyişi müzakirə edib. Dövlət Departamentinin rəsmi açıqlamasında deyilir ki, tərəflər razılaşmanın tez bir zamanda yekunlaşmasının vacibliyini vurğulayıblar. Vaşinqtonda NATO sammiti çərçivəsində keçirilən görüşdə həmçinin Ukraynaya dəstək məsələsi, Qəzzada atəşkəsin əldə olunması üçün səylər, Yaxın Şərqdə eskalasiyasının qarşısının alınması və İran məsələsi müzakirə edilib.
Mətləb Salahov