Zabratda 30 yaşlı kişi işlədiyi marketi soymaq istəyərkən yaxalandı
Bakıda 30 yaşlı kişi işlədiyi marketi soymaq istəyərkən tutulub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iyulun 9-da gecə saat 1 radələrində Zabrat qəsəbəsində yerləşən qorunan marketlərin birindən Sabunçu Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.
Dərhal polis əməkdaşları həmin ünvana gəlib və oradan oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.
1994-cü il təvəllüdlü N.Teymurlunun həmin marketdə işlədiyi müəyyən edilib.
O, araşdırma aparılması üçün Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə təhvil verilib.
NAMİQ