KÖHNƏ VERSİYA            

Ermənistan ABŞ ordusunu ərazisinə buraxır - Kremlin qəzəbi artır...

Image

Ermənistan hakimiyyəti anti-Rusiya oyunları vasitəsilə Qərbdən şəxsi dividendlər almaq istəyir. Belə bir açıqlama ilə erməni politoloqu Suren Surenyants çıxış edib. O, amerikalı parlamentarilərin Ermənistana səfərini şərh edərkən bildirib ki, Rusiya bütün bu qəbildən olan halları qeydə alır. 

Xatırladaq ki, senator Rocer Uikerin başçılıq etdiyi ABŞ Konqresinin nümayəndə heyəti iyulun əvvəlində Ermənistana səfər edib. Ermənistan Milli Assambleyasında baş tutan görüşdən sonra erməni spiker və ABŞ konqresmenləri brifinq keçirərək “rus ayısı”nın təhlükəsi barədə xəbərdarlıq ediblər. Surenyantsın sözlərinə görə, parlamentdəki brifinq zamanı tərəflərin İrəvanla Vaşinqton arasında əməkdaşlığın müxtəlif aspektləri barədə danışacağı gözlənilirdi: “Ancaq biz gördük ki, Ermənistana gələn amerikalı tərəfdaşlar İrəvanın Rusiya əleyhinə bəyanatlarına diqqət yetirib, hələ bunlar azmış kimi, Azərbaycanı da Rusiya əleyhinə mövqe tutmağa çağırıblar”. Ekspertin sözlərinə görə, bu bəyanatların iki mənası var: “Birincisi, Ermənistanın subyektivliyi o qədər kiçikdir ki, xarici tərəfdaşlar da buna bənzər mənfur münasibət nümayiş etdirirlər. İkincisi, Ermənistan hakimiyyətinin Qərb siyasəti sırf anti-Rusiya xətti üzərində qurulub və amerikalı konqresmenlərlə görüşdə heç bir faydalı gündəm olmayıb. Baxmayaraq ki, inkişaf baxımından tərəflərin müzakirə edəcəyi çoxlu sahə var. Ancaq bizim hakimiyyət anti-Rusiya oyunları yolu ilə Brüssel və Vaşinqtondan dividendlər almağa qərar verdi və bunun ölkəyə, vətəndaşlara heç bir faydası olmayacaq. Qərblə bizim institusional əlaqələrimiz yoxdur. Məqsəd Ermənistan üçün dağıdıcı ola biləcək anti-Rusiya kursu vasitəsilə Vaşinqtonu və Brüsseli razı salmaqdır”.

Onun sözlərinə görə, hakimiyyət daim Avropaya inteqrasiyadan danışır, Aİ-yə daxil olmaq üçün referendum keçirmək istəyir. Halbuki, 2017-ci ildə imzalanmış Ermənistan-Avropa İttifaqı sazişi müddəalarının cəmi 40-45 faizi yerinə yetirilib. Elə rusiyalı ermənipərəst ekspert Stanislav Tarasov da bunlar fonunda İrəvanı hədələyir. Onun sözlərinə görə, proseslərə əsasən, Putinlə Paşinyanın münasibətlərində nəsə baş verib: “Rusiya Paşinyana etibar etməyi dayandırıb. Nə baş verdiyini deyə bilmərəm, təbii ki, səbəbin nə ola biləcəyini güman edirəm, amma açıqlaya bilmərəm, çünki sübutum yoxdur. Amma bir şey aydındır: iki ölkənin rəhbərliyi arasında yadlaşma var. Bizim bütün tənqidlərimiz ermənilərə deyil, konkret rəhbərlik və konkret baş nazirə qarşı yönəlib. Biz erməni xalqına mənfi münasibət göstərmirik: Rusiyada Ermənistandan daha çox erməni yaşayır, üstəlik Rusiya vətəndaşlığını almış ermənilər karyera qururlar, orduda xidmət edirlər, Ukraynada döyüşürlər. Şüuraltımızda belə onları ikinci dərəcəli insanlar hesab etmirik, onlar tamhüquqlu vətəndaşlardır. Bu səbəbdən Ermənistanda rusofobik bəyanatlar veriləndə biz təəccüblənirik”. Tarasov iddia edib ki, Paşinyanın hakimiyyətə gəlişi Rusiyanın səhvi idi: “Moskva Paşinyanın hakimiyyətə gələcəyini bilirdi, amma prosesin qarşısını almaq üçün heç nə etmədi. Biz bundan sonra nə olacağını bilirdik. Bir sözlə faciə”. Onun sözlərinə görə, Ermənistanda Ukrayna məsələsini çox şişirdirlər: “Deyirlər ki, Rusiya Ukrayna ilə məşğuldur. Bəli, məşğuldur, biz müharibədəyik və müharibədə ciddiyik, amma nə vaxt qalib gəlsək, fərqli olacağıq, onları narahat edən, qəzəbləndirən də budur. Biz artıq bir sıra postsovet dövlətlərinin məsuliyyətsiz bəyanatlarına dözməyəcəyik. Hamını narahat edən budur. Görün, Avropada nələr baş verir. Makron itirdi, Şolts uduzur, Bayden uduzur, İngiltərə böhranın astanasındadır. Bunu cəmi yarım il əvvəl təsəvvür edə bilərdinizmi? Ukraynanı bir kənara qoyun, görün nə hadisələr gedir”. 

Rusları narazı salan daha bir məqam odur ki, 15-24 iyul tarixlərində Ermənistanda ABŞ və erməni hərbçilərinin iştirakı ilə “Eagle Partner” hərbi təlimləri keçiriləcək. Analoji adda təlimlərin ilk hissəsi ötən ilin sentyabrında yenə Ermənistanda baş tutub. Özü də bunlar o fonda baş verir ki, İrəvan Rusiya, KTMT ilə birgə təlimlər keçirməkdən imtina edir. Amma ABŞ-la son bir il ərzində artıq ikinci təlim keçirilir. Budəfəki təlimlərdə Ermənistan silahlı qüvvələrinin sülhməramlı briqadası, ABŞ ordusunun Avropa və Afrikadakı hərbi qulluqçuları və Kanzas Milli Qvardiyası iştirak edəcək. Bildirilir ki, təlimin keçirilməsində məqsəd beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin koordinasiya səviyyəsinin yüksəldilməsi, idarəetmə və taktiki rabitə sahəsində təcrübə mübadiləsinin aparılması, döyüş hazırlığının artırılmasıdır. Ermənistanın ABŞ-la bu kimi əməkdaşlığı onu Rusiyadan daha bir addım uzaqlaşdırır. Onu da qeyd edək ki, ABŞ ilə Ermənistan arasında keçiriləcək təlimlər əvvəlcə Gürcüstanla nəzərdə tutulmuşdu. Amma Gürcüstanda baş verən hadisələr, rəsmi Tiflisin mövqeyi ona səbəb oldu ki, ABŞ həmin təlimləri Ermənistanla keçirməyə qərar verdi. Deməli, ABŞ istənilən vaxt Ermənistana öz istəyini diqtə edə bilir. Elə Rusiyanı da narazı salan budur və Kreml hadisələrin bu səpkidə inkişafına dözmək niyyətində deyil.

Ramil QULİYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031