KÖHNƏ VERSİYA            

Ayrılığın sonu varmış...

Image



30 ildən sonra doğma yurda “qayıdıb” əzizlərinə “qovuşdular” 


Bir qərinəyə yaxındır ki, nisgilli və ümid dolu nəzərləri onu Qarabağ savaşına aparan yollardan yığılmayan valideynləri, doğmaları, dostları, bütün Şabran camaatı itkin qəhrəman övladlarından hər an xoş soraq gözləyirdilər. Bu üzüntülü illərin əzabına tab gətirməyən Ağaseyid ata dünyasını dəyişdi, yanğılı həsrətdə ürəyi qovrulan Mahirə ana və digər qohum-əqrəbaya isə elə bu yaxınlarda, Gəncədən xəbər gəldi. Şəhər qəbiristanlığındakı naməlum məzarlarda uyuyan igidlərin kimliyini müəyyənləşdirməkdən ötrü həyata keçirilən tədqiqatlar öz bəhrəsini vermişdi: qəbirlər Birinci Qarabağ müharibəsi şəhidi Rahib Mirzəyev və digər şabranlı döyüşçülər Rza Əmrullayevlə Cəlil Şaxayevə məxsus idi. Onların müqəddəs nəşi həmin ərazidən götürülərək böyük ehtiam, ümumxalq sevgisi və əsgəri şərəflə Şabrandakı Şəhidlər xiyabanında dəfn olundu.        

Mirzəyev Rahib Ağaseyid oğlu 1971-ci il sentyabrın 2-də Şabran şəhərində doğulub. Penzada Dəmiryolu texnikumunu bitirib. 1989-1991-ci illərdə keçmiş sovet ordusunda Almaniyada həqiqi hərbi xidmətdə olub. Birinci Qarabağ müharibəsinə könüllü şəkildə yollanıb. 1992-ci ilin sentyabrında Ağdərə savaşında ağır yaralanıb. Müalicəsi başa çatar-çatmaz yenidən cəbhəyə - ön xəttə qayıdıb. Sonuncu dəfə Murovdağ uğrunda gedən döyüşlərdə iştirak edib. 1994-cü il fevralın 11-də itkin düşdüyü barədə məlumat verilib. Mirzəyevlər ailəsinin üzvləri ötən müddət ərzində Rahibdən heç bir xəbər ala bilməyiblər.

Şəhidin anası Mahirə xanım bu itkinin onlar üçün xeyli ağır və üzücü olduğunu, 30 ildir ki, gözlərinin yollarda qaldığını söyləyir: “Oğlum vətənpərvərlik duyğuları ilə aşıb-daşırdı. Əsgərliyi xain erməni separatizminin baş qaldırdığı vaxtlara düşmüşdü. Hərbi xidmətdən qayıtdı, heç düz-əməlli üzünü görmədik, tələsik Qarabağ savaşına qatıldı. Dəmiryolu istismarı üzrə orta ixtisas məktəbini oxumuşdu, təhsilini davam etdirmək arzusu vardı. Atası da, mən də dilə tutduq ki, ay bala, sənədlərini hazırla, instituta ver, arıq qəbul başlanır. Sanki gözlərində şimşək çaxdı, dedi ki, görmürsüz, erməni quldurları sərhəd bölgələrində əliyalın xalqımızın başına nə müsibətlər açırlar, ali təhsil almağım qalsın qələbədə sonraya... (kövrəlir)  

Qardaşı Şövqi Mirzəyev atası bir xəbər bilmədən nigaran getsə də, şəhid oğlunun son taleyindən hali anasının heç olmasa indi Rahibin məzarını tez-tez ziyarətə gəlib üzərinə gül düzdüyünə, dua etdiyinə görə təskinlik tapdığını söylədi: “O, təkcə bizim üçün yox, el-obaya, gənclərə bir örnəkdir, nümunədir. Sağ olsun dövlətimiz, hökumətimiz, əlaqədar qurumlar, mütəxəssislər 30 illik intizarı, gözləntimizi sonlandırdılar. Müasir elm, texnologiya vasitəsilə bizdən savayı onlarla ailənin də dərdinə çarə qılındı. Bu işdə əməyi, zəhməti olanlara təşəkkürümü bildirirəm, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.    

Qeyd edək ki, Şabran Şəhidlər xiyabanında torpağa tapşırılan digər Vətən oğulları - şəhid Əmrullayev Rza Qəzənfər oğlu 1961-ci il martın 4-də rayonun Ləcədi kəndində dünyaya göz açıb. 1980-1982-ci illərdə Əfqanıstanda hərbi xidmət keçib. Qarabağ müharibəsinə könüllü qatılaraq 1994-cü ildə Kəlbəcər uğrunda gedən döyüşlərdə itkin düşüb.  

Şəhid Şaxayev Cəlil İsa oğlu isə 30 dekabr 1973-cü ildə Şabranda anadan olub. Orta məktəbi bitirdikdən sonra peşə məktəbində təhsil alıb. Birinci Qarabağ müharibəsində böyük rəşadətlər göstərib. Murovdağ yüksəkliklərindəki qeyri-bərabər, qanlı savaşda itkin düşüb.

Qəhrəmanlarımız 1994-cü il fevralın 12-19-u arası Gəncə məzarıstanlığında naməlum şəhidlər kimi Vətən torpağına əmanət edilmişdilər.


Qurban CƏBRAYIL

“Mədəniyyət” jurnalının redaktoru







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031