Bayden NATO liderlərinə xəbərdarlıq etdi - səhv etməyin, Kiyev məğlub olsa...
Vaşinqtonda NATO sammitinin açılışındakı çıxışında ABŞ prezidenti Co Bayden Ukrayna müharibəsindən də danışıb. O, Putinin Ukraynada dayanmayacağını deyib.
NATO ölkələrin liderlərinə səslənən Bayden bildirib ki, Putin Ukraynanı tamamilə özünə tabe etmək istəyir, o, Ukrayna demokratiyasına son qoymaq, Ukrayna mədəniyyətini məhv etmək və Ukraynanı xəritədən silmək istəyir: "Putin Ukraynada dayanmayacaq. Səhv etməyin, Rusiya Ukraynada itirir. Kiyev məğlub olarsa bütün Avropa təhlükə altında olacaq. Ancaq Ukrayna Putini dayandıracaq”.
Baydenin sözlərinə görə, ABŞ və daha dörd ölkə – Almaniya, Hollandiya, Rumıniya və İtaliya bir neçə ay ərzində Ukraynanı “əlavə taktiki hava hücumundan müdafiə sistemləri” ilə təmin edəcək.
TAHİR