KÖHNƏ VERSİYA            

Avropa xristian kilsələri olmayan “Arsax erməni irsinin” müdafiəsinə qalxdı...

Image

Qasım Hacıyev: “Avropa dövlətləri Türk Dövlətləri Təşkilatına üzv ölkələrin imzaladığı “Qarabağ Bəyananməsi”ni həzm edə bilmir və kilsə təşkilatlarından istifadə edib Azərbaycana iftira atırlar”  

Uzun əsrlərdir fəaliyyəti təxribatdan, terrordan, düşmənçilik toxumu əkməkdən və bölücülükdən ibarət olan erməni Qriqoryan kilsəsi öz yalanlarına, uydurmalarına dünyadakı başqa xristian kilsə təşkilatlarını da ortaq etməkdə davam edir. Qarabağda “erməni xristian irsi”nin olduğuna dair mifə Avropanın kilsə məclislərini də inandırmağa çalışan erməni kilsəsi əslində onları öz qondarma iddiasına alət edir.   

Erməni mətbuatının yazdığına görə, bu günlərdə Avropadakı xristian kilsələrinin əksəriyyətini birləşdirən ekumenik təşkilat olan Avropa Kilsələri Konfransının təşkilatçılığı ilə İspaniyada “Dağlıq Qarabağın xristian abidələrinin qorunması” müzakirə olunub (?). 

Sözügedən tədbirdə erməni din xadimi yalan-yamalaq fikirlər söyləyib, Qarabağda olmayan “erməni mənəvi-tarixi irsinin” “məhv” edildiyini deyib. O, qalan “ziyarətgahların qorunmasının”, eləcə də Qarabağdan olan “məcburi köçkünlərin” “qanuni hüquqlarının” bərpasının zəruriliyi ilə bağlı məsələ qaldırıb.

Guya Qarabağda “erməni mədəni-tarixi irsi” “təhlükədədir”. O, “faktların” toplanması üçün ora UNESCO-nun missiyasının göndərilməsinin vacibliyini vurğulayıb.

UNESCO olmayan bir irs haqqında nə toplaya bilər ki? Azərbaycan dövləti heç zaman ölkədəki xristian irsinə qarşı məhvetmə siyasəti aparmayıb, əksinə, kilsələri, dini məbədləri restavrasiya edib, qoruyub, onların müdafiəsini həyata keçirib. Biz erməni kilsəsini də Bakının mərkəzində saxlayırıq, qoruyuruq. Azərbaycan xristian irsinin düşməni olsaydı, ölkəmizdə bir dənə də olsun xristian izi qalmazdı. Amma bütün dünya görür ki, Azərbaycanda xristian irsi hansı səviyyədə, hansı qayğı ilə qorunur. Qarabağda hansısa erməni irsi axtarışına gəlincə, məlum, orda heç bir erməni irsi yoxdur, olmayıb da. Oradakı xristian irsi alban-xristian irsidir ki, vaxtilə ermənilər o irsi mənimsəyib, bu gün isə o irs əsl sahibinin himayəsindədir, Azərbaycan dövləti xristian irsinin qayğısına lazımı səviyyədə qalır. Ermənilərin də, Avropadakı xristian təşkilatlarının da narahatlığına əsas yoxdur. “Məcburi köçkün və qaçqınlara” gəlincə, onları heç kəs Qarabağdan qovmayıb, öz havadarlarının əmri ilə Qarabağı könüllü şəkildə tərk ediblər. Bunu özündə əks etdirən minlərlə videogörüntü var. O ki qaldı ermənilərin geri qayıtmaq istəyinə, onlar Azərbaycan vətəndaşı kimi Azərbaycan qanunlarına tabe şəkildə gəlib yaşaya bilərlər, bunun əksi mümkün deyil. Erməni toruna düşən məlum xristian təşkilatları din adı arxasında gizlənməkdənsə, araşdırıb gerçəkləri ortaya çıxarslar yaxşı olar...

“...Avropa Kilsələri Konfransının təşkilatçılığı ilə İspaniyada belə bir qondarma tədbirin keçirilməsi təxribat xarakteri daşıyır” 

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz Tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Avropanın xristian dövlətinin təsiri altında olan bu kilsə təşkilatları hər zaman müsəlman, türk dünyasına qarşı düşmənçilik edib, amma indiyə qədər heç zaman müsəlman dünyası xristianlığa qarşı ədavət və revanşizm siyasəti aparmayıb. Q. Hacıyevin sözlərinə görə, orta əsrlərdə müsəlman dünyasına, müsəlmanlığa qarşı mübarizə adı altında türk dünyasının, türklərin inkişafının, irəliləyişinin qarşısını almaq üçün Avropa dövlətləri birləşib “xaç yürüşləri” həyata keçirib, bunun nəticəsində özləri də çox ziyan çəkib. “İndi də məqam düşdükcə yenə o yolu gedirlər, “xristianların müdafiəsi”, “xristian irsinin qorunması” adı altında bu cür təxribatçı yığıncaqlar keçirir, türklərin, müsəlmanların əleyhinə qərarlar qəbul edirlər. Əslində, heç də məqsəd “xristian irsinin müdafiəsi” deyil, çünki dünyanın heç yerində xristian irsinə qarşı təhlükə yoxdur. Qarabağdakı xristian irsinə gəlincə, o tədbiri keçirənlər də yaxşı bilirlər ki, bizim ərazilərdə erməni irsi yoxdur, buradakı xristian irsi, xristianlıq dövrü abidələri albanlara aiddir. Onların məqsədi türk birliyinin güclənməsinin qarşısını almaq, Türk Dövlətləri Təşkilatının günü-gündən genişlənən uğurlu fəaliyyətini ləngitməkdir.

İspaniyada keçirilən təxribatçı tədbir  Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü ilə təxminən eyni vaxta təsadüf edir. Zirvədə qəbul edilən “Qarabağ Bəyannaməsi”, İspaniya başda olmaqla, Avropa dövlətlərinin hamsını ciddi narahat edir. Ermənilərin və havadarlarının  Avropadakı xristian kilsələrinin əksəriyyətini birləşdirən ekumenik təşkilat olan Avropa Kilsələri Konfransının təşkilatçılığı ilə İspaniyada belə bir qondarma tədbirin keçirilməsi təxribat xarakteri daşıyır. Qarabağda erməni irsinin olduğunu iddia etməyin özü absurddur. Azərbaycan öz ərazilərində olan bütün abidələrin bərpası ilə məşğul olur. Bərpa edilən abidələr erməni vandallığına məruz qalan abidələrdir. O irs “erməni irsi” olsaydı ermənilər onları məhv edərdimi, dağıdardımı? Əlbəttə, yox. 

Düşünürəm ki, İspaniyada başlayan bu təxribatçı tədbirin davamı başqa Avropa ölkələrində də ola bilər. Dediyim kimi, Avropa dövlətləri Türk Dövlətləri Təşkilatına üzv ölkələrin imzaladığı “Qarabağ Bəyannaməsi”ni həzm edə bilmir və kilsə təşkilatlarından istifadə edib Azərbaycana iftira atırlar”-deyə bildirən Q.Hacıyevin sözlərinə görə, dünyanın tərəqqipərvər xalqları və dövlətləri mədəni əlaqələr qurur, iqtisadi münasibətlərini inkişaf etdirir, başqa əlaqələri genişləndirir, ermənilər və Qərb dövlətləri isə imkan tapan kimi qondarma erməni irsi məsələsini ortaya atırlar, Azərbaycana qarşı şər-böhtan kampaniyası aparırlar.  “Əgər Azərbaycandakı xristian irsini görmək istəyirlərsə, hər zaman gəlib turist kimi ziyarət edib gedə bilər. Amma gəlmirlər, çünki bir nöqsan tapa bilməyəcəklərini bilirlər, ona görə də uzaqdan-uzağa bu cür hərəkətlər edirlər. 

Bir məqamı da deyim ki, erməniləri müdafiə edən, “erməni irsinin qayğısına qalan” Qərb dövlətləri, onların şirkətləri ərazilərimiz işğalda olduğu dövrlərdə bizim mədənlərimizi istismar edirdilər, təbii sərvətlərimizi talayıb daşıyırdılar, meşələrimizi, nadir ağaclarımızı qırırdılar. İndi bunların hamısı onların əlindən çıxıb, talançılıqlarına son qoyulub. Əlbəttə, buna görə də, onlar başqa üsullarla bizə zərbə vurmaq istəyirlər. Bu baxımdan, İspaniyanın da bizə qarşı hərəkəti başadüşüləndir. Bilirsiz ki, vaxtilə Çindən tutmuş İspaniyaya qədər islam dini yayılmışdı, o xalqlar müsəlmanlığı qəbul etmişdilər. Amma sonradan Avropa dövlətlərinin təkidi ilə xristianlığın o dövlətlərin daxilində genişləndirilməsi müsəlmanlığa qarşı ədavətin baş qaldırmasına səbəb olub. 

Qarabağ işğalda olan dövrdə o dövlətlər bizim torpaqlardan öz iqtisadi maraqlarını təmin edirdilər, amma ərazilərimizin işğaldan azad edilməsi onların iqtisadi maraqlarının təmin olunmasının qarşısını aldı. Həm bu amil, həm də müsəlman və türk dünyasına qarşı qanlarında olan ədavət onları belə yersiz, absurd qərarlar qəbul etməyə vadar edir. Siz xristian dövlətləri kimi xristian abidələrinin dərdini çəkirsinizə elə birinci UNESCO xətti ilə Ermənistana səfər edib ordakı abidələrin vəziyyətinə baxın, ermənilərin Qarabağda xristain və müsəlman abidələrinə qarşı törətdikləri vandalizmi   görün, sonra danışın. Dünya xalqları özlərini inkişaf etdirəndə ispanlar piratlıqla məşğul olub ticarət gəmilərini soymaqla özlərinə iqtisadi imkan yaradıblar, tarixlər boyu onunla məşğul olublar. İndi durub ordan bura “Arsax ərazisi” və onun “abidələri” haqda qondarma bəyanatlar verməyə haqları yoxdur. Gedib tarixdən dərslərini götürsünlər,  İspaniyada oturub Azərbaycan dövlətinin və xalqının mənafelərinə qarşı çıxış etməsinlər”-deyə bildirən Q.Hacıyev əlavə etdi ki, Azərbaycan alimləri hər bir antiazərbaycan qüvvəsinin cavabını faktlarla verməyə hazırdır. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031