KÖHNƏ VERSİYA            

Fransızdilli Frankofoniya forumunun strukturları da ermənilərin alətinə çevrilib...

Image

Akif Nağı: “Əli hər şeydən üzülən Fransa indi də heç bir gücü, heç bir səlahiyyəti olmayan “Frankofoniya” deyilən qondarma bir təşkilatın adından Azərbaycana qarşı əsassız qətnamə qəbul edib”

Dildə sülhdən danışsa da, normallaşma istəyini əldə bayraq etsə də, ölkəmizin ərazi bütövlüyünü tanıdığını rəsmən bəyan etsə də, məqsədi və niyyəti ilə bunun tam əksini göstərən Ermənistan tərəfi, bir qayda olaraq, Azərbaycanın ərazi bütövlüynə qarşı təxribatını davam etdirir, qondarma “erməni irsi” və “erməni qaçqın və köçkünləri” iddiasından əl çəkmir.

Bir müddət əvvəl “Ermənistan Respublikasının ərazi bütövlüyü və Dağlıq Qarabağ erməniləri haqqında” qətnamə qəbul edib. Erməni mediasının yaydığı məlumata görə, bu barədə Ermənistan Parlamentinin deputatı Arman Eqoyan Facebook səhifəsində yazıb.

Başdan-başa böhtandan ibarət olan bu kağız parçasında Azərbaycanın “işğalçı” kimi qələmə verilməsi doğrudan da absurddur. Yazırlar ki, 2023-cü il sentyabrın 19-da Qarabağdan guya 100 mindən çox erməni “məcburi köçkünə” çevrilib, guya Azərbaycan Ermənistanın “ərazi bütövlüyünü pozmaqda davam edir”. 

Frankofoniya Parlament Assambleyasının çıxardığı üzdəniraq kağız parçasında əks olunan uydurma fikirlərə baxanda açıq-aşkar bu qurumun erməni mafiyasının əlində alətə, kuklaya çevrildiyini görməyə bilmirsən. Burada “Azərbaycanı 

Ermənistanın öz sərhədləri daxilində suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə” çağıranlar unudurlar ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıyır və bu ölkəyə qarşı heç bir ərazi iddiası yoxdur, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası birbaşa konstitutsiyasında öz əksini tapır. Eyni zamanda Azərbaycan 2023-cü il sentyabrın 19-da Qarabağı işğal etməyib, öz ərazisini separatçılardan təmizləyib, torpaqlarında suverenliyini bərpa edib. Azərbaycan öz ərazisi olan Qarabağda yaşayan erməni əhalisinə qarşı heç bir etnik təmizləmə siyasəti aparmayıb, onlar özləri könüllü şəkildə bizim torpaqlardan çıxıb gediblər. Qarabağda erməni mədəni və dini irsi olmayıb ki, ona qarşı hansısa bir addım da atılsın. Birincisi, Azərbaycan heç zaman başqa xalqların dini və mədəni irsinə düşmən münasdibət bəsləmir, ikincisi,  əgər bizim ərazidə həqiqətən də erməni dini  və mədəni irsi olsaydı, biz, ermənilərdən fərqli olaraq, onları da qoruyardıq. Biz vandal xalq deyilik, vandalizmin ən ağrılı tərəflərini Ermənistan Azərbaycan ərazilərini işağlda saxladığı dövrdə sərgiləyib. Qarabağdan gedən ermənilərin isə “qaçqın və məcburi köçkün” kimi qələmə verilməsi başdan-başa absurddur. 

“Bu qətnamə Makronun növbəti sayıqlamasıdır” 

"Frankofoniya PA-nın strukturunun “Dağlıq Qarabağ erməniləri və Ermənistanın ərazi bütövlüyü ilə bağlı” qətnamə qəbul etməsinə münasibət bildirən Azad Vətən Partiyasının sədri  Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, “Frankofoniya” fransızdilli ölkələrin birliyidir və Fransa tərəfindən müstəmləkələri əlində saxlamaq məqsədilə yaradılıb. A.Nağı qeyd etdi ki, dünyada Fransadan başqa ikinci bir fransızdilli müstəqil dövlət yoxdur, vaxtilə Fransanın müstəmləkəsi olan dövlətlər fransız dilindən istifadə edirdilər. “Bu təşkilatın yaranması Fransanın müstəmləkəçilik maraqları ilə bağlı olub, bu da hazırda iflasa uğrayır, şəbəkələri də, bütün planları da dağılır. Ermənistanı da o təşkilata üzv ediblər. Absurd bir məsələdir ki, ermənilər fransızdilli olmadıqları halda, onları “Frankofoniya”ya üzv ediblər. Belə çıxır ki, bu, Fransanın mövqeyində dayananların bir ittifaqıdır, elə bir ciddi tərkibi də, ciddi təsir imkanları da yoxdur. Fransa bununla bacarıqsızlığını göstərir.  

Fransa ilə müqayisədə müasir Azərbaycan dövləti cavan olsa da, dövlətçilik tarixi baxımından  Azərbaycanın dövlətçilik ənənəsi  Fransadan minillərlə çoxdur. Yəni Fransa dövləti yeni eranın birinci minilliyində yaranıbsa, Azərbaycanda dövlətçilik eradan əvvəl III minillikdən formalaşıb. Amma XIX-XX əsrlər hadisələri gedişində respublika tipli dövlətlərin yaranması baxımından fransızlar  bir az bizdən qabaqdadırlar. Lakin bu gün də görsənir ki, qədim dövlətçilik ənənələrinə söykənən Azərbaycan Fransadan da, digərlərindən də öndədir. Fransa indi öz ətrafında kimlərisə cəmləşdirməyə çalışır, amma on illərdir heç nəyə nail ola bilmir. Ancaq azərbaycan az vaxt ərzində Qoşulmama Hərəkatı adlı bir qurumda liderə çevrildi, öz ətrafında böyük bir qüvvəni topladı. Azərbaycan bu gün COP29-a hazırlaşır, dünyanın bütün aparıcı dövlətləri Azərbaycanın ev sahibliyinə razılıq verib, məmnuniyyətlə bu prosesə qoşulublar. Yəni istənilən baxımdan Azərbaycan Fransadan üstündür. 

Frankofoniya Parlament Assambleyası “Qarabağın erməni əhalisi” ilə bağlı mənasız bir qurumdur və mənasız, məntiqsiz bir sənəd qəbul edib. Onlar Azərbaycanı əsassız ittiham etmək üçün bir məqam axtarırlar. 2023-cü ilin sentyabrında Azərbaycan öz qanuni haqlarını reallaşdırdı və ermənilərin də Azərbaycan vətəndaşları kimi yaşamasını tam şəkildə ortaya qoydu ki, hüquqları var yaşasınlar, amma Azərbaycan vətəndaşlığını, konstitutsiyasını, qanunlarını qəbul etsinlər. Azərbaycan öz ərazi bütövlüyünü müdafiə edib, öz süveren hüquqlarını bütün ərazilərində bərpa edib, burda heç bir qanunsuz bir hal yoxdur. Azərbaycana qanunsuz bir addım atsaydı beynəlxalq təşklilatlar, BMT Azərbaycana qarşı hansısa bir qərar qəbul edərdi. Heç bir qərar qəbul olunmadı. Fransanın təşəbbüsü ilə yüngülvari bir cəhd olundu, ancaq o da nəticə vermədi. Əli hər şeydən üzülən Fransa indi də heç bir gücü, heç bir səlahiyyəti olmayan “Frankofoniya” deyilən qondarma bir təşkilatın adından Azərbaycana qarşı əsassız qətnamə qəbul edib. Bununla onlar öz gücsüzlüklərini nümayiş etdirirlər, bu qətnamənin heç bir təsiri yoxdur, çünki reallığı əks etdirmir. Erməniləri güclə Qarabağdan heç kim çıxarmayıb, onlara qarşı heç bir deportasiya, etnik təmizləmə olmayıb. Bu gün süni şəkildə Azərbaycana qarşı bu məsələni qabartmağın heç bir mənası yoxdur və heç yerdə bu ciddi sənəd kimi qəbul olunmur. Heç bir dövlət, heç bir təşkilat onu ciddiyə alıb reaksiya vermir. Bu qətnamə Makronun növbəti sayıqlamasıdır.  Dünya da ona bu cür yanaşır”-deyə A.Nağı bildirdi. 

A.Nağı qeyd etdi ki, qətnamədə Azərbaycanla Ermənistanın bir-birinin ərazi bütövlüyünü qarşılıqlı tanıması, Almatı bəyannaməsinə əməl etmələri barədə çağırış absurddur, Fransanın bu məsələyə heç bir aidiyyəti yoxdur, onun fikrinə ehtiyac duyulmur.

A. Nağının sözlərinə görə, “Frankofoniya”nın adından çıxarılan bu qətnamədə əks olunanlar əslində Fransanın mövqeyidir, orda ondan başqa söz sahibi olan dövlət yoxdur. “Azərbaycanın Fransanın məsləhətinə heç bir ehtiyacı yoxdur. Ola bilsin, ermənilər yenə də ortaya bir vasitəçi atmağı planlaşdırır, amma vasitəçiyə ehtiyac yoxdur, Azərbaycan vasitəçisiz  danışıqların tərəfdarıdır. İşi elə qurub ki, danışıqlar tam şəkildə vasitəçisiz davam edir, Azərbaycan Ermənistana təkliflərini verir.  Ermənistan da özünü bir qədər şıltaq aparır, cavab verir, öz şərtlərini qoyur. Onsuz da müəyyən bir məqamda Azərbaycan istənilən vasitə ilə Ermənistana reallığa uyğun olan sülh sənədini qəbul etdirəcəkdi. Sadəcə, hələlik Azərbaycan Ermənistanın şıltaqlıqlarına səbrlə yanaşır. Eyni zamanda burada məqsəd odur ki, Ermənistanla birbaşa təmasları davam etdirməklə ermənilərin və Fransanın, eləcə də bəzi başqa dövlətlərin ssenarisini pozur. Çünki onlar vasitəçi donunda məsələyə müdaxilə etmək istəyirlər. Bilirsiz ki, Minsk qrupu, həmsədrlərlə bağlı Ermənistan da, Fransa da, başqaları da Azərbaycana qarşı kampaniya apardılar, nəticəyə nail ola bilmədilər. Yenə də ölmüş Minsk qrupunu diriltməyə cəhd edirlər, ancaq cəhdlərin mənası yoxdur. 

Bunların qəbul etdiyi bu qətnaməni Azərbaycanın siyasətinə təsir etmək cəhdi kimi də dəyərləndirmək olar. Bu mənasız qurum Azərbaycana təsir etmək məqsədi güdür. Amma mənasızdır. Sözümüz odur ki, Fransa bu cür mənasız hərəkətləri ilə özünü daha da nüfuzdan salır və danışıqlar prosesini Azərbaycan müəyyənləşdirir, proses Azərbaycanın cızdığı yol xəritəsi ilə gedir. Bu mənasız təşəbbüslərin heç bir əhəmiyyəti və danışıqlara təsir imkanı yoxdur”-deyə A.Nağı bildirdi. 

İradə SARIYEVA 







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Mədəniyyət Nazirliyi Yasamalda bu fakta görə niyə cinayət işi başlatmadı?..

AŞPA-da Azərbaycanın 10 düşmənindən biri Jurnalistləri Müdafiə Komitəsi imiş...

21 yaşlılara silah hüququ tanımaq kimlərinsə "silah biznesinə" dəstəkdən başqa bir şey deyil...

SON XƏBƏRLƏR

25.01.2025 | 00:39
“Trampın 2020-ci ildəki qələbəsi “oğurlanmasaydı” Ukraynada böhran baş verməzdi” - Putin

24.01.2025 | 22:40
VULKAN EVLƏNMƏK İSTƏYƏNDƏ DELFİNLƏRİ ELÇİ GÖNDƏRİR?

24.01.2025 | 21:18
Makron Əlcəzairdən üzr istəmək əvəzinə bu ölkənin vətəndaşlarını həbs etdirir...

24.01.2025 | 21:02
Rusiya 800 min əsgər itirib - Tramp şok rəqəm açıqladı...

24.01.2025 | 20:47
Silahın haraya göndərilməsi də dövlət sirri sayılacaq - pərdəarxası incə mətləb...

24.01.2025 | 20:33
Delimitasiyanın ən mürəkkəb mərhələsi başlanır - Ermənistan gərginliyi toqquşmaya çevirə bilər...

24.01.2025 | 20:18
Tramp İranla münasibətləri bir nəfərə tapşırdı - Tehran Zəngəzur dəhlizinin açılmasına razılıq verə bilər...

24.01.2025 | 20:04
Cinayətkarlıqla mübarizə üzrə Koordinasiya Şurasının rəhbəri dəyişdirildi...

24.01.2025 | 19:51
Avropanın qaz dilemması dərinləşir, ABŞ sıxır - Azərbaycan güclənir...

24.01.2025 | 19:39
Həyatına dəyər verən adam bu dietoloqun qrupuna qoşulmaz...

24.01.2025 | 19:25
Ermənistan bu il KTMT-dən rəsmi çıxacaq...

24.01.2025 | 19:12
İqtisadi tərəqqidə sahibkarların yeri və rolu artır...

24.01.2025 | 18:58
Ermənistanın eyni anda Aİ və Aİİ-yə üzvlüyü Mirzoyanla Lavrovu üz-üzə qoydu...

24.01.2025 | 18:45
Bakıda mühakimə edilən Vardanyanın vəkili bu yalanlarla onu daha ağır duruma salır...

24.01.2025 | 18:31
Mədəniyyət Nazirliyi Yasamalda bu fakta görə niyə cinayət işi başlatmadı?..

24.01.2025 | 18:17
Paşinyan Davosda etiraf etdi - Azərbaycan regional gücdür...

24.01.2025 | 18:04
Rusiya və İran sanksiyalarına görə Ermənistanın iqtisadi vəziyyəti ağırlaşacaq...

24.01.2025 | 17:50
Trampın yeni sülh formulu... OPEK-i neft qiymətlərini aşağı salmağa çağırdı – Ukraynada müharibə dərhal bitəcək...

24.01.2025 | 17:44
“Putin Trampla danışıqlara hazırdır, siqnal gözləyirik" - Kreml

24.01.2025 | 17:37
Azərbaycan alimlərinin elmmetrik bazası tələblərə cavab vermir... - MÜSAHİBƏ

24.01.2025 | 17:24
İrəvandan Moskvaya qarşı daha bir gediş - rus sərhədçiləri ABŞ-ın köməyi ilə Ermənistandan çıxarılacaq...

24.01.2025 | 17:17
AŞPA-da Azərbaycanın 10 düşmənindən biri Jurnalistləri Müdafiə Komitəsi imiş...

24.01.2025 | 17:05
Azərbaycanlılara 21 yaşda silah almaq hüququ verildi...

24.01.2025 | 17:02
Xeyirxah əməllər sahibi

24.01.2025 | 16:53
Dövlәt Ehtiyatları Agentliyinin vergidәn yayındığı ortaya çıxdı...

24.01.2025 | 16:45
“Dünya İqtisadi Forumu dünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir” - Vüqar Rəhimzadə

24.01.2025 | 16:32
Zəlimxan Yaqubun 75 illik yubileyi qeyd olundu

24.01.2025 | 16:25
Ermənistan KTMT-yə dönmək niyyətində olmadığını bəyan etdi – Moskvaya mesaj...

24.01.2025 | 16:17
"Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılmasında nəzərəçarpan irəliləyiş əldə edilib" - Nazir

24.01.2025 | 16:08
Rusiyadan Trampa çağırış – Baydenin Ukrayna səhvlərini düzəldin...

24.01.2025 | 16:05
QƏDİM TƏBABƏTƏ AİD ƏLYAZMALAR NƏŞR OLUNUR

24.01.2025 | 15:58
Dalğıclar dənizdə batma təhlükəsi ilə üzləşən şəxsi belə xilas etdi - VİDEO

24.01.2025 | 15:43
Dələduzluqda təqsirləndirilən şirkət rəhbəri məhkəmədə qandallandı...

24.01.2025 | 15:40
“Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu - FOTO

24.01.2025 | 15:27
Davos Forumu - imkanlarımızı nümayiş etdirmək üçün qlobal əməkdaşlıq platforması

24.01.2025 | 15:26
Vilayət Eyvazov: "Əldə edilmiş müsbət nəticələr Daxili İşlər Nazirliyinin əməkdaşlarını arxayınlaşdırmır"... - FOTO

24.01.2025 | 15:24
"Ötən il İnterpol vasitəsilə axtarışa verilən 118 şəxsin yeri müəyyən olunub" - DİN

24.01.2025 | 15:10
Qəhrəmanlar unudulmur - FOTO

24.01.2025 | 15:00
Minimum əmək haqqı artdı: fərdi sahibkarlar nə qədər sosial haqqlar ödəyəcəklər? - Deputat açıqladı...

24.01.2025 | 14:47
"Aqroservis"in bölmə direktoru həbs olundu...

24.01.2025 | 14:30
Aktauda təyyarə qəzası ilə bağlı istintaqın ilkin nəticələri gələn həftə açıqlana bilər...

24.01.2025 | 14:21
Zərdabda narkokuryerlik edən şəxs saxlandı

24.01.2025 | 14:00
"Fransa hakimiyyəti Kanak xalqının dinc etirazlarını zorakılıqla yatırdı..." - BTQ

24.01.2025 | 14:00
Təyyarə qəzasında xəsarət alanlardan müalicəsi davam etdirilir, 1 nəfərin vəziyyəti ağır stabildir - BİRGƏ MƏLUMAT

24.01.2025 | 13:44
Saatlıda narkotikin təsiri altında avtomobil idarə edən 2 sürücü saxlandı

24.01.2025 | 13:30
"Qəzaya uğrayan AZAL təyyarəsinin ekipajının danışıqlarından “sızmış” məlumatlar “qara qutular”dakılarla uyğun gəlmir" - Kanat Bozumbayev

24.01.2025 | 13:18
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunlarının komandanı ilə görüşdü

24.01.2025 | 13:10
Трамп поставил ультиматум Путину - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

24.01.2025 | 13:05
Bakıda moped və motosiklet oğurlayan şəxslər saxlandı

24.01.2025 | 12:57
Tramp daha bir müddətə ABŞ prezidenti ola bilər - konstitusiyada dəyişiklik təklif edildi...

24.01.2025 | 12:43
Bu xəstəxanalara göndərişsiz, sığorta ilə müraciət etmək olacaq...

24.01.2025 | 12:42
Bakıda oğurluq edən 2 keçmiş məhkum tutuldu

24.01.2025 | 12:30
Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə aktivliyi səngimir - VİDEO

24.01.2025 | 12:14
Qaradağda oğurluq edən şəxslər saxlandı

24.01.2025 | 12:00
Rusiyadan Kiyevə kütləvi PUA hücumu - 3 nəfər həlak olub

24.01.2025 | 11:48
Astarada 9 kiloqram narkotik dövriyyədən çıxarıldı

24.01.2025 | 11:30
İstanbulda mikroavtobus aşıb, 3 nəfər ölüb

24.01.2025 | 11:20
Bu qəsəbədə 2 əl qumbarası və partladıcılar tapıldı

24.01.2025 | 11:10
Nazirlik əməkdaşları özəl klinikada müqavimətlə üzləşdi- AÇIQLAMA

24.01.2025 | 11:05
Bir gündə 70 cinayətin üstü açılıb

24.01.2025 | 11:03
Lavrov - Mirzoyan dueli nə ilə bitdi? Qəribə oyunlar! - CANLI

24.01.2025 | 11:00
"Qarabağ" uduzdu, UEFA reytinqində mövqeyimiz dəyişmədi...

24.01.2025 | 10:30
Qazaxıstanda 4 terrorçu yaxalandı

24.01.2025 | 10:15
Tramp İrana "ilişdi" - "bu proses dünyanı fəlakətə sürükləyəcək"

24.01.2025 | 10:10
3 qızı öldürən şəxsə 52 il cəza verildi - Britaniya məhkəməsindən QƏRAR!

24.01.2025 | 10:05
Terror hücumu nəticəsində bir türk əsgəri şəhid olub

24.01.2025 | 10:00
Mərkəzi Kəşfiyyat İdarəsinə yeni direktor təyin edildi

24.01.2025 | 09:42
21 yaşlılara silah hüququ tanımaq kimlərinsə "silah biznesinə" dəstəkdən başqa bir şey deyil...

24.01.2025 | 09:30
Şimali Koreya Rusiyaya əlavə qoşunlar göndərir - kəşfiyyat AÇIQLAMASI

24.01.2025 | 09:25
"TələbəPlus"dan sonra "TəhsilPlus" da gəldi - nə faydası olacaq...

24.01.2025 | 09:20
Bakıda kiberdələduzluq edən "şirkət rəhbəri" yaxalanıb

24.01.2025 | 09:10
Türkiyədə qalmaqallı menecer saxlanıldı

24.01.2025 | 09:05
Con Kennedinin qətli ilə bağlı məxfi materiallar yayımlanacaq - Tramp göstəriş verdi!

24.01.2025 | 09:00
Marko Rubio və Hakan Fidan Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə ediblər

24.01.2025 | 08:37
Aliment fondu yaradılır - boşanmalara son, ya təkan?

23.01.2025 | 21:22
Saxta erməni tarixinin izlərini qədim Babilistan yazılarına aparıb çıxardılar...

23.01.2025 | 21:07
Baydenlə Blinkenin “907-ci nankorluğu” ABŞ xristianlarının diqqətində...

23.01.2025 | 20:52
Paşinyan Bakıda məhkəməsi gedən erməniləri şok fikirlərlə müdafiə etdi...

23.01.2025 | 20:39
"Zəngəzur dəhlizi ABŞ-a verilir" - iddia...

23.01.2025 | 20:25
Qərbi azərbaycanlı şəhidlər Xocalı soyqırımından sonra cəbhəyə könüllü getdi - Hicran Zülfiyev...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031