Ukraynanın Rusiyanın yeganə təyyarədaşıyan gəmisinə hücum cəhdi baş tutmadı – kəşfiyyatın ələ aldığı əsgər Ukraynanı ələ verdi...
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Murmanskda lövbər salmış “Admiral Kuznetsov” təyyarədaşıyan gəmisinə qarşı təxribat cəhdinin qarşısının alındığını açıqlayıb.
Açıqlamada, Ukrayna xüsusi xidmət orqanlarının bu məqsədlə əvvəllər gəmidə xidmət etmiş 2000-ci il təvəllüdlü əsgərlə təmas qurduğu, lakin həmin şəxsin bununla bağlı dərhal təhlükəsizlik qüvvələrini məlumatlandırdığı bildirilir.
Xidmət həmçinin bildirir ki, Moskvada üç yüksək rütbəli zabitə hücum cəhdinin də qarşısı alınıb.
TAHİR